Browsing category

Dünya

ABŞ və İsrail Tehranın cənubundakı neft anbarlarına hücum edib

Bir sıra media orqanları ABŞ və İsrailin İranın Tehranın cənubunda yerləşən neft anbarlarına qarşı hava hücumları həyata keçirdiyini xəbər verib. Bu iddialar Fars xəbər agentliyinə istinadən yayılıb. Məlumatlara görə, hücumlar çərçivəsində raket və hərbi hava zərbələri də istifadə olunub və məqsəd neft anbarlarının yerləşdiyi əraziləri hədəfə almaq olub. Hələlik hücumlar nəticəsində maddi ziyan və ya […]

Dubayda göydələn yaxınlığında güclü partlayış baş verib

Dubay şəhərində yerləşən Marina 23 göydələni yaxınlığında güclü partlayış baş verib. Sosial şəbəkələrdə yayılan görüntülərdə 90 mərtəbəli binanın 88-ci mərtəbəsindən tüstü qalxdığı görünür. RIA Novostinin məlumatına görə, göydələnin ehtimal olunan İran pilotsuz uçuş aparatı tərəfindən hədəfə alındığı bildirilir. Hadisə yerinə şəhərin məşhur turizm zonasında fəaliyyət göstərən operativ və fövqəladə xidmətlər cəlb olunub. Xilasedicilər binadakı insanları […]

Tramp: “İranda rəhbərlik tam dəyişməlidir”

ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqton Administrasiyası İranda mövcud rəhbərliyin tamamilə dəyişməsini istəyir. O, bu barədə NBC News-a verdiyi müsahibədə danışıb. Tramp qeyd edib ki, ABŞ İranda köklü dəyişikliklərin baş verməsini istəyir və ölkədə yeni rəhbərliyin formalaşmasını vacib hesab edir. “Biz İrana gedib hər şeyi təmizləmək istəyirik. Bizə 10 il ərzində vəziyyəti düzəldəcək biri […]

ABŞ prezidenti Donald Tramp: İranın ali lider seçiminə təsir etmək istəyir

ABŞ prezidenti Donald Tramp İranın ali liderinin seçilməsində rol oynayacağını bildirib. Prezident “Politico”ya verdiyi müsahibədə Xameneinin oğlunu zəif və səriştəsiz fiqur adlandırıb:“O, mənim üçün qəbuledilməzdir. Çünki o, atasının siyasətini davam etdirəcək və bu da növbəti 5 il ərzində ABŞ ilə İran arasında yeni qarşıdurmaya gətirib çıxaracaq. Biz İrana harmoniya və sülh gətirəcək bir rəhbər istəyirik” […]

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları uzana bilər

ABŞ və İsrailin İrana qarşı başladığı hərbi əməliyyatların ilkin gözləntilərdən daha uzun çəkə biləcəyi bildirilir. ABŞ Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuper Pentaqondan əlavə kəşfiyyat zabitlərinin göndərilməsini tələb edib. Əməliyyatların ən azı 100 gün, bəzən isə sentyabra qədər davam edə biləcəyi ehtimalı nəzərdən keçirilir. ABŞ Prezidenti Donald Tramp çıxışında İranın ballistik raket arsenalının sürətlə tükəndiyini […]

Naxçıvana dron hücumu ilə bağlı rəsmi açıqlama

Azərbaycan Müdafiə Nazirliyi Naxçıvan istiqamətində baş verən dron hücumları ilə bağlı açıqlama yayıb. Nazirliyin məlumatına görə, İran İslam Respublikasının ərazisindən pilotsuz uçuş aparatları vasitəsilə Naxçıvan Muxtar Respublikasında yerləşən Naxçıvan Beynəlxalq Hava Limanı və digər mülki infrastruktur obyektləri hədəfə alınıb. Bildirilib ki, hücumda istifadə olunan pilotsuz uçuş aparatlarının texniki xüsusiyyətləri və hadisənin bütün təfərrüatları hazırda araşdırılır. […]

İrana qarşı yeni plan iddiası

Kürd silahlı dəstələrinin İsrail və ABŞ kəşfiyyat qurumlarının dəstəyi ilə İrana qarşı hərbi əməliyyat hazırladığı iddia olunur. Bu barədə ABŞ-nin “Axios” portalı məlumat yayıb. Nəşrin yazdığına görə, İran kürdlərindən ibarət bu qüvvələr İsrailin “Mossad” kəşfiyyat xidməti və ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən ciddi şəkildə dəstəklənir. Bildirilir ki, hazırda İraq–İran sərhədi boyunca yerləşdirilən bu birləşmələrin sayı […]

ABŞ və İsrailin İrana qarşı əməliyyatlarının gündəlik xərci açıqlanıb

ABŞ və İsrailin 28 fevralda İrana qarşı başlatdığı hərbi əməliyyatların iqtisadi yükü açıqlanmağa başlayıb.İlkin qiymətləndirmələrə görə, əməliyyatların ilk 24 saatında ABŞ ordusunun xərci təxminən 779 milyon dollar təşkil edib.Hərbi təyyarələrin bölgəyə göndərilməsi və çoxsaylı dəniz vasitələrinin yerləşdirilməsi əlavə olaraq təxminən 630 milyon dollara başa gəlib. Hər bir aviadaşıyıcı qrupunun bölgədəki gündəlik istismar xərci isə təxminən […]

İsrail Tehrana qarşı yeni hücum dalğasına başlayıb

İsrail, Tehrana qarşı yeni hücum dalğasının başladığını açıqlayıb.İsrail Müdafiə Qüvvələrinin rəsmi mətbuat xidməti qeyd edib ki, Hərbi Hava Qüvvələri Tehrana qarşı yeni hava zərbələrinə start verib.Bildirilir ki, bu əməliyyatlarda əsas hədəf hərbi infrastruktur obyektləridir.

Mingəçevirdə faciə: işçi elektrik cərəyanından öldü

Mingəçevirdə bədbəxt hadisə baş verib. Şəhərdə “Dəli Kür” restoranının yaxınlığında yerləşən yarımstansiya ərazisində bir nəfər elektrik cərəyanının təsirinə məruz qalıb. 1981-ci il təvəllüdlü Mahmudov Zaur Musa oğlu iş zamanı cərəyan vurması nəticəsində hadisə yerində vəfat edib. Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.