Browsing category

Dünya

NATO-dan Trampın Qrenlandiya hədələrinə sərt reaksiya: Transatlantik birliyə zərbə

ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı hədələri səkkiz NATO ölkəsinin liderləri tərəfindən sərt şəkildə tənqid olunub. Böyük Britaniya, Almaniya, Danimarka, Niderland, Norveç, Finlandiya, Fransa və İsveç birgə bəyanat yayıb, bunun transatlantik əməkdaşlığa zərər verə biləcəyini vurğulayıb. Sənəd Almaniya hökumətinin mətbuat xidməti tərəfindən təqdim olunub. Bəyanatda bildirilir ki, ölkələr Danimarka və Qrenlandiya ilə tam həmrəylik […]

İranda kütləvi etirazlar

İranda baş verən kütləvi etiraz aksiyaları ciddi dağıntılarla müşayiət olunub. Rəsmi məlumatlara əsasən, hadisələr zamanı ölkə üzrə onlarla dini obyekt zərər görüb. İranın Rusiyadakı səfirliyinin yaydığı açıqlamada qeyd olunur ki, iğtişaşlar nəticəsində 50-dən artıq məscid yandırılıb, eyni zamanda 180 təcili tibbi yardım avtomobili istifadəsiz hala düşüb. Bildirilib ki, təkcə Təbriz şəhərində 26 bank filialı və […]

Rusiya immiqrantların tibbi yoxlanışını sərtləşdirir

Dövlət Dumasına Rusiyaya iş məqsədilə gələn əcnəbilərin sağlamlığı ilə bağlı üç yeni qanun layihəsi təqdim olunub. Bu təşəbbüsü jurnalistlərə açıqlayan Duma vitse-spikeri İrina Yarova (“Vahid Rusiya”) bildirib ki, qanun layihələri immiqrantların tibbi vəziyyətinin yoxlanılması, sənədlərin etibarlılığı və nəzarət mexanizmini gücləndirməyi hədəfləyir. Yarova əlavə edib ki, tibbi müayinədən keçməyən əcnəbilər üçün cəzanın artırılması və məhkəmə qərarı […]

Donald Tramp Fransa və Almaniyaya dərman qiymətləri ilə bağlı xəbərdarlıq etdi

ABŞ Prezidenti Donald Tramp Fransa və Almaniyaya dərman qiymətləri ilə bağlı xəbərdarlıq edib. O, bu ölkələrin qiymət siyasətini dəyişməyəcəyi təqdirdə əlavə gömrük rüsumları ilə üzləşə biləcəyini bildirib. Tramp bu fikirləri Ağ Evdə səhiyyə sahəsinə cavabdeh olan müşavirlərlə keçirilən iclas zamanı səsləndirib. Prezident vurğulayıb ki, ABŞ-də reseptlə satılan bir çox preparat Avropa ölkələri ilə müqayisədə xeyli […]

Avropa ölkələri Qrenlandiyada hərbi mövqelərini genişləndirir

Fransa Prezidenti Emmanuel Makron hərbçilərə etdiyi çıxışda Qrenlandiyaya 15 fransız əsgərin göndərildiyini açıqlayıb. O, 2026-2030-cu illər üçün müdafiə büdcəsinin 36 milyard avro artırılmasının zəruriliyini də vurğulayıb. “Bild” qəzetinin məlumatına görə, Almaniya da bu təşəbbüsə qoşularaq Bundesver qoşunlarının qabaqcıl qrupunu yaxın günlərdə adaya göndərəcək. Hazırda Danimarka Qrenlandiyaya hərbi qüvvələr yerləşdirib, İsveç isə personalının bir hissəsini adaya […]

1979-cu ildən bəri davam edən gərginlik, regional münaqişələr və ideoloji fərqlər

Son iki həftədə İranda baş verən genişmiqyaslı etirazlar ölkəni ciddi siyasi və sosial böhranla üz-üzə qoyub. Rəsmi məlumatlara görə, etirazlar zamanı 2 mindən çox insan həlak olub, hüquq müdafiəçiləri isə ölənlərin sayının daha çox olduğunu bildirirlər. Analitiklər bu hadisələri 1979-cu il İslam İnqilabından sonra İranın qarşılaşdığı ən ciddi daxili sarsıntı hesab edirlər. Beynəlxalq ictimaiyyətin reaksiyaları […]

Hindistanda dini azlıqlara qarşı zorakılıq artmaqdadır

Hindistanın müxtəlif bölgələrində xristianlar, siqhlər və digər dini azlıqlar mütəmadi olaraq ayrı-seçkiliyə və zorakılığa məruz qalır. Bu barədə Siqh Federasiyasının sədri Bual Moninder Siqh Bakıda keçirilən “Hindistanda siqhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” adlı beynəlxalq konfransda məlumat verib. Onun sözlərinə görə, Hindistan Konstitusiyası bərabər hüquqlar nəzərdə tutsa da, praktikada icra […]

Tramp Venesuelanın müxalifət liderindən Nobel Sülh Mükafatı medalını qəbul etdi

Norveç Nobel Komitəsi ABŞ prezidenti Donald Trampa, Venesuelanın müxalifət lideri Mariya Korina Maçadonun Nobel Sülh Mükafatı medalını saxlamağa icazə verib. Komitə bildirib ki, medal sahibini dəyişsə də, mükafatın laureatının adı dəyişməz. 6 yanvarda Maçado ABŞ prezidentinə bildirib ki, Nobel Sülh Mükafatını ona təqdim etməyə hazırdır. O, mükafatı Trampa həsr etdiyini, çünki onun buna layiq olduğunu […]

Amerikalı milyarder: Tramp İranla bağlı verdiyi sözü yerinə yetirəcək

Amerikalı milyarder Bill Akman ABŞ Prezidenti Donald Trampın İran xalqına verdiyi vədə sadiq qalacağını bildirib. O, bu barədə “X” sosial şəbəkəsində paylaşım edib. Akmanın sözlərinə görə, məsələ yalnız həmin vədin hansı vaxtda reallaşacağından ibarətdir. O qeyd edib ki, iranlılar Trampın açıqlamalarına inanaraq ciddi risklərə gediblər və zamanla bu seçimin düzgün və düşünülmüş qərar olduğunu görəcəklər.

ABŞ-dan İranla bağlı önəmli açıqlama

ABŞ Prezidenti bildirib ki, İranda ölkə üzrə etirazların yatırılması zamanı baş verən qətllər azalır və hazırda genişmiqyaslı edamlar nəzərdə tutulmur. Bu barədə o, Ağ Evdə sənədlərin imzalanma mərasimində açıqlama verib. “Bizə məlumat verilib ki, İranda qətllər dayandırılır,” – deyə Tramp əlavə edib. O qeyd edib ki, bu məlumat qarşı tərəfdəki çox mühüm mənbələrdən əldə olunub, […]