“Jaguar” və “Land Rover” Çin bazarında 69 min avtomobili geri çağırır
Böyük Britaniyanın tanınmış konserni “Jaguar Land Rover” Çin bazarında 68 min 828 avtomobili mühərrikdəki qüsurlara görə geri çağırır. Oxu.Az xəbər verir ki, bu barədə Çinin Dövlət Bazar Tənzimlənməsi Administrasiyası məlumat yayıb. Aprelin 5-dən başlanacaq geriçağırma prosesi 2009-2016-cı illərdə istehsal olunmuş “Discovery 4” və “Range Rover Sport” modellərindən olan avtomobilləri əhatə edəcək. Administrasiyanın