Browsing category

Xəbərlər

Zəngilana Böyük Qayıdış davam edir

Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış prosesi ardıcıl şəkildə davam etdirilir. Son mərhələdə Zəngilan rayonunun Məmmədbəyli kəndinə daha 30 ailə – ümumilikdə 144 nəfər – yola salınıb. Doğma torpaqlarına qovuşan sakinlər göstərilən yüksək qayğı və yaradılan şəraitə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıq ediblər. Onlar həmçinin […]

Gələn il pensiyalarda artım olacaq

2026-cı il üçün əmək pensiyalarının maliyyələşdirilməsi məqsədilə ayrılan vəsait 2025-ci ilin təsdiqlənmiş xərcləri ilə müqayisədə 782,4 milyon manat və ya 10,9% çox nəzərdə tutulub. Bunun 81,2%-i, yəni 635,6 milyon manatı indeksasiyaya ayrılacaq, qalan hissə isə yeni təyin olunan və ya yenidən hesablanmış pensiyaların maliyyələşdirilməsi üçün istifadə olunacaq. Bu barədə Milli Məclisin bugünkü iclasında “Dövlət sosial […]

Yeni vergi qaydaları tətbiq olunur

Fiziki şəxslərə məxsus yaşayış sahələrinin (mehmanxanalar və mehmanxana tipli obyektlərdə yerləşən yerlər istisna olmaqla) kirayədən əldə olunan gəlirlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulacaq. Bu məsələ Milli Məclisin bugünkü iclasında Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, icarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə, […]

Deputatdan vergi təklifi: Aşağı maaşlılar tam azad olsun

Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin bugünkü plenar iclasında Vergi Məcəlləsi və bir sıra qanunlarda dəyişikliklər müzakirəsi zamanı təklif irəli sürüb. O bildirib ki, 1000 manatdan az maaş alan şəxslər ümumiyyətlə bütün vergilərdən azad olunsun. Deputat həmçinin ləğv olunmuş vergi güzəştlərinin bərpasını təklif edib: “2500 manata qədər maaş alanlar üçün artıq 3 faiz vergi dərəcəsi […]

Ailə böhranı ciddi artıb

Rəsmi statistika göstərir ki, Azərbaycanda nigaha daxil olan ailələrin təxminən 50%-i boşanma ilə nəticələnir. Son 3 ilin məlumatları isə bu rəqəmin daha da düşündürücü olduğunu ortaya qoyur. Deputat Məlahət İbrahimqızı parlamentin plenar iclasında bildirib ki, boşanmaların artması demoqrafik təhlükəsizlik, uşaqların psixoloji vəziyyəti, aliment məsələləri və yeni sosial proqramlar baxımından ciddi maliyyə yükü yarada bilər. O […]

Sanatoriya-Kurort Qaydalarında Vacib Dəyişikliklər

Şəhid ailələri, müharibə iştirakçıları, Çernobıl qəzasından zərər çəkənlər və digər imtiyazlı kateqoriyaların sanatoriya-kurort müalicəsi ilə bağlı qaydalara yenilik edilib. Nazirlər Kabinetinin 2002-ci il 12 avqust tarixli qərarına edilən dəyişiklik Baş nazir Əli Əsədov tərəfindən təsdiqlənib. Yeni qərara əsasən, bu kateqoriyadan olan şəxslər ildə bir dəfə olmaqla sanatoriya-kurort yollayışları ilə təmin olunacaqlar. İşləyən şəxslər üçün putyovkalar […]

Xocavənddə genişmiqyaslı bərpa proqramı

Xocavənddə çoxmənzilli və fərdi yaşayış evlərinin bərpası ilə bağlı tender prosesləri başa çatıb. “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs layihənin icrası üçün bir neçə şirkətlə müqavilələr imzalayıb. Qurumun məlumatına görə: “Araz İnşaatçı” MMC — Cütcü kəndində 40 evin (6732 m²) təmiri üçün 2 milyon 352 min 837 manat […]

Xəzər dənizində su səviyyəsi azalır

Son illər Xəzər dənizində müşahidə olunan su səviyyəsinin enməsi regionun ekosistemi və iqtisadiyyatına mənfi təsir göstərir. Bu isə dənizin gələcəyi ilə bağlı ciddi suallar doğurur. Ekoloq Çingiz İsmayılov bildirib ki, suyun azalmasının əsas səbəbləri quraqlıq, qlobal iqlim dəyişikliyi və Xəzərə daxil olan çay sularının həcminin azalmasıdır:“Xəzər dənizində səviyyə dövri olaraq dəyişir. 35-50 illik dövr ərzində […]

Rusiya-Ukrayna münaqişəsi

Noyabrın 19-u gecəsi Rusiya hərbi qüvvələrinin Ternopol şəhərinə həyata keçirdiyi hava hücumu nəticəsində 9 nəfər həyatını itirib, 20-dən çox şəxs yaralanıb. Ukrayna Baş Naziri Yuliya Sviridenko açıqlayıb ki, o, Ternopol, Lvov və İvano-Frankivsk vilayətlərinin rəhbərləri ilə onlayn görüş keçirərək hücumun nəticələri və təmizləmə işləri barədə məlumat alıb. Baş nazir qeyd edib ki, Dövlət Fövqəladə Hallar […]

Sosial xərclər prioritet olaraq qalır

Maliyyə naziri Sahil Babayev parlamentin plenar iclasında bildirib ki, 2026-cı ildə dövlət büdcəsinin 41 faizi, cari xərclərin isə 68 faizi sosialyönlü xərclərə yönəldiləcək. Bu məbləğ 17,1 milyard manat təşkil edəcək ki, bu da 2024-cü illə müqayisədə 2,5 milyard manat və ya 17 faiz çoxdur. Nazir qeyd edib ki, ortamüddətli büdcə dövrü ilə müqayisədə sosialyönlü xərclər […]