Browsing category

Dünya

İran ABŞ-la danışıqlara yalnız nüvə proqramı mövzusunda razıdır

İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) komandanının müavini Yədullah Cavani bildirib ki, Omanda keçiriləcək danışıqlar yalnız İranın nüvə proqramı ətrafında məhdudlaşacaq. Cavani vurğulayıb: “Biz prinsipial mövqelərimizdən geri çəkilməyəcəyik. Düşmən səhv addım atsa, İranın cavabı qəti olacaq”. O həmçinin “Xorrəmşəhr-4” raketinin təqdimatını ABŞ və Qərbə açıq mesaj adlandıraraq bildirib: “Danışıqlar masası arxasına əyləşmək hərbi gücdən geri çəkilmək […]

İlon Maskdan sərt xəbərdarlıq: ABŞ-ı müflislikdən yalnız süni intellekt xilas edə bilər

Amerikalı milyarder İlon Mask ABŞ iqtisadiyyatının ciddi risk altında olduğunu və ölkənin müflisliyə doğru getdiyini bildirib. Onun fikrincə, bu təhlükənin qarşısını almağın yeganə yolu süni intellekt və robot texnologiyalarının geniş tətbiqidir. Mask bu açıqlamaları amerikalı bloqer Dvarkeş Patelə məxsus “YouTube” kanalında yayımlanan podkast zamanı səsləndirib. O qeyd edib ki, mövcud şəraitdə ABŞ-ın iqtisadi böhrandan çıxışı […]

Dəvələr də sənədləşir

Səudiyyə Ərəbistanı hökuməti yerli sakinlərin dəvələrinə pasport verilməsinə start verib. Bu barədə məlumatı krallığın Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyi sosial şəbəkələrdə yayıb. Nazirlik bildirir ki, pasportun təqdim olunması heyvandarlıq sənayesinin səmərəliliyinin artırılması və dəvələrin məlumat bazasının yaradılması məqsədi daşıyır. Hər bir dəvə üçün verilən pasport heyvan haqqında ətraflı məlumatları — cinsi, sahibinin təfərrüatları, […]

İsrail-Livan gərginliyi artdı

İsrail ordusu Livana yeni hava zərbələri endirib. Bu barədə ordunun rəsmi mətbuat xidməti məlumat yayıb. Bəyanata görə, hücumların əsas hədəfi şiə təşkilatı Hizbullaha məxsus hərbi obyektlər olub. Zərbələr Livanın müxtəlif bölgələrinə yönəldilib, xüsusilə cənubi Cezzin vilayətindəki Mahmudiyyə rayonu və şimaldakı Hermel bölgəsindəki Hizbullahın təlim bazaları və silah anbarları bombalanıb. İsrail tərəfi bildirir ki, əməliyyat Hizbullahın […]

Vaşinqton və Moskva arasında yeni təmas

Rusiya ilə ABŞ arasında yüksək səviyyəli hərbi təmaslar yenidən qurulub. Vaşinqton və Moskva Əbu-Dabidə keçirilən görüşlərdən sonra hərbi dialoqun bərpası barədə razılığa gəliblər. Bu barədə “Reuters” agentliyi məlumat yayıb. Məlumatda qeyd olunur ki, tərəflər hərbi kanalların açıq saxlanılmasını qlobal təhlükəsizlik və sabitlik baxımından mühüm hesab edirlər. Razılaşmada vurğulanıb ki, şəffaflığın artırılması və mümkün gərginliklərin qarşısının […]

Ukraynalılar üçün Avropaya giriş 2026-cı ildən pullu olacaq

2026-cı ilin sonlarından Avropaya vizasız səyahət edən ukraynalılar üçün yeni rüsum tətbiq ediləcək. Bu, Avropanın ETIAS sistemi vasitəsilə həyata keçiriləcək. ETIAS (European Travel Information and Authorization System) viza deyil, səfərin məqsədini və səyahətçinin şəxsiyyətini təsdiqləyən əlavə təhlükəsizlik mərhələsidir. Sistem əvvəllər 2016-cı ildən tətbiq edilməli olsa da, müxtəlif səbəblərdən gecikdirilmişdi. Ukraynalılar ETIAS icazəsi üçün onlayn müraciət […]

Özbəkistan və ABŞ nadir torpaq elementləri üzrə əməkdaşlığa başladı

Özbəkistan və ABŞ hökumətləri arasında Əhəmiyyətli Minerallar və Nadir Torpaq Elementlərinin Əldə Edilməsi və Emalı üzrə Anlaşma Memorandumu imzalanıb. Bu barədə Özbəkistan xarici işlər naziri Baxtiyor Saidov məlumat verib. Nazirin sözlərinə görə, ölkə üçün bu minerallar yalnız iqtisadi potensial deyil, həm də məsuliyyətli tərəfdaşlıq və uzunmüddətli inkişaf üçün strateji əhəmiyyət daşıyır.

Rus komediyaçı zarafatlarına görə həbs edildi

Rus stand-up komediyaçısı Artemi Ostanin zarafatlarına görə 5 il 9 ay müddətinə həbs cəzasına məhkum edilib. Bu barədə Mediazona məlumat yayıb. Moskvanın Meşçanski Rayon Məhkəməsi Ostanini Cinayət Məcəlləsinin 282-ci maddəsinin 2-ci hissəsi (“nifrət qızışdırmaq”) və 148-ci maddəsinin 1-ci hissəsi (“dindarların hisslərini təhqir etmək”) üzrə günahkar bilib. Komediyaçıya həmçinin 300 min rubl cərimə tətbiq edilib. İttihama […]

Almaniya ordusunda əsgər çatışmazlığı problemi

Almaniya ordusunda NATO öhdəliklərini yerinə yetirmək üçün 80.000 əsgər çatışmır. Bu səbəbdən hökumət 18 yaşından etibarən gənc kişilərin onlayn anket dolduraraq tibbi müayinədən keçməsini və hətta 15 yaşlı yeniyetmələrin bir neçə gün müddətində hərbi xidmət təcrübəsi qazanmasını təmin etməyi planlaşdırır. Hollandiyanın NOS televiziya kanalı Hannoverdəki hərbi təlim düşərgəsini ziyarət edərək, proqramın gənclər arasında necə keçirildiyini […]

Avropa Birliyi Ukraynanı dəstəkləmək üçün qərarlı addım atır

Avropa Birliyi ölkələri Ukraynanın maliyyə və hərbi ehtiyaclarını ödəmək üçün 2026 və 2027-ci illərdə 90 milyard avroluq kredit verməkdə razılığa gəliblər. Kreditin 30 milyard avrosu Ukrayna büdcəsinin ehtiyacları üçün, 60 milyard avrosu isə silah və sursatın alınması üçün nəzərdə tutulub. Brüssel Kiyevi xarici yardımların qəfil azalmasından qorumaq üçün ilk ödənişi aprelin əvvəlində həyata keçirməyi planlaşdırır. […]