Browsing category

Xəbərlər

Qarabağın tarixi irsi yenidən canlanır

274 il əvvəl Qarabağ hökmdarı Pənahəli xan tərəfindən inşa edilmiş Əsgəran qalası, aparılan bərpa işlərindən sonra ziyarət üçün yenidən istifadəyə verilib. Bu barədə Türkiyənin Anadolu Agentliyi Azərbaycanın işğaldan azad olunmuş əraziləri ilə bağlı hazırladığı reportajda məlumat yayıb. Agentlik, xüsusilə erməni işğalı dövründə qalanın baxımsız vəziyyətə düşdüyünü diqqətə çatdırıb. Reportajda qeyd olunur: “Qarabağ müharibəsində əldə olunan […]

Bəzi bölgələrdə ətin qiymətində azalma müşahidə olunur

Azərbaycanda bir sıra bölgələrdə mal və quzu ətinin qiymətində enmə qeydə alınıb. Satıcılar bildirirlər ki, son günlərdə ətin qiyməti orta hesabla 1–2 manat ucuzlaşıb. Məlumata görə, heyvanlar arasında dabaq xəstəliyinin yayılması barədə xəbərlər bazarda ətə olan tələbatı azaldıb. Bu isə qiymətlərin aşağı düşməsinə səbəb olub. Məsələn, Tovuz rayonunda iri və xırdabuynuzlu heyvan ətinin qiymətində nəzərəçarpacaq […]

Azərbaycan Ordusunda bayraq günündə and içildi

Noyabrın 9-da — Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunun hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimləri keçirilib. Tədbirlər Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2025-ci ilin hazırlıq planına əsasən təşkil olunub. Müdafiə Nazirliyinin məlumatına görə, mərasimlər döyüş bayraqlarının sıra meydanına gətirilməsi və hərbi orkestrin ifasında Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və […]

Göyçayda “Nar Festivalı” rəngarəng anlarla yadda qaldı

Göyçayda rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Dövlət Turizm Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə ənənəvi “Nar Festivalı” keçirilib. Tədbirdə 65-dən çox stenddə yerli istehsalçılar və müəssisələr tərəfindən nardan hazırlanan müxtəlif məhsullar nümayiş etdirilib. Festival çərçivəsində məhsul dequstasiyası, yarmarka, ustad dərsləri, rəsm sərgisi, müsabiqələr və folklor qruplarının çıxışları təşkil olunub. 2006-cı ildən keçirilən […]

Mingəçevirdə Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib

8 Noyabr – Zəfər Günü münasibətilə Mingəçevir şəhərində bir sıra tədbirlər keçirilib. Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan silsilə tədbirlər Azərbaycanın tarixi Qələbəsinin beşinci ildönümünə həsr olunub. İlk olaraq şəhərin şərq girişində yerləşən Zəfər Parkında “Şəhidlər Unudulmur” abidə kompleksi ziyarət olunub. Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, şəhid ailələri, qazilər, hərbçilər, hüquq-mühafizə […]

YAŞAT Fondundan şəhid ailələrinə xüsusi dəstək

Azərbaycanda Vətən müharibəsindən sonra 120 şəhid övladı dünyaya gəlib. Bu barədə məlumatı YAŞAT Fondunun rəhbəri Elvin Hüseynov açıqlayıb. Onun sözlərinə görə, bu uşaqlar heç vaxt atalarını görməsələr də, dövlətin və cəmiyyətin daim diqqətində olacaqlar: “Bütün şəhid övladları və qazilər bizə əmanətdir,” – deyə Elvin Hüseynov bildirib. YAŞAT Fondu tərəfindən həyata keçirilən xüsusi layihə çərçivəsində dünyaya […]

Mingəçevirli şahmatçının növbəti beynəlxalq uğuru

Mingəçevirli şahmatçı Mehriban Əhmədli 10 yaşlı qızlar arasında keçirilən Avropa çempionatının gümüş medalına layiq görülüb. Oktyabrın 29-da Monteneqronun Budva şəhərində start götürən yarışda 90 şahmatçı iştirak edib. Mehriban Əhmədli keçirdiyi 9 turun 6-da qalib gəlib, 3 görüşü isə heç-heçə ilə başa vurub. Yüksək nəticə göstərməsinə baxmayaraq, o, cüzi xal fərqi ilə turniri ikinci pillədə tamamlayıb. […]

Mingəçevirdə Zəfər Gününə həsr olunmuş tədbir keçirildi

Noyabrın 7-də Mingəçevir Şəhər İcra Hakimiyyəti və YAP şəhər təşkilatının birgə təşkilatçılığı ilə “8 Noyabr – Zəfər Günü – Tariximizin qızıl səhifəsi” adlı tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, gül dəstələri qoyublar. Foyedə məktəblilərin əl işlərindən ibarət sərgi və kitab təqdimatı nümayiş olunub. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni […]

Qadağan olunan mərc oyunlarının reklamı ifşa edildi – 17 influenser saxlanıldı

Azərbaycanda sosial şəbəkələrdə qadağan olunmuş onlayn qumar və mərc oyunlarının reklamına qarşı genişmiqyaslı əməliyyat keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, tədbir Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin əməkdaşları ilə birgə həyata keçirilib. Araşdırmalar nəticəsində məlum olub ki, bir sıra tanınmış influencerlər və sosial media […]

Vergilərin bir hissəsi bölgələrdə qalsın – Yeni təklif gündəmdə

Gələcəkdə normadan artıq vergi toplayan regionların müəyyən faizlərinin həmin bölgələrin özündə qalması təklif olunur. Bu vəsaitlər yerli abadlıq və quruculuq işlərinə, şəhid və qazi ailələrinin sosial dəstəyinə, eləcə də şəhər infrastrukturunun inkişafına yönəldilə bilər. Belə yanaşma regionlar arasında sağlam rəqabət mühitinin formalaşmasına da xidmət edəcək. Bu təklifi Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov […]