Leyla Əliyeva Mingəçevirdə şəhid ailələrini və sosial müəssisələri ziyarət etdi
Heydər Əliyev Fondunun vitse-prezidenti və IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva noyabrın 13-də Mingəçevirə səfər edib. Səfər çərçivəsində Leyla Əliyeva əvvəlcə Vətən uğrunda canlarını fəda etmiş şəhid qardaşlar Əhmədovların ailəsini ziyarət edib. O, şəhidlərin xatirəsini ehtiramla yad edib, anası Sevinc Əhmədova ilə söhbət edib və qəhrəman oğulların həyat yolu, döyüş fəaliyyəti, eləcə də ailənin gündəlik […]