Türkiyə və Yunanıstan arasında 7 əməkdaşlıq sənədi imzalandı
Türkiyə və Yunanıstan arasında müxtəlif sahələri əhatə edən yeddi əməkdaşlıq sənədi imzalanıb. Sənədlərin imzalanması və mübadiləsi mərasimi Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilib. Altı müqavilə hər iki ölkənin nazirləri tərəfindən imzalanıb, əlavə olaraq Türkiyə və Yunanıstan hökumətləri arasında Birgə Bəyannamə isə şəxsən Mitsotakis və Ərdoğan tərəfindən təsdiqlənib.