Browsing category

Dünya

Rusiya və Belarus bayraqları Milan və Kortina Olimpiadasında qadağan edildi

Milan və Kortina d’Ampezzo Olimpiadasında Rusiya və Belarus idmançılarının iştirak edəcəyi yarışlarda bu ölkələrin bayraqları tamamilə qadağan edilib. TASS-ın əldə etdiyi məlumata görə, müasir və tarixi bayraqlar, eləcə də idmançıların neytral statusda iştirak etdiyi ölkələrlə bağlı digər əşyaların bütün Olimpiya obyektlərinə gətirilməsi qadağandır. Bayraqlar yalnız yarış meydançalarında deyil, media mərkəzində və Olimpiya kəndində də görünməyəcək. […]

Polşa XİN başçısı: Tramp Ukraynada ədalətli sülh təmin etsə, Nobel Sülh Mükafatına namizəd olacaq

Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib ki, ABŞ Prezidenti Donald Tramp Ukraynada ədalətli və dayanıqlı sülh təmin edərsə, onun Nobel Sülh Mükafatına namizədliyini irəli sürəcək. Bu açıqlama Sikorski tərəfindən Osloda keçirilən beynəlxalq təhlükəsizlik konfransında səsləndirilib: “Əgər Prezident Tramp Ukrayna üçün ədalətli sülh təmin edərsə, mən onun namizədliyini irəli sürəcəyəm,” – deyə nazir vurğulayıb. Qeyd […]

Silah anbarları hədəfdə: İsrail “Hizbullah”a zərbə endirdi

İsrail ordusu Livanın cənub bölgəsində fəaliyyət göstərən “Hizbullah” qruplaşmasına məxsus hədəfləri yenidən vurub. Bu barədə məlumat İsrail Müdafiə Qüvvələri tərəfindən yayılıb. Rəsmi açıqlamada bildirilir ki, hücumlar əsasən silah-sursatın saxlandığı anbarlara yönəlib. Ordunun məlumatına görə, əməliyyatın məqsədi qruplaşmanın hərbi potensialını yenidən formalaşdırmaq cəhdlərinin qarşısını almaq olub. Qeyd olunub ki, vurulan obyektlərdən biri yaşayış məntəqəsinə yaxın ərazidə […]

Türkmənistanda rəqəmsal iqtisadiyyatın inkişafı üçün yeni Dövlət Proqramı

Türkmənistan baş nazirinin müavini Məmmədxan Çakıyev hökumətin iclasında iqtisadi rəqəmsallaşmanın inkişafı və innovativ texnologiyaların tətbiqi ilə bağlı hesabat verib. Bu barədə TDH agentliyi məlumat yayıb. 2026-2028-ci illəri əhatə edəcək Rəqəmsal İqtisadiyyatın İnkişaf Konsepsiyasının bir hissəsi olaraq Dövlət Proqramı layihəsi hazırlanıb. Proqramın həyata keçirilməsi üçün fəaliyyət planı da təqdim olunub. Sənəd rəqəmsal iqtisadiyyətə keçidi, milli süni […]

Pavloqrad rayonunda pilotsuz təyyarənin zərbəsi nəticəsində ölənlərin sayı artıb

Ukraynanın Dnepropetrovsk vilayəti, Pavloqrad rayonunda baş vermiş dron hücumu nəticəsində ən azı 15 mədənçi həyatını itirib. Bu barədə Ukraynanın DTEK enerji şirkəti Telegram kanalında məlumat yayıb. Şirkət qeyd edib ki, ilkin məlumatlara görə, yeddi mədənçi də yaralanıb. Dəqiqləşdirilən məlumata görə, hücum zamanı dronlardan biri zavoddan növbədən çıxan mədənçiləri daşıyan xidməti avtobusa zərbə endirib.

SpaceX rəhbəri Ukrayna ilə əməkdaşlıq çərçivəsində icazəsiz istifadənin qarşısını alır

Amerikalı iş adamı İlon Mask açıqlayıb ki, Rusiya tərəfindən “Starlink” peyk internetindən icazəsiz istifadə hallarının qarşısını almaq üçün artıq tədbirlər həyata keçirilib. Bu barədə o, Ukraynanın müdafiə naziri Mixail Fyodorovin sosial şəbəkədə paylaşdığı yazıya şərhində məlumat verib. Mask əlavə edib: “Əgər daha çox addım atmaq lazımdırsa, bildirin.” Fyodorov isə cavabında bildirib ki, görülən ilkin tədbirlər […]

Pekin sürətlə inşa edilən zavodlar və süni zəka ilə idarə olunan istehsal ilə ABŞ-ni geridə qoyur

Pekin sürətlə inkişaf edən gəmiqayırma sənayesi ilə ABŞ Hərbi Dəniz Qüvvələrinin uzun illərdir qoruduğu üstünlüyü tədricən əlinə keçirir. Çin Xalq Respublikası yüksək texnologiyalı və süni zəka ilə dəstəklənmiş gəmiqayırma zavodları vasitəsilə hərbi gəmiləri sürətlə istehsal edir. Məsələn, “Type 052D” esminesləri və “Type 055” ağır kreyserləri ard-arda suya buraxılır. ABŞ isə gəmiqayırma sahəsində illərlə gecikən proqramlar, […]

Günəş fəallaşır: alimlər yaxın günlər üçün xəbərdarlıq etdi

Fevralın 1-də Günəşdə ən güclü hadisələr sırasında yer alan “X” kateqoriyalı alışma müşahidə olunub. Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutuna bağlı Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb. Mütəxəssislərin açıqlamasına görə, yaxın dövrdə daha genişmiqyaslı kosmik proseslərin baş verməsi ehtimalı kifayət qədər yüksəkdir. Qeyd olunur ki, baş verən alışmadan sonra kütlə atılması əlamətləri qeydə alınsa […]

Zaporojyedə mülki obyekt hədəfə alındı

Rusiya Silahlı Qüvvələri Ukraynanın Zaporojye şəhərində yerləşən doğum evinə zərbə endirib. Hadisə ilə bağlı məlumatı Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov şəxsi “Telegram” kanalında paylaşıb. Onun sözlərinə görə, hücum nəticəsində tibb müəssisəsində olan 6 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralananlar arasında müayinədən keçən iki qadın da var. Zərərçəkənlərin hamısına tibbi yardım göstərildiyi bildirilib. İvan […]

Zelenskinin siyasi gələcəyi sual altındadır

Ukrayna Prezidenti Volodimir Zelenski qarşıdan gələn prezident seçkilərində namizədliyini irəli sürə biləcəyi ilə bağlı açıqlama verib. “Çex Radiosu”na müsahibəsində dövlət başçısı bildirib ki, siyasi gələcəyi ilə bağlı qərar hazırda ölkədə və xüsusilə döyüş bölgələrində yaranmış vəziyyətdən asılı olacaq. “Bu mövzuda bəzən düşünürəm. Ancaq hər şey müharibənin hansı şəkildə sona çatacağı ilə bağlıdır”, – deyə Zelenski […]