Browsing category

Xəbərlər

Mingəçevir Dövlət Dram Teatrında 57-ci Mövsümün ilk iclası keçirildi

09 sentyabr 2024-cü il tarixində Mingəçevir Dövlət Dram Teatrında 57-ci mövsümün ilk iclası keçirilib. İclası giriş sözü ilə açan teatrın direktoru İntiqam Soltan, əvvəlki mövsümün uğurlarını xatırladaraq kollektivə təşəkkür edib və növbəti yaradıcılıq ilində onlara uğurlar arzu edib. Mədəniyyət Nazirliyinin COP 29 tədbirlər planı çərçivəsində iqlim dəyişikliyi ilə mübarizə mövzusunda önəmli layihələrin teatr səhnəsində həyata […]

Mingəçevir şəhəri Texniki Humanitar Liseydə 28 May Respublika Gününə həsr edilmiş növbəti ” Öz gələcəyin üçün oxu!” devizli “Yaxşıların yaxşısı” Mükafatlandırma tədbiri keçirilib.

25.05.2024-cü il tarixində Mərkəzi Aran Regional Təhsil idarəsinin Mingəçevir şəhər üzrə təhsil sektoru nəznində fəaliyyət göstərən  Texniki Humanitar Liseydə 28 May Respublika Gününə həsr edilmiş növbəti ” Öz gələcəyin üçün oxu!” devizli “Yaxşıların yaxşısı” mükafatlandırma tədbiri keçirilib. Liseyin elmi işlər üzrə direktor müavini Kəmalə Yusifovanın moderatorluğu ilə həyata keçirilən tədbirdə Mingəçevir şəhərində fəaliyyət göstərən “Kür” […]

“Abral Academy” Təhsil Mərkəzindən möhtəşəm uğur

“Abral Academy”nin şagirdləri Dubayda keçiriləcək Dünya Olimpiadasına vəsiqə qazanıb. Mingəçevir şəhərində fəaliyyət göstərən “Abral Academy”uğurları günü-gündən artmaqdadır. Yeri gəlmişkən “Abral Academy”nın təsisçisi və direktoru Tural Abdurahimov demişdi ki, fəaliyyətimizin ilk gündən başladığımız devizlə davam edirik. İki ildən artıq fəaliyyəti olan tədris mərkəzinin uğurları danılmazdır və biri-birini sırlamaqdadır. Bu günlərdə bu uğurların sırasına daha bir müəllimin […]

Mingəçevir Texniki Humanitar Liseyin (THL) şagirdləri VEX Robotics Azərbaycan Turniri 2024 -də respublika birinciləri olublar.

VEX Robotics Azərbaycan Turniri 2024 -də respublika birincisi Mingəçevir Texniki Humanitar Liseyinin şagirdləri olub. 24.02.2024-cü il tarixində H. Əliyev adına Müasir Təhsil Kompleksində VEX Robotics Azərbaycan 2024 ölkə çempionatının VEX – IQ CHALLENGE kateqoriyası üzrə növbəti turniri keçirilib. Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində olan Mingəçevir şəhər Təhsil Sektorunun nəznində fəaliyyət göstərən R. Muradov adına […]

Mərkəzi Aran Regional Təhsil İdarəsi MARTİ bir qrup media nümayəndələri ilə görüş keçirib

Fevralın 15-də Mərkəzi Aran Regional Təhsil İdarəsində bölgənin əhatə etdiyi media nümayəndələri ilə görüş keçirilib. Görüşdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, İnzibati təşkilat sektorunun müdiri Elmin Məmmədtağıyev, idarənin müvafiq əməkdaşları və müxtəlif media qurumunu təmsil edən jurnalistlər iştirak edib. Təhsil İdarəsinin müdiri Elçin Kərimov ilk olaraq Regional Təhsil İdarəsinin fəaliyyətə başladığı andan […]

“Yaxşıların Yaxşısı” layihəsi uğurla davam etdirilir

Son vaxtlar yeni­yetmələr​ arasında psixoloji problemlərlə bağlı intihar halları xeyli artıb: “Şagirdlərin psixoloqa olan ehtiyacı ödənilmədiyindən, psixoloji problemləri həllini tapmadığından intihar halları artır. Həyata hazır olmayan yeniyetmə hər hansı bir problemlə qarşılaşdıqda, çətinliklə üzləşdikdə vəziyyətdən çıxış yolu tapa bilmir. Depressiyaya düşür, özünü vəziyyət qarşısında aciz, carəsiz hiss edir. Düşdüyü vəziyyətdən çıxış yolu tapa bilmədiyi üçün […]

Müasir şagirdə Müasir yanaşma layihəsi bir ilkə imza atıb

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə qrant müsabiqəsi”nin qalib layihələrindən olan “Müasir şagirdə Müasir yanaşma” layihəsi uğurla davam etdirilir. Oğuz şəhəri Emin Abdullayev adına Texniki -Təbiət təmayüllü liseyin direktor müavini Təranə Zəkəriyyəyeva  rəhbəri olduğu layihə haqqında ictimaiyyətə məlumat verib. T. Zəkəriyyəyeva Layihənin əsasında dayanan məsələlərin uğurla həyata keçirildiyini […]

“İnternat şagirdlərinin Şəxsi İnkişaf və Karyera Planlaması” Layihəsinin açılış mərasimi keçirilib

Elm və Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə  İnkişaf və İnnovasiyalar üzrə VII qrant” müsabiqəsinin qalibi olan məktəb layihəsinin açılış mərasimi həyata keçirilib. Layihə rəhbəri İnteqrasiya Təlimli, İnternat tipli Gimnaziyanın direktoru Pərvanə Tahirova tədbir iştirakçılarını salamlayıb. Layihənin mahiyəti haqqında ətraflı məlumat verib. “İnternat şagirdlərinin Şəxsi İnkişaf və Karyera Planlaması” düşərgəsinin 3 gecə 4 gün müddətində, 2023-cü […]

“Şəhidlər ən ali qürur mənbəyimizdir!”

 Ağdaş rayonunda “Şəhidlər ən ali qürur mənbəyimizdir!” mövzusunda rəsm sərgisi və bilik yarışması keçirilib. Ağdaş şəhər Heydər Əliyev parkında keçirilən tədbir Vətən müharibəsinin üçüncü ildönümünə həsr olunub və rayon rəsmilərinin və əhalisinin iştirakı ilə yaddaqalan olub. Əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad olunub, Azərbaycanın zəngin mədəni, bədii, ədəbi irsindən söz açılıb. Ardınca rəssam Məlahət İsmayılın və […]

ABRAL ACADEMY TƏHSİL MƏRKƏZİ 2 YAŞINI UĞURLARI İLƏ QEYD ETDİ.

Mingəçevir şəhəri hər zaman təhsilə önəm verən, yenilikçi şəhər olaraq tanınmaqdadır.  Azərbaycanın 4-cü sənaye şəhəri olaraq tanınan Mingəçevir şəhərində yüksəkixtisaslı kadrlara hər zaman ehtiyac var. ABRAL ACADEMY təhsil mərkəzi yarandığı gündən məhz bu amala qulluq edir. Daim yenilənən sistemə ayaq uyduraraq hər il yüksək nəticələrlə yüzlərlə tələbənin gələcəyinə işıq tutan Təhsil Mərkəzi , Məktəbəqədər təhsil, […]