Browsing category

Xəbərlər

“Gənclərin Şəxsi İnkişaf və Karyera Məktəbi” layihəsi çərçivəsində Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov Gənclər Evində gənclərlə görüşüb və öz təcrübələrini onlarla bölüşüb

Görüş zamanı gənclərlə görüşün hər zaman maraqlı və yaddaqalan olduğunu deyən rektor şəxsi inkişaf və karyera sahəsində əldə etdiyi uğurlardan danışıb. Uğura gedən yolda əldə etdiyi təcrübələrə diqqət çəkən Şahin Bayramov gənclərə hər zaman irəli doğru addımlamağı, maneələr qarşısında geri çəkilməməyi tövsiyə edib. Yaxşı təhsilin gələcək karyera həyatına təsir göstərdiyini qeyd edən rektor ölkəmizdə və […]

Mingəçevir Dövlət Universitetində mini-futbol yarışlarının qalibləri mükafatlandırılıb

2021-ci ilin 3 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramovun iştirakı ilə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümünə həsr olunan mini-futbol üzrə şəhər turnirini birinciliklə başa vuran universitet komandasının, eləcə də universitet daxili yarışların qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Zəfər Günü münasibətilə və əldə etdikləri nailiyyətlərə görə universitet komandalarının üzvlərini təbrik edən Ş.Bayramov mini-futbol […]

Mingəçevir Dövlət Universitetinin kollektiv üzvləri şəhid məzun Yusif Cəfərovun xatirəsini anıblar

2021-ci ilin 4 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) məzunu Yusif Cəfərovun şəhadətə yüksəlməsinin bir ili tamam olub. MDU-nun Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin təşkilatçılığı ilə Şirvan şəhəri Şəhidlər xiyabanını ziyarət edən universitetin bir qrup tələbə və müəllim kollektivi üzvü qəhrəman məzunun məzarı üzərinə gül dəstələri düzüb və onun əziz xatirəsini böyük ehtiramla yad ediblər. Bildirilib ki, […]

Mingəçevir Dövlət Universitetinin təşkilatçılığı ilə Dövlət Dram Teatrında Zəfər Gününə həsr olunan tədbir keçirilib

4 noyabr 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) təşkilatçılığı ilə Mingəçevir Dövlət Dram Teatrında 8 noyabr – Zəfər Gününə həsr olunan ”44 günlük Vətən müharibəsinin canlı əfsanələri” mövzusunda tədbir keçirilib. Tədbirdə MDU-nun əməkdaşları, tələbə və magistrantları, Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbinin, 14 saylı tam orta məktəbin, 12 saylı “Şəfa” körpələr […]

Mingəçevir Dövlət Universiteti Ukraynada keçirilən beynəlxalq konfransda təmsil olunub

2021-ci ilin 4 noyabr tarixində Mingəçevir Dövlət Universiteti (MDU) Kiyev Milli Texnologiya və Dizayn Universitetində (Kyiv National University of Technologies and Design – KNUTD) “Mexatron sistemlər: innovasiyalar və mühəndislik” mövzusunda keçirilən V beynəlxalq elmi-praktiki konfransda təmsil olunub. Ukrayna, ABŞ, Böyük Britaniya, Türkiyə, İsveçrə, Polşa və digər ölkələrin ali təhsil müəssisələrinin rəhbərlərinin qatıldığı konfransda Azərbaycandan MDU-nun […]

Mingəçevir Dövlət Universitetində Zəfər Gününə həsr olunan konfrans keçirlib

2021-ci ilin 4 noyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 8 noyabr -Zəfər Gününə həsr olunan “Vətən müharibəsi: qalibiyyətin təntənəsi və doğma Qarabağın dirçəlişi” mövzusunda konfrans keçirilib. MDU-nun inzibati və akademik heyət üzvləri, tələbə və magistrantlarının iştirakı ilə “Zoom” platforması üzərindən onlayn formatda təşkil olunan konfransda Milli Məclisin Elm və təhsil komitəsinin sədri, millət vəkili Bəxtiyar […]

Mingəçevir Dövlət Universitetində 3 saylı tam orta məktəblə birgə Zəfər Gününə həsr edilən tədbir keçirilib

2021-ci ilin 3 noyabr tarixində Mingəçevir Dövlət Universiteti (MDU) və Mingəçevir şəhər 3 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə “8 noyabr- Zəfər Günü”nə  həsr olunan “Zəfərin mübarək, ey Vətən!” adlı ədəbi-bədii tədbir keçirilib. Böyük akt zalında təşkil olunan tədbirdə unversitetin və məktəbin inzibati və pedaqoji heyət üzvləri, tələbələr və şagirdlər iştirak ediblər. Ərazi bütövlüyümüzün […]

Kiyev Milli İqtisadiyyat Universiteti Mingəçevir Dövlət Universitetinə kitablar hədiyyə edib

Ukraynanın qabaqcıl və qocaman ali təhsil müəssisələrindən olan Kiyev Milli İqtisadiyyat Universiteti (KNEU) tərəfindən Mingəçevir Dövlət Universitetinə (MDU) riyaziyyat, iqtisadiyyat, idarəetmə və digər sahələri əhatə edən kitablar hədiyyə edilib. Universitetlər arasında yaradılmış qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində dərslik və dərs vəsaitlərinin təqdim olunması MDU-da, ilk növbədə, İqtisadiyyat və idarəetmə, Pedaqoji fakültələrinin tədris-metodiki bazasının gücləndirilməsinə töhfə verilməsi […]

Mingəçevir Dövlət Universitetində təlim-təcrübə proqramına start verilib

Mingəçevir Dövlət Universiteti (MDU) və “Atəşgah” Sığorta Şirkətinin Mingəçevir şöbəsi arasında əməkdaşlıq çərçivəsində İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri üçün iki həftəlik təlim-təcrübə proqramına start verilib. Bu münasibətlə, 2021-ci ilin 1 noyabr tarixində “Atəşgah” Sığorta Şirkətinin Mingəçevir şöbəsinin sığorta məsləhətçisi Nurlan Xəlilov və MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini Cəlil Bağırov sözügedən proqramda iştirak hüququ […]

Bakı Dövlət Universiteti və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə növbəti ustad dərs keçirilib

2021-ci ilin 29 oktyabr tarixində Bakı Dövlət Universiteti (BDU) və Mingəçevir Dövlət Universiteti (MDU) arasında əməkdaşlıq çərçivəsində cari tədris ili üçün reallaşdırılan birgə fəaliyyət planına uyğun olaraq “Ustad dərsləri” layihəsi üzrə növbəti mühazirə keçirilib. Mühazirədə hər iki universitetin professor-müəllim heyəti üzvləri, tələbə, magistrant və doktorantları iştirak ediblər. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən mühazirəyə […]