Browsing category

Dünya

Sülh prosesində beynəlxalq dəstək

Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülh prosesinə verdiyi dəstəyə görə ABŞ Prezidenti Donald Trampa təşəkkür edib. AZƏRTAC xəbər verir ki, dövlət başçısı bu fikirləri Zayed İnsan Qardaşlığı Mükafatının təqdimetmə mərasimində çıxışı zamanı səsləndirib. Prezident qeyd edib ki, Donald Trampın ev sahibliyi etdiyi Vaşinqton sammitindən ötən altı ay əməkdaşlıq, qarşılıqlı tərəfdaşlıq və möhkəm, davamlı sülhə […]

ABŞ-dən strateji minerallar üzrə yeni qlobal təşəbbüs

ABŞ qiymətli mineralların hasilatı və emalı sahəsində beynəlxalq tərəfdaşlıq mexanizmi yaratmağı planlaşdırır. Bu barədə ölkənin vitse-prezidenti Cey Di Vens Dövlət Departamentində keçirilən görüş zamanı açıqlama verib. Onun sözlərinə görə, təşəbbüs çərçivəsində ayrı-ayrı minerallar üzrə istinad qiymətləri müəyyənləşdiriləcək və həmin qiymətlərin sabit saxlanılması təmin olunacaq. Vens bildirib ki, əsas məqsəd daxili istehsalçıların bazardan sıxışdırılmasının qarşısını almaqdır. […]

İsrail tamamilə qadınlardan ibarət yeni döyüş bölməsi yaradır

İsrail Müdafiə Qüvvələri gələn ay tamamilə qadınlardan ibarət yeni döyüş bölməsi yaradacağını açıqlayıb. TPS-IL informasiya agentliyinə istinadən verilən məlumata görə, bu bölmə ölkənin Livanla sərhədində yerləşəcək və həm kəşfiyyat, həm də ön xətt təhlükəsizliyi vəzifələrini yerinə yetirəcək. İsrail Müdafiə Qüvvələrinin açıqlamasına görə, qadın döyüşçülərin sayı 2020-ci ildən bəri iki dəfə artırılaraq 2025-ci ildə 8 500-ə […]

Əbu-Dabidə Davamlı İnkişaf Sammitində diplomatik qalmaqal

Əbu-Dabidə keçirilən Davamlı İnkişaf Sammitində ictimai panel müzakirəsi diplomatik və media qalmaqalına çevrilib. Hadisə Albaniyanın Baş naziri Edi Rama ilə Monteneqronun Baş naziri Milojko Spajiç arasında keçirilən panel zamanı baş verib. Moderatorun iştirakçıların adlarını səhv tələffüz etməsi gərginliyə yol açıb. Monteneqro lideri sakit qalsa da, Edi Rama jurnalistin səhvini tənqid edib və bu gərginliyi onun […]

Kolumbiya prezidenti Trampa dünya üzrə axtarılan narkobaronların siyahısını təqdim etdi

Kolumbiya prezidenti Qustavo Petro ABŞ prezidenti Donald Trampa ölkə hüdudlarından kənarda yaşayan və qlobal miqyasda axtarışda olan narkobaronların siyahısını təqdim edib. O, bu şəxslərin yaxalanması üçün beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb. Petro Vaşinqtonda Donald Trampla keçirilən görüşdən sonra mətbuat konfransında bildirib ki, narkotik ticarətinin əsas mərkəzləri hazırda Dubay, Madrid və Mayami kimi şəhərlərdə formalaşıb. Prezident qeyd […]

Hörmüz boğazında gərgin anlar

ABŞ tankeri Hörmüz boğazında İran gəmilərinə yaxınlaşdı – gərgin anlar yaşandı ABŞ bayraqlı “Stena Imperative” tankerinə Hörmüz boğazında İranın altı hərbi gəmisi təhlükəli şəkildə yaxınlaşıb və dayanmağı əmr etsə də, gəmi yoluna davam edib. Hadisə çərşənbə axşamı günü, Omandan təxminən 30 km şimalda baş verib. Britaniyanın dəniz təhlükəsizliyi şirkətləri Vanguard Tech və UKMTO bildirir ki, […]

Dünya Şəhər Forumunun WUF13 proqramı Nyu-Yorkda təqdim edildi

Dünya Şəhər Forumu (WUF13) çərçivəsində “Hamı üçün mənzil: Təhlükəsiz və Davamlı Şəhərlər və İcmalar” mövzusunda proqram Nyu-Yorkda yüksək səviyyəli tədbirdə ictimaiyyətə təqdim edilib. Forumun özü 2026-cı ilin mayın 17–22-də Bakıda baş tutacaq. Yanvarın 29-da BMT-nin İnsan Məskunlaşmaları Proqramı (BMT-Habitat) qərargahında Polşa və Zimbabvenin BMT-dəki daimi nümayəndəliklərinin həmsədrliyi ilə Davamlı Urbanizasiya və Yeni Şəhər Gündəliyi üzrə […]

Rusiya razılaşmaları pozdu

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya tərəfinin enerji və kritik infrastruktur sahəsindəki öhdəlikləri pozaraq müharibəni davam etdirməyə üstünlük verdiyini açıqlayıb. Bu barədə o, NATO-nun baş katibi Mark Rutte ilə birgə keçirilən mətbuat konfransında danışıb. Zelenskinin sözlərinə görə, ABŞ Prezidenti danışıqlar qruplarının görüşü öncəsi Rusiyanı enerji obyektlərinə və kritik infrastruktura bir həftəlik zərbə etməməyə çağırmışdı. Lakin prezident […]

Avrasiya Xartiyası üzrə yeni diplomatik proses başlayır

Rusiya, Belarus, İran, Şimali Koreya və Myanma Avrasiya Xartiyasının hazırlanması ilə bağlı məsləhətləşmələrə start vermək barədə ortaq qərara gəliblər. Söhbət sənəd üzrə açıq və əhatəli dialoq mexanizminin formalaşdırılmasından gedir. Belarus Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin TASS-a verdiyi məlumata görə, tərəflər bu təşəbbüsü regional əməkdaşlıq və təhlükəsizlik məsələlərində mühüm addım kimi qiymətləndirirlər. Qeyd edək ki, “XXI […]

İsrail ABŞ ilə İran mövzusunda intensiv təhlükəsizlik danışıqları aparıb

İsrailin hərbi rəhbərliyi Vaşinqtonda ABŞ Baş Qərargahı ilə geniş təhlükəsizlik koordinasiyası üzrə danışıqlar aparıb. Görüşlərin əsas məqsədi İrana qarşı mümkün hərbi əməliyyatın nəticələrini qiymətləndirmək olub. “Maariv” qəzeti xəbər verir ki, İsrail nümayəndə heyətinə Baş Qərargah rəisi Eyal Zamir rəhbərlik edib və o, amerikalı həmkarı Den Keynlə görüşüb. Danışıqlarda İsrail tərəfi İranla hərbi qarşıdurmanın mümkün nəticələrini […]