Browsing category

Dünya

İran Xarici İşlər Naziri Zelenskinin Davos Forumundakı çağırışına cavab verdi

İranın Xarici İşlər Naziri Abbas Əraqçi, Ukrayna Prezidenti Volodimir Zelenskinin yanvarın 22-də Davos Forumundakı çıxışına cavab olaraq, ölkəsinin xarici müdaxiləyə ehtiyac duymadığını bəyan edib. Əraqçi bildirib ki, dünya artıq xaricdən gələn yardım və muzdlulardan ibarət qüvvələrdən yorulub: “Cənab Zelenski, xaricdən dəstəklənən və muzdlularla dolu ordunuzla fərqli olaraq, biz öz təhlükəsizliyimizi təmin edə bilirik və xarici […]

Qazaxıstan Sülh Şurasına üzvlük üçün maliyyə öhdəliyi götürmür

Qazaxıstan Sülh Şurasına üzvlük üçün nəzərdə tutulan 1 milyard dollarlıq ödənişi etməyib və etməyi də planlaşdırmır. Bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti rəsmi açıqlama yayıb. Bildirilib ki, Sülh Şurasında iştirak tamamilə dövlətlərin öz iradəsinə əsaslanır və üzvlük öhdəlik xarakteri daşımır. Açıqlamaya görə, şuranın nizamnaməsində qeyd olunan 1 milyard dollarlıq məbləğ könüllü ianə kimi nəzərdə tutulub […]

İranda etirzaçılara atəş açmayan əsgərə sərt cəza

İranda etiraz aksiyaları zamanı mülki şəxslərə atəş açmaqdan imtina edən gənc hərbçi ölüm cəzasına məhkum edilib. Söhbət Cavid Xalis adlı iranlı əsgərdən gedir. Bu barədə məlumat ABŞ Dövlət Departamentinin rəsmi X hesabında paylaşılıb. Bildirilib ki, Cavid Xalis dinc etirazçılara qarşı silah işlətmək əmrinə tabe olmayıb və məhz bu mövqeyinə görə edam hökmü alıb. Açıqlamada vurğulanır […]

İsveç kral ailəsində itki

İsveç Kralı XVI Karl Qustavın bacısı, Şahzadə Desire 87 yaşında dünyasını dəyişib. Bu barədə İsveç Kral Sarayının mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Şahzadə Desire Vestergetland əyalətində yerləşən Koberq qalasında, ailəsinin əhatəsində və evində vəfat edib. Şahzadə Desire baron Niklas Silfverşildin (1934–2017) həyat yoldaşı olub və onun vəfatından sonra Koberq qəsrində yaşayıb. Onun üç övladı […]

Rusiya Dövlət Dumasında fotomüxbirlərə yeni məhdudiyyət

Rusiya Dövlət Duması plenar iclaslarda fotomüxbirlərin fəaliyyətinə məhdudiyyət tətbiq edib. Bu barədə “Kommersant” qəzeti xəbər verib. Məlumata görə, müəyyən prosedurlar çərçivəsində media nümayəndələrinin plenar iclaslarda iştirakına icazə verilməyib. Parlamentin mətbuat xidməti bildirib ki, sessiya zalının eyvanı əvvəlcə yalnız federal televiziya operatorları üçün nəzərdə tutulmuşdu və bu qayda bu gün bərpa olunub. Qeyd olunur ki, bir […]

Aİ Ukraynaya maliyyə dəstəyini artırır

Avropa Parlamenti Ukraynaya 2026–2027-ci illəri əhatə edən dövr üçün 90 milyard avro məbləğində kredit ayrılmasına razılıq verib. Qərar xüsusi əməkdaşlıq mexanizmi çərçivəsində qəbul edilib. Avropa Parlamentinin rəsmi məlumatına əsasən, səsvermə zamanı təşəbbüs 499 deputat tərəfindən dəstəklənib, 135 nəfər əleyhinə çıxıb, 24 deputat isə bitərəf qalıb. Qeyd olunur ki, Macarıstan, Çexiya və Slovakiya bu maliyyə paketində […]

Vatikan Trampın təşəbbüsünü dəyərləndirir

Vatikan Papa Leonun ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılması nəzərdə tutulan “Sülh Şurası”na dəvət aldığını təsdiqləyib. Bu barədə Vatikanın dövlət katibi Pietro Parolin açıqlama verib. Onun sözlərinə görə, dəvət rəsmi şəkildə qəbul edilib, lakin Vatikan hazırda təşəbbüsdə iştirakla bağlı yekun mövqeyini formalaşdırmayıb. “Dəvət alınıb və Papa tərəfindən qəbul olunub. Hazırda mümkün addımlar dəyərləndirilir. Qərar […]

Dünya liderləri telefon danışığında regional məsələləri müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı aparıb. Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin məlumatına görə, liderlər söhbət zamanı ikitərəfli münasibətləri və həm regional, həm də qlobal vəziyyəti müzakirə ediblər. Ərdoğan Türkiyənin Suriyadakı vəziyyəti diqqətlə izlədiyini və Suriyanın ərazi bütövlüyünün önəmli olduğunu vurğulayıb. Həmçinin, İŞİD-ə qarşı mübarizə və Suriya həbsxanalarında saxlanılan […]

London Trampın təşəbbüsünə məsafəli yanaşır

Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə gündəmə gətirilən Qəzza üzrə Sülh Şurasına qoşulmaq niyyətində deyil. “The Financial Times”ın məlumatına görə, London bu qurumun tərkibində Rusiya Prezidenti Vladimir Putinin yer alması və üzvlük üçün irəli sürülən yüksək maliyyə tələbləri səbəbindən təşəbbüsə ehtiyatla yanaşır. Britaniya rəsmiləri bildirirlər ki, bir milyard dollar […]

Kiyevə edilən kütləvi dron hücumundan sonra Prezidentdən sərt açıqlama

Ötən gecə Rusiyanın həyata keçirdiyi genişmiqyaslı hava hücumu zamanı Ukraynanın hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti gözlənilən səviyyədə olmayıb. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski xalqa etdiyi axşam müraciətində məlumat verib. Prezidentin sözlərinə görə, hazırda ən mürəkkəb vəziyyət Kiyev və ətraf bölgələrdə qeydə alınıb. O bildirib ki, səhər saatlarında “Şahed” tipli pilotsuz uçuş aparatlarından biri paytaxt […]