7 azərbaycanlı gənc Küveytdə ali təhsil şansı qazandı
2025/2026-cı tədris ili üçün Küveyt Dövlətinin elan etdiyi təqaüd proqramına Azərbaycan vətəndaşları da qoşulub. Seçim mərhələsinin nəticələrinə əsasən, 7 azərbaycanlı tələbə Küveyt Universitetində təhsil almaq hüququ əldə edib. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin məlumatına görə, tələbələr əvvəlcə universitetin Dillər Mərkəzində birillik ərəb dili üzrə hazırlıq kursuna cəlb olunacaqlar. Hazırlıq mərhələsini uğurla başa vuran […]