Browsing category

Xəbərlər

Mingəçevir Dövlət Universitetində “Vətənpərvərlik – Vətənə xidmətin ali zirvəsidir” mövzusunda tədbir keçirilib

24 dekabr 2019-cu il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Vətənpərvərlik – Vətənə xidmətin ali zirvəsidir” mövzusunda tədbir keçirilib. MDU-nun Mingəçevir şəhər Gənclər və İdman İdarəsi və Mingəçevir Peşə Məktəbi ilə birgə təşkil etdiyi tədbirdə universitetin və peşə məktəbinin professor-müəllim və tələbə kollektivi iştirak edib.           İştirakçıları salamlayan MDU-nun rektoru Şahin Bayramov […]

Mingəçevir Dövlət Universiteti ilə İnnovasiya Agentliyi arasında memorandum imzalanıb

2019-cu ilin 19 dekabr tarixində Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiyalar Agentliyi ilə Mingəçevir Dövlət Universiteti arasında Anlaşma Memorandumu imzalanıb. İnnovasiyalar Agentliyinin idarə heyətinin sədri Tural Kərimli və MDU-nun rektoru Şahin Bayramov tərəfindən imzalanan memorandum iki qurum arasında innovasiya sahəsində birgə fəaliyyət, müştərək layihələrin hazırlanması və icra edilməsi, tələbə və gənclər […]

Mingəçevir Dövlət Universitetinin tələbələri “Tufandağ” xizək qış-yay istirahət kompleksində təlim səfərində olublar

Mingəçevir Dövlət Universitetinin “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan 35 tələbəsi “Tufandağ” xizək qış-yay istirahət kompleksində təlim səfərində olub. Səfər çərçivəsində tələbələr “Qış turizminin təşkili” mövzusunda seminarda iştirak ediblər. Qəbələ rayonunda yerləşən “Tufandağ” xizək qış-yay istirahət kompleksinin təcrübəli mütəxəssisləri tərəfindən aparılan təlimdə tələbələrə son illərdə ölkəmizdə qış turizminin inkişafı, otelçilik, insan resurslarının idarə edilməsi, […]

500-dək könüllü Su Hövzəsinin ətrafını təmizlədi

Bu gün Beynəlxalq Könüllülər Günüdür. “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin (MVA İB) prezidenti Fərman Nəbiyevin sözlərinə görə, BMT-nin Baş Məclisi 1985-ci ildə hökumətlərə hər il iqtisadi və sosial inkişaf naminə 5 dekabr tarixini Beynəlxalq Könüllülər Günü kimi qeyd etməyi təklif edib: “O vaxtdan etibarən könüllülər bütün dünyada cəmiyyətə öz töhfələrini verirlər. Sevindiricidir ki, Mingəçevir könüllüləri […]

Bolonya prosesi üzrə İşçi Qrupunun növbəti iclası

Finlandiyanın paytaxtı Helsinki şəhərində Bolonya prosesi üzrə İşçi Qrupunun (Bologna Follow-Up Group – BFUG) növbəti iclası keçirilib. 48 Avropa ölkəsinin və 10-dan artıq beynəlxalq təşkilatın nümayəndələrinin qatıldığı tədbirdə ölkəmizi Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov və Təhsil Nazirliyinin sektor müdiri Yaşar Ömərov təmsil ediblər. Finlandiyanın Təhsil və Mədəniyyət Nazirliyinin evsahibliyi etdiyi tədbirdə Bolonya prosesinin icrası […]

Mingəçevir Dövlət Universitetinin əməkdaşı beynəlxalq tədbirdə iştirak edib

Green Start Academy və “Gənclərin Töhfəsi” İctimai Birliyinin təşkilatçılığı ilə Xəzər Universitetində “Beynəlxalq təhsil modellərinə praktik yanaşma: təcrübənin bölüşməsi” adlı elmi-praktik konfrans keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra açıq elan olunan konfrans təşkilatçıların nitqiylə öz işinə başladı. İlk öncə Green Start Academy-nin rəhbəri Aysel Rəsulzadə tədbirin hər zamankı kimi müəllimlərin maariflənməsinə xidmət etdiyini bildirib: […]

Mingəçevir Dövlət Universitetinin tələbələri Sənaye Parkında istehsalla tanış olublar

Mingəçevir Dövlət Universiteti, Mühəndislik fakultəsi, Mexanika kafedrasında kadr hazırlığı aparılan 050643 “Çoxişlənən malların texnologiyası mühəndisliyi” ixtisası üzrə ÇM19.1 və ÇM19.2 nömrəli qrupların tələbələri Mingəçevir Sənaye Parkında Pambıq İplik Fabrikində ekskursiyada olmuşlar. “Mingəçevir Tekstil” MMC-nin 1 nömrəli fabrikinin istehsalat müdiri Hüseyn Həşimovun müşayəti ilə tələbələr və “Mexanika” kafedrasının əməkdaşları, kafedra müdiri, dosent Mahir İsmayılov, dosent Ofelya […]

Mingəçevir Dövlət Universiteti Pedaqoji fakültəsində Tələbə Elmi Cəmiyyətinin VIII konfransı keçirilib

Konfransı giriş sözü ilə açan fakültə dekanı, dosent Nizami Zeynalov Tələbə Elmi Cəmiyyətinin tələbə və magistrantların elm sahəsinə olan maraq dairəsini genişləndirmək, konfranslarda iştirakını təmin etmək üçün yaradılan təşkilat olduğunu vurğulayıb. Qeyd edib ki, Tələbə Elmi Cəmiyyətinin məqsədi tələbə və magistrantları elm sahəsinə cəlb etmək, onların bu sahə ilə bağlı istedadlarını üzə çıxarmaq, konfranslarda iştiraklarını […]

UNEC və Mingəçevir Dövlət Universiteti əməkdaşlıq edəcək

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Mingəçevir Dövlət Universiteti (MDU) arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Tədbirdə UNEC-in rektoru, professor Ədalət Muradov, Mingəçevir Dövlət Universitetinin rektoru, dosent Şahin Bayramov və universitetin professor-müəllim heyəti iştirak edib. Rektor Ədalət Muradov UNEC-in fəaliyyət istiqamətlərində regional ali məktəblərlə əməkdaşlığın prioritet olaraq müəyyənləşdirildiyini qeyd edib. UNEC-in Lənkəran Dövlət Universiteti (LDU) və Gəncə […]

Mingəçevir Dövlət Universitetində “Gənc Tədqiqatçılar üçün Open Academy” adlı layihəsi üzrə seminar keçirilib

Mingəçevir Dövlət Universitetində oktyabr ayının 23-24 tarixlərində Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti (AGAAMC) Azərbaycan Respublikası Gənclər Fondunun (ARGF) dəstəyi ilə həyata keçirdiyi “Gənc tədqiqatçılar üçün Open Academy” adlı layihənin icrasına başlanmışdır. Mingəçevir Dövlət Universitetinin Elmi işlər üzrə prorektor əvəzi, professor Veysəl Əyyubov rəsmi qonaqları və seminar iştirakçılarını rektor Şahin Bayramovun adından salamlayaraq tədbirin […]