Mingəçevir Dövlət Universitetində “Tələbə Mediası” layihəsinin iştirakçıları ilə görüş keçirilib
27 oktyabr 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov “Tələbə mediası” layihəsində uğurla iştirak edən tələbələrlə görüşüb. Görüşdə gənclərin hərtərəfli inkişafında bu tipli layihələrdə iştirakın önəmindən danışan rektor Ş.Bayramov təlimləri müvəffəqiyyətlə başa vuran tələbələri təbrik edib və gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb. Layihə ilə bağlı təəssüratlarını bölüşən tələbələr müasir dövrün tələblərinə uyğun […]