Browsing category

Dünya

Çexiyada siyasi gərginlik artır

Çexiyada müxalifət ölkənin xarici işlər naziri Petr Maçinkanı prezidentə qarşı şantaj cəhdində ittiham edərək onun dərhal istefaya göndərilməsini tələb edir. Bu barədə yerli “Ceske Noviny” nəşri məlumat yayıb. Müxalifət partiyalarının nümayəndələri həm Maçinkadan, həm də Baş nazir Andrey Babişdən baş verənlərlə bağlı rəsmi açıqlama vermələrini istəyiblər. Partiya rəhbərləri bildiriblər ki, yaranmış vəziyyət nazirin vəzifədə qalmasını […]

Nigeriya sahillərində yeni neft yatağı aşkarlanıb

Nigeriya Milli Neft Şirkəti (NNPC) Atlantik okeanının sahillərində, Niger çayının axarının yaxınlığında yeni bir neft yatağının kəşf olunduğunu elan edib. Bu məlumat şirkətin rəsmi veb saytında yayımlanıb. Açıqlamada bildirilir ki, NNPC layihənin operatoru olan “Chevron Nigeria” ilə birgə qərbi Niger Deltasının dayaz sularında yerləşən “Awodi-07” kəşfiyyat quyusunda işləri uğurla tamamlayıb. Qazma nəticələri çox ümidvericidir və […]

Rusiya xarici vətəndaşları Ukrayna müharibəsinə məcburi cəlb edir

The Telegraph nəşrinin məlumatına görə, Rusiya hakimiyyəti saxta kadr agentlikləri və qeyri-rəsmi miqrasiya şəbəkələri vasitəsilə xarici ölkə vətəndaşlarını Ukraynaya qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur edir. Məlumata əsasən, cəlb olunan şəxslərin əksəriyyəti hərbi hazırlıq keçmədən və haraya göndərildiklərini tam anlamadan cəbhəyə aparılır. Onların bir çoxu isə ilk 72 saat ərzində həyatını itirir. Araşdırmaya görə, 2025-ci […]

Zelenski Ukraynanın MDB sərhəd və dəniz iqtisadi zonaları sazişindən çıxmasını təsdiqlədi

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin MDB üzv dövlətləri arasında sərhədlərin və dəniz iqtisadi zonalarının qorunması ilə bağlı müqavilədən çıxması barədə fərman imzalayıb. Prezidentin rəsmi saytında dərc olunmuş sənəddə bildirilir ki, Ukrayna 20 mart 1992-ci ildə Kiyevdə bağlanmış həmin sazişdən rəsmi şəkildə çıxır. Qərara əsasən, Ukrayna Xarici İşlər Nazirliyi bu çıxış barədə müqavilənin depozitarına məlumat vermək […]

Putin: Rusiya hədəflərinə dron hücumları davam edir

Rusiya Prezidenti Vladimir Putin Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko ilə görüşündə bildirib ki, Rusiyaya Ukrayna tərəfindən dron hücumları davam edir, eyni zamanda onlardan zərbələri dayandırmaq tələb olunur. Regional qubernator Drozdenko görüş zamanı dron hücumlarına qarşı qoruma məqsədilə 17 obyektin 16-sının tikintisinin başa çatdığını diqqətə çatdırıb. O həmçinin vurğulayıb ki, dron hücumları hələ də davam etməkdədir.

Marsın keçmişi ilə bağlı yeni elmi kəşf

Çinli tədqiqatçılar Marsda təxminən 750 milyon il əvvəl uzunmüddətli su mühitinin mövcud olduğuna dair yeni sübutlar aşkar ediblər. Bu nəticə “Zhurong” mars gəmisinin ötürdüyü məlumatların təhlili əsasında əldə olunub. Çin Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun alimlərinin araşdırmasına görə, həmin dövrdə Mars səthində təxminən dörd metr qalınlığında çöküntü layı formalaşıb. Bu layın quruluşu və vahidliyi […]

ABŞ–İRAN GƏRGİNLİYİ QIZIŞIR: HƏRBİ HÜCUM BU HƏFTƏ REALLAŞA BİLƏR?

ABŞ və İran arasında qarşılıqlı təhdidlər artmaqda davam edir. Hərçənd hələ açıq hərbi qarşıdurma baş verməyib, vəziyyətin nə qədər davam edəcəyi sual altındadır. İranlı ekspert Fuad İzədi bildirib ki, ABŞ-ın mümkün hücumu cavabsız qalmayacaq. Onun sözlərinə görə, Tehran belə bir ssenariyə ciddi şəkildə hazırdır və cavabın ağır olacağı barədə Vaşinqtona açıq mesaj göndərilir. İzədi əlavə […]

Hindistanda Nipah virusu: yüksək ölüm riski və yoluxma narahatlığı

Hindistanın bəzi bölgələrində yayılan Nipah virusu (NiV) və bu xəstəliyə qarşı təsdiqlənmiş peyvəndin olmaması Azərbaycanda əhali arasında müəyyən narahatlıqlar yaradıb. “Bu virus beynəlxalq səhiyyə təşkilatlarında ciddi narahatlıq doğurur. Nipah yüksək ölüm riski ilə xarakterizə olunur və həm heyvanlardan insana, həm də insanlar arasında ötürülə bilir. Hazırda Hindistanda yüzlərlə insan karantinə alınıb və ciddi təcrid tədbirləri […]

Qar fırtınası ABŞ-ni iflic etdi

ABŞ-də hökm sürən güclü qar fırtınası ciddi fəsadlara yol açıb. Təbii hadisə nəticəsində bir milyondan artıq insan elektrik enerjisiz qalıb, azı 11 nəfərin həyatını itirdiyi bildirilir. Elektrik təchizatındakı problemlər əsasən ölkənin cənub bölgələrində müşahidə olunub. Rəsmi məlumatlara əsasən, Tennessi ştatında 330 mindən çox, Missisipidə 160 mindən artıq, Luizianada 135 mindən çox, Texasda isə təxminən 90 […]

Rusiya Venesuelanın keçmiş prezidentinin azadlığını tələb edir

Rusiya hökuməti Venesuelanın keçmiş Prezidenti Nikolas Maduronun dərhal azad olunmasını tələb edib. Bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov TASS agentliyinə açıqlamasında danışıb və Moskvanın mövqeyini açıqlayıb. O bildirib ki, hazırda hər hansı bir dialoq və ya müzakirənin başlanması üçün ilkin şərt Maduro və həyat yoldaşı Siliya Floresin sərbəst buraxılmasıdır. Ryabkov həmçinin, Rusiyanın […]