Browsing category

Dünya

SEPAH rəsmi olaraq terror təşkilatları siyahısına daxil edildi

Avropa İttifaqı İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) rəsmi şəkildə terror təşkilatları siyahısına salıb. Bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas sosial şəbəkə hesabında paylaşım edib. Onun sözlərinə görə, Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri qəbul etdikləri qərarla SEPAH-ı beynəlxalq terror şəbəkələri ilə eyni statusda qiymətləndiriblər. Kallas vurğulayıb ki, […]

Melaniya Tramp haqqında film Cənubi Afrikada qadağan edildi

ABŞ-ın birinci xanımı Melaniya Trampın həyatından bəhs edən sənədli filmin Cənubi Afrikada nümayişi baş tutmayacaq. Yerli kinoteatrlar filmin planlaşdırılan göstərilişini ləğv ediblər. Bu barədə məlumatı “Variety” nəşri yayıb. Bildirilib ki, “Melaniya” adlı sənədli filmin premyerası yanvarın 30-na nəzərdə tutulsa da, kinoteatrlar nümayişə az qalmış filmdən imtina ediblər. Filmin distribütoru olan “Filmfinity” şirkəti qərarın səbəbləri ilə […]

İran-ABŞ münasibətləri gərginləşir

İran ABŞ-la dialoqa açıq olduğunu bildirir, lakin bu yalnız Vaşinqton həqiqətən razılaşmaların əldə olunmasına sadiq olduqda mümkündür. Bunu İran Məclisinin sədri Məhəmməd Bağır Qalibaf CNN-ə verdiyi müsahibəsində açıqlayıb. Qalibaf qeyd edib ki, danışıqlar beynəlxalq normalara uyğun olaraq səmimi razılaşma məqsədi daşımalıdır. “Əgər danışıqlar həqiqətən belə olarsa, Tehran buna razıdır. Lakin bu, ABŞ Prezidenti Donald Trampın […]

Avroviziya 2026: Mədəniyyət və Siyasi Gərginlik

İtaliyanın dövlət yayım şirkəti RAI, fələstinli ifaçının 2026-cı ildə Vyanada keçiriləcək Avroviziya Mahnı Müsabiqəsində xüsusi şərtlərlə çıxış etməsinə icazə verilməsi üçün Avropa Yayım Birliyinə (EBU) və Avstriyanın dövlət yayım şirkəti ORF-ə rəsmi müraciət ünvanlayıb. Euronews-un məlumatına görə, bu təşəbbüs RAI idarə heyətinin üç üzvü tərəfindən irəli sürülüb və bir sıra ölkələrdə etirazlara və boykot çağırışlarına […]

Müharibənin acı statistikası

Amerikalı ekspertlərin qiymətləndirməsinə görə, Rusiya ilə Ukrayna arasında davam edən müharibə indiyədək təxminən iki milyon insan itkisinə səbəb olub. Bu barədə Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) yaydığı hesabatda qeyd olunur. Sənəddə bildirilir ki, 2025-ci ilin sonuna qədər Ukrayna tərəfinin ümumi itkilərinin 600 minə, Rusiyanın isə təxminən 1,2 milyon nəfərə çatdığı ehtimal edilir. Mütəxəssislər vurğulayırlar […]

Türkiyə–Ermənistan sərhədi açılır? İlk razılaşma əldə olundu

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyə ilə sərhədin yaxın vaxtlarda qismən açılacağına ümid etdiyini açıqlayıb. Onun sözlərinə görə, bu proses günlər və ya həftələr ərzində başlaya bilər. Mirzoyan bu açıqlama ilə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iclasında çıxışı zamanı çıxış edib. Nazir bildirib ki, Ankara və İrəvan artıq Gümrü–Qars dəmir yolu xəttinin yenidən fəaliyyətə […]

Dünyanın ilk humanoid robot oynaqları fabriki Çində açıldı

Çinin “Eyou Robot Technology” şirkəti humanoid robotların oynaqlarını istehsal edən xüsusi fabriki istifadəyə verib. Bu müəssisə öz sahəsində dünyanın ilk ixtisaslaşmış istehsal mərkəzi hesab olunur. Fabrik Şanxayda yerləşir və ilkin mərhələdə ildə təxminən 100 000 oynağın istehsalı nəzərdə tutulub. Şirkət yaxın gələcəkdə istehsal gücünü təxminən üç dəfə artırmağı planlaşdırır. “Eyou Robot Technology” şirkətinin açıqlamasına görə, […]

Rusiya Xarkovda sərnişin qatarını dronlarla bombaladı

Rusiya ordusu dronlarla Xarkov bölgəsində hərəkətdə olan sərnişin qatarına zərbə endirib. Hücum nəticəsində lokomotiv və bir vaqonda yanğın baş verib, xəsarət alanlar olub. Bu barədə Xarkov vilayəti Dövlət Administrasiyasının rəhbəri Oleq Sinegubov məlumat verib. Onun sözlərinə görə, Rusiya “Şahed” dronları Barvenkovo-Lvov-Çop marşrutu üzrə hərəkət edən qatara hücum edib. Hadisə Xarkov bölgəsinin Barvenkovo yaşayış məntəqəsində baş […]

ABŞ-İran gərginliyi artır

İsrail Müdafiə Ordusunun məlumatına görə, ABŞ İrana qarşı 31 yanvar və ya 1 fevral tarixlərində hərbi zərbə endirə bilər. Bu barədə The War Zone nəşri İsrail ordusundakı yüksək vəzifəli mənbəyə istinadla xəbər yayıb. Mənbə bildirir ki, Vaşinqtonun planları dəyişə bilər və əməliyyatın baş tutması “bir nəfərin qərarından” — ABŞ Prezidenti Donald Trampdan asılıdır. İsrail hakimiyyəti […]

ABŞ Yaxın Şərqdə genişmiqyaslı hərbi təlimlərə başlayıb

ABŞ-ın Mərkəzi Komandanlığı (CENTCOM) Yaxın Şərq regionunda Hərbi Hava Qüvvələrinin iştirakı ilə genişmiqyaslı döyüş hazırlığı təlimlərinə start verib. Təlimlər bölgədə gərginliyin artdığı və ABŞ-ın hava-dəniz qüvvələrinin misli görünməmiş şəkildə cəmləşdirildiyi bir dövrə təsadüf edir. Hərbi ekspertlərin fikrincə, Pentaqonun regionda formalaşdırdığı qüvvələr əvvəlki İraq kampaniyaları zamanı cəlb edilən kontingentdən daha genişdir. CENTCOM-un açıqlamasına görə, bir neçə […]