Danimarka 15 yaşadək uşaqlara sosial şəbəkə qadağası planlaşdırır
Danimarkanın baş naziri Mette Frederiksen ölkə parlamentində çıxışı zamanı hökumətin 15 yaşına qədər uşaqlara və yeniyetmələrə müəyyən sosial media platformalarına giriş qadağası tətbiq etməyi planlaşdırdığını açıqlayıb. Frederiksen bildirib ki, sosial medianın təsiri gənclərin psixologiyasına və uşaqlıq dövrlərinə mənfi təsir göstərir. Onun sözlərinə görə, “mobil telefonlar və sosial media uşaqlarımızın uşaqlığını oğurlayır”. Baş nazir hələlik hansı […]