Veteranlara təqaüd artımı olmayacaq
Azərbaycanda 2026-cı ildə müharibə veteranlarına verilən təqaüdün artırılması planlaşdırılmır. Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev Trend-ə açıqlamasında bildirib ki, gələn il veteranlara ödənilən Prezident təqaüdü mövcud səviyyədə, yəni 80 manat olaraq qalacaq. Quliyev əlavə edib ki, hazırda bu təqaüd müharibə veteranlarının sosial dəstəyinin təmin edilməsi baxımından vacibdir, lakin artım nəzərdə tutulmur. […]