Browsing category

Dünya

Avropa İttifaqında əmək haqqı

Avropa İttifaqı ölkələrində bir işçiyə düşən orta illik əməkhaqqı 39 808 avro təşkil edir. Ən yüksək göstərici Lüksemburqda qeydə alınıb – bu ölkədə orta illik əməkhaqqı 82 969 avroya çatır. Lüksemburqla yanaşı, daha beş Avropa ölkəsində – Danimarka, İrlandiya, Belçika, Avstriya və Almaniyada bir işçiyə düşən orta illik gəlir 50 min avrodan artıqdır. Əksinə, ən […]

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycanın Hindistandakı səfirliyində bayram tədbiri

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycanın Hindistandakı səfirliyində bayram tədbiri təşkil edilib. Mərasimdə səfirliyin əməkdaşları və onların ailə üzvləri ilə yanaşı, Nyu-Dehlidə yaşayan və paytaxtda səfərdə olan azərbaycanlılar iştirak ediblər. Tədbirdə çıxış edən Azərbaycanın Hindistandakı səfiri Elçin Hüseynli bildirib ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilən bu əlamətdar gün dünyanın […]

Gürcüstanda narkotik qaçaqmalçılığına qarşı əməliyyat

Tbilisi Beynəlxalq Hava Limanında külli miqdarda narkotik vasitə aşkar edilib. Gürcüstan hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində 36 yaşlı Rusiya vətəndaşı saxlanılıb. Araşdırmalar zamanı şübhəlinin üzərindən və şəxsi əşyalarından qara bazar dəyəri 1 milyon larini ötən 1 kiloqram 200 qram kokain müsadirə olunub. Məlumata görə, narkotik vasitənin bazar qiyməti yüz minlərlə dollarla ölçülür. Faktla bağlı Gürcüstan […]

Misirdə ağır hadisə

Misirin Giza əyalətində yaşayış binasının çökməsi faciə ilə nəticələnib.İmbaba rayonunda yerləşən çoxmərtəbəli binanın uçması nəticəsində azı səkkiz nəfər həyatını itirib. Hadisədən sonra əraziyə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub. Hazırda dağıntılar altında qalanların axtarışı davam etdirilir. Rəsmi qurumlar ölənlərin sayının arta biləcəyini istisna etmir. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.

İsraildə İran üçün casusluq edən şəxs saxlanıldı

İsrailin Rişon Le-Zion şəhərində yaşayan 40 yaşlarında bir vətəndaş İrana casusluq ittihamı ilə həbs edilib. Məlumata görə, “Şin Bet” xidməti və İsrail polisinin “Lahav-433” əməliyyatı zamanı Vadim Kopriyanovun İran kəşfiyyatının göstərişi ilə təhlükəsizliklə bağlı cinayətlərdə iştirak etdiyi müəyyən edilib. Araşdırma zamanı aydın olub ki, son iki ay ərzində Kopriyanov İran üçün müxtəlif tapşırıqlar yerinə yetirib. […]

Vaşinqtondan Tehrana sərt mesaj

İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani ölkəsinin nüvə proqramı ilə bağlı ittihamlara cavab verib. O bildirib ki, İranın nüvə fəaliyyəti tamamilə sülhməramlı xarakter daşıyır və beynəlxalq səviyyədə ən sərt yoxlama mexanizmləri altında həyata keçirilir. Diplomat ABŞ ilə mümkün danışıqlara da toxunaraq qeyd edib ki, Tehran ədalətli və real məzmunlu dialoqa açıqdır. Bununla belə, Vaşinqtonun […]

ABŞ kəşfiyyatının gizli hesabatı

ABŞ kəşfiyyatının qiymətləndirmələrinə görə, Rusiya Prezidenti Vladimir Putin Ukraynanın bütün ərazisini nəzarətə götürmək niyyətindədir. Bu barədə “Reuters” agentliyi altı mənbəyə istinadən məlumat yayıb. Məlumata əsasən, Kremlin planları bununla yekunlaşmır. ABŞ xüsusi xidmət orqanları hesab edir ki, Putin vaxtilə Sovet İttifaqının tərkibində olmuş Avropanın bəzi ərazilərini yenidən Rusiyanın təsir dairəsinə qaytarmağı hədəfləyir. Qeyd olunur ki, bu […]

Şərqi Aralıq dənizində təhlükəsizlik və hərbi əməkdaşlıq

Yunanıstan, İsrail və Kipr Şərqi Aralıq dənizində çevik reaksiya göstərə biləcək birgə hərbi briqada yaradılması imkanını araşdırır. Bu təşəbbüs üçtərəfli hərbi və siyasi dialoqların intensivləşdiyi bir dövrdə gündəmə gəlib. Planlaşdırılan briqadanın şəxsi heyəti təxminən 2,5 min nəfərdən ibarət olacaq. Onlardan 1 mini Yunanıstan və İsrail, 500 nəfərə yaxını isə Kipr tərəfindən təmin olunacaq. Briqada əsasən […]

Türkiyə-ABŞ-Rusiya münasibətləri

Türkiyə ABŞ-la münasibətləri normallaşdırmaq və F-35 qırıcılarının istehsal proqramına yenidən qoşulmaq məqsədilə Rusiyadan alınmış S-400 zenit-raket sistemindən imtina barədə müzakirələr aparır. “Bloomberg” agentliyinin məlumatına görə, Prezident Rəcəb Tayyib Ərdoğan ötən həftə Rusiya Prezidenti Vladimir Putinlə görüş zamanı mövzunu gündəmə gətirib. Lakin Kremlin nümayəndələri belə bir müzakirənin baş tutduğunu təkzib ediblər. Vaşinqton uzun müddətdir Ankaradan S-400-lərdən […]

Gürcüstan seçkilərində yeni qayda

Gürcüstan parlamenti Seçki Məcəlləsinə dəyişiklikləri təsdiqləyərək, ölkə xaricində səsverməni ləğv edib. Bundan sonra Gürcüstan vətəndaşları yalnız ölkə daxilində keçirilən seçkilərdə iştirak edə biləcəklər. Hüquq məsələləri üzrə komitənin sədri Arçil Qorduladze bildirib ki, bu qərar xarici müdaxilələrin qarşısını almaq və seçkilərin şəffaflığını təmin etmək məqsədi daşıyır. Qorduladze qeyd edib ki, 2028-ci ildə keçiriləcək növbəti parlament seçkilərində […]