Browsing category

Dünya

Quba rayonunda üç kəndin adı dəyişdirilir

Milli Məclis yanında Toponimiya Komissiyasının bu gün keçirilən iclasında Quba rayonunda üç kəndin adlarının dəyişdirilməsi məsələsi müzakirə edilib. İclasda Vladimirovka kənd inzibati dairəsinə daxil olan Vladimirovka, Alekseyevka kənd inzibati dairəsinə daxil olan Alekseyevka və Timiryazev yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi qərara alınıb. Müzakirələrin yekunu olaraq kəndlərin adları müvafiq olaraq Vladimirovka → Elbir, Alekseyevka → Çinarlı, Timiryazev […]

ABŞ İsraildən İranın enerji obyektlərinə əlavə hücumlar etməməsini xahiş edib

Məsələ ilə tanış olan üç mənbənin bildirdiyinə görə, Tramp administrasiyası bazar ertəsi günü İsraildən İrandakı enerji obyektlərinə, xüsusən də neft infrastrukturuna əlavə hücumlar etməməsini xahiş edib. Bu tələblə Tramp administrasiyası, iki ölkənin on gün əvvəl İrana qarşı birgə əməliyyata başlamasından sonra, İsraili ilk dəfə açıq şəkildə cilovlamış olur.

ABŞ Hörmüz boğazında İranın 16 hərbi gəmisini məhv etdiyini açıqlayıb

ABŞ hərbi qüvvələri Hörmüz boğazında mümkün mina yerləşdirilməsi təhlükəsi ilə bağlı əməliyyat keçirərək İranın 16 hərbi gəmisini məhv edib. Axios-un məlumatına görə, ABŞ-ın yüksək rütbəli rəsmilərindən biri bildirib ki, zərbələr hazırda aktiv olmayan gəmilərə endirilib. Bu addım İranın planlaşdırdığı əməliyyatlarla bağlı əldə olunan kəşfiyyat məlumatları əsasında qabaqlayıcı tədbir kimi həyata keçirilib.

İranın BƏƏ-yə hücumları zamanı Azərbaycan vətəndaşları da xəsarət aldı

İranın BƏƏ-ni hədəf alan hücumları zamanı Azərbaycan vətəndaşları da yaralananlar arasında olub. Bu barədə Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi rəsmi sosial media hesabında açıqlama verib. Bildirilib ki, martın 10-da ölkənin hava hücumundan müdafiə sistemləri İran istiqamətindən buraxılan 9 ballistik raket və 35 pilotsuz uçuş aparatını qeydə alıb. Nazirliyin məlumatına əsasən, raketlərdən 8-i zərərsizləşdirilib, biri isə […]

Trampın Müctəba Xamenei ilə bağlı şərti açıqlanıb

Müctəba Xameneinin hakimiyyətdə qalması ilə bağlı Trampın şərti açıqlanıb ABŞ və İsrailin, güzəştə getməyən İranın yeni ali rəhbəri Müctəba Xameneiyə qarşı mümkün tədbirləri nəzərdən keçirdiyi iddia olunur. Bu barədə The Wall Street Journal ABŞ rəsmilərinə istinadən məlumat yayıb. Məlumata görə, ABŞ prezidenti Donald Trump yaxın çevrəsinə bildirib ki, əgər Müctəba Xamenei Vaşinqtonla kompromisə getmək niyyətində […]

Neft qiymətləri 25 faiz artdı

Neft qiymətləri 25 faiz yüksəldi – G7 fövqəladə iclas keçirəcək “Böyük yeddilik” ölkələrinin maliyyə nazirləri bazar ertəsi strateji neft ehtiyatlarının dövriyyəyə buraxılması məsələsini müzakirə edəcəklər. Bu barədə Fransa hökumətindəki mənbə Yaxın Şərqdə artan gərginliyin enerji bazarına təsirini şərh edərkən Reuters agentliyinə məlumat verib. Müzakirələrlə bağlı xəbəri ilk yayan nəşr Financial Times olub. Qəzet yazır ki, […]

Türkiyə Şimali Kiprə altı F-16 təyyarəsi göndərəcək

Türkiyə 9 mart tarixində Şimali Kipr Türk Respublikasına altı F-16 qırıcı təyyarəsi göndərəcək. “Cumhuriyet” qəzetinin məlumatına görə, Şimali Kipr Mülki Aviasiya İdarəsinin rəis müavini Aşkın Meşeli bildirib ki, təhlükəsizlik səbəbi ilə döyüş təyyarələri səhər saatlarında yerləşdiriləcək və bu, mülki uçuşlara təsir etməməlidir. Martın 7-də Türkiyə Müdafiə Nazirliyindən verilən məlumatda, Şimali Kiprə F-16-lərin göndərilməsinin mümkünlüyü qeyd […]

ABŞ-ın İran siyasəti

ABŞ Prezidenti Donald Tramp ABC News-a açıqlamasında bildirib ki, İranın növbəti ali lideri əvvəlcə ABŞ-ın təsdiqini almalıdır. Tramp qeyd edib ki, təsdiq əldə edilməsə, yeni rəhbər uzun müddət möhkəm qala bilməyəcək. Ağ Ev rəhbəri əlavə edib ki, mövcud İran rejimi ilə əlaqəsi olan bir çox namizəd uyğundur, lakin o, keçmiş Ali Lider Əli Xameneinin oğlu […]

Pakistan-Əfqanıstan gərginliyi

Pakistan açıqladı: Əfqanıstan ordusunun itkiləri 583-ə çatıb Pakistan hökuməti məlumat verib ki, son döyüşlərdə Əfqanıstanın hərbi qüvvələri 583 itki verib, 795-dən çox əsgər yaralanıb. Pakistanın informasiya və tele-radio yayımı naziri Attaulla Tarar “X” sosial şəbəkəsində bildirib ki, əməliyyatların başlanmasından bəri Pakistan hava qüvvələri qonşu ölkədə 64 obyekti vurub, ordu 242 Əfqan bloku məhv edib və […]

Tramp: İranın Hərbi Potensialı Tükənir

ABŞ Prezidenti Donald Tramp İranın hərbi imkanlarının ciddi şəkildə zəiflədiyini bildirib. O, bu barədə CBS News telekanalına müsahibəsində danışıb. Ağ Evin rəhbəri qeyd edib ki, İranda demək olar bütün əsas hərbi obyektlər sıradan çıxarılıb. Onun sözlərinə görə, Tehranın arsenalında artıq çox az sayda raket qalıb. Prezident əlavə edib ki, pilotsuz uçuş aparatları və onların istehsal […]