Browsing category

Xəbərlər

Mingəçevir Dövlət Universitetinin əməkdaşları “Keyfiyyət təminatında təcrübə mubadiləsi” adlı beynəlxalq vebinarda iştirak ediblə

19 noyabr 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) akademik və inzibati heyət üzvləri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) evsahibliyi ilə hibrid formada keçirilən “Keyfiyyət təminatında təcrübə mübadiləsi” adlı beynəlxalq vebinarda iştirak ediblər. Türkiyənin və Azərbaycanın ali təhsil müəssisələrinin, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təmsilçilərinin qatıldığı vebinarda keyfiyyətin təminatı sahəsində iştirakçı universitetlərin təcrübəsi ilə bağlı təqdimatlar […]

“Mingəçevir Dövlət Universitetində kiber təhlükəsizliklə bağlı fənlərin tədrisinin təkmilləşdirilməsi” layihəsi qrantına layiq görülüb

Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən keçirilən “Ali və orta ixtisas təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” qrant müsabiqəsi üçün təqdim edilən “Mingəçevir Dövlət Universitetində kiber təhlükəsizliklə bağlı fənlərin tədrisinin təkmilləşdirilməsi” layihəsi qaliblər siyahısında yer alıb. Noyabrın 25-də Mingəçevir Dövlət Universitetində (MDU) sözügedən layihənin təqdimat mərasimi keçirilib. Təqdimatda universitetin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantları […]

Mingəçevir Dövlət Universiteti doktorantların və gənc tədqiqatçıların XXIV Respublika elmi konfransında təmsil olunub

2021-ci ilin 23-24 noyabr tarixlərində Azərbaycan Respublikasının Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində (AzTU) böyük Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan doktorantların və gənc tədqiqatçıların XXIV Respublika elmi konfransı keçirilib. Mingəçevir Dövlət Universitetini (MDU) konfransda rektor Şahin Bayramov və 17 nəfər gənc akademik heyət üzvü təmsil edib. Konfransın açılış mərasimində təhsil […]

Mingəçevir Dövlət Universitetində Lütfi Zadənin 100 illiyinə həsr olunan viktorina keçirilib

24 noyabr 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) İnformasiya texnologiyaları kafedrasının nəzdində fəaliyyət göstərən Tələbə Elmi Dərnəyinin təşkilatçılığı ilə dünya şöhrətli alim Lütfi Zadənin anadan olmasının 100 illiyinə həsr olunan viktorina keçirilib. Böyük akt zalında təşkil edilən viktorinada İnformasiya texnologiyaları, Riyaziyyat və informatika müəllimliyi ixtisasları üzrə təhsil alan tələbələr iştirak ediblər. Universitetin tələbə və […]

Mingəçevir Dövlət Universiteti Zəfər Gününə həsr olunmuş elmi-praktik vebinarda təmsil olunub

2021-ci ilin 17 noyabr tarixində Mingəçevir Dövlət Universiteti (MDU) Sumqayıt Dövlət Universitetində Zəfər Gününə həsr edilən “İşğaldan azad olunmuş ərazilərdə bərpa işləri” mövzusunda keçirilən elmi-praktik vebinarda təmsil olunub. AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu, Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu, Bakı Dövlət Universiteti, “Azərsu” ASC-nin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 […]

Mingəçevir Dövlət Universiteti “Tələbə Mediası” layihəsində uğurla təmsil olunub

Mingəçevir Dövlət Universitetinin (MDU) tələbələri Şərq Tərəfdaşlığı layihəsi çərçivəsində İqtisadi və Sosial İnkişaf Mərkəzi, Beynəlxalq Media və Mədəni Mübadilə İnstitutunun təşkilatçılığı və Almaniya Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Tələbə Mediası” layihəsində uğurla iştirak ediblər. Layihə çərçivəsində oktyabrın 15-dən 17-dək MDU-nun tələbələri üçün media sahəsində düzgün mövzu seçimi, onlayn və oflayn araşdırma, sorğu […]

Mingəçevir Dövlət Universiteti və “Azərbaycan İES” arasında əməkdaşlıq çərçivəsində təlim-təcrübə proqramına start verilib

22 noyabr 2021-ci il tarixində Mingəçevir Dövlət Universiteti (MDU) və “Azərbaycan İES” MMC arasında əməkdaşlıq çərçivəsində universitetin Mühəndislik fakültəsinin tələbələri üçün nəzərdə tutulan iki həftəlik təlim-təcrübə proqramına start verilib. Seçim mərhələsindən uğurla keçərək proqramda iştirak hüququ qazanmış 16 tələbə “Azərbaycan İES” də təlimlərə qatılıblar. Proqrama uyğun olaraq, tələbələr noyabrın 22-dən dekabrın 6-dək “Azərbaycan İES” MMC-nin […]

Mingəçevir Dövlət Universitetində bilik yarışı keçirilib

20 noyabr 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən İntellektual Oyunlar Klubunun təşkilatçlığı ilə Mingəçevir Gənclər Evində “Dirçəliş” adlı bilik yarışı keçirilib. “Nə? Harada? Nə zaman?” intellektual oyunu formatında təşkil olunan bilik yarışında universitetin tələbə və gənc əməkdaşlarından ibarət 9 komandası mübarizə aparıb. Müxtəlif sahələrə aid məntiqi və dünyagörüşü […]

Türkiyəli beynəlxalq təlimçilər Mingəçevir Dövlət Universitetində olublar

19 noyabr 2021-ci il tarixində türkiyəli beynəlxalq təlimçilər İşıl Keskin Şahan və Soner Şahan Mingəçevir Dövlət Universitetində (MDU) olublar. Qonaqları salamlayan MDU-nun rektoru Şahin Bayramov qardaş ölkədən gələn beynəlxalq təlimçilərin universiteti ziyarət etmələrindən məmnunluğunu ifadə edib. İki ölkə arasındakı qardaşlıq münasibətlərinin ali təhsilin inkişafına əhəmiyyətli töhfələr verdiyini qeyd edən rektor MDU-nun tərəfdaş olduğu Türkiyə universitetləri […]

Mingəçevir Dövlət Universitetinin nümayəndələri YAP-ın yaranmasının 29-cu ildönümü münasibətilə keçirilən tədbirdə fəal iştirak edib

Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu  ildönümü münasibətilə YAP Mingəçevir şəhər təşkilatı ağac əkmə kompaniyası keçirib. Tədbirdə Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmaylov, YAP şəhər təşkilatının sədri Cavanşir Yusubov, partiyanın fəalları ictimaiyyət nümayəndələri, mətbuat təmsilçiləri iştirak edib. Kompaniyaya Mingəçevir Dövlət Universitetinin fəalları da qoşulub. Kampaniya çərçivəsində Heydər Əliyev prospekti və Samux küçələrində baş tutan ağacəkmə aksiyasında […]