Browsing category

Xəbərlər

Rusiya–Ukrayna müharibəsi

Ukraynada davam edən hərbi qarşıdurmalar zamanı azərbaycanəsilli bir hərbçinin həlak olduğu bildirilir. Sosial şəbəkələrdə yayılan məlumatlara əsasən, Samir Rasim oğlu Qasımov Ukrayna Silahlı Qüvvələrinin tərkibində xidmət edərkən döyüş tapşırığını yerinə yetirən zaman həyatını itirib. Hazırda hadisə ilə bağlı rəsmi qurumlar tərəfindən əlavə məlumat verilməyib.

Bakı və İrəvan arasında enerji əməkdaşlığı

Ermənistan Baş naziri Nikol Paşinyanın müavini Mqer Qriqoryan təsdiqləyib ki, Azərbaycanla neft və neft məhsullarının idxalı məsələsi Qəbələdə azərbaycanlı həmkarı Şahin Mustafayevlə müzakirə olunub. “Bəli, müzakirələr aparılıb, əməkdaşlıq üçün imkanlar var”, – Qriqoryan bildirib. O əlavə edib ki, yanacaq idxalı ilə bağlı gələcək əməkdaşlıq özəl ixracatçılar və idxalçılar arasında bazar prinsiplərinə uyğun həyata keçiriləcək. Ermənistan […]

Cənubi Qafqazda sülh perspektivi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanacağına ümidini ifadə edib. Dövlət başçısı bu barədə Aşqabadda keçirilən Beynəlxalq Sülh və Etimad İl Forumunda danışıb. Tokayev bildirib ki, sülh sazişinin imzalanması Cənubi Qafqazda dayanıqlı sabitliyin təmin edilməsinə böyük töhfə verəcək. “Azərbaycan və Ermənistan tərəfindən birgə sülh bəyannaməsinin imzalanması həm region, həm də […]

Dünyada “K” ŞTAMMI TƏHLÜKƏSİ – H3N2-NİN YENİ VERSİYASI SÜRƏTLƏ YAYILIR

Dünyanın onlarla ölkəsi qış mövsümündə yeni və daha təhlükəli hesab edilən qrip dalğası ilə üz-üzə qalıb. Yoluxmaların çoxuna səbəb olan virus H3N2-nin “K” adlı yeni ştammıdır. Yeni variant əvvəlcə Avstraliya və Yeni Zelandiyada aşkar olunub, daha sonra Yaponiya və Böyük Britaniyada sürətli yayılma qeydə alınıb. Hazırda bu ştamm 30-dan çox ölkədə təsdiqlənib. Mütəxəssislər bildirirlər ki, […]

Azərbaycanda pərakəndə ticarət statistikası

Bu ilin yanvar-noyabr aylarında ölkədə pərakəndə ticarət şəbəkəsində hər bir vətəndaş orta hesabla ayda 519,9 manatlıq mal alıb. Onlardan 283,5 manatlıq hissəsi ərzaq məhsulları, içkilər və tütün məmulatlarına, 236,4 manatlıq hissəsi isə qeyri-ərzaq məhsullarına sərf olunub. Dövlət Statistika Komitəsinin məlumatına görə, vətəndaşların xərclərinin pay bölgüsü belə olub: 50,4% ərzaq məhsulları, 4,1% içki və tütün məmulatları, […]

Tovuzda ürəkparçalayan yol faciəsi

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində bir qadın həyatını itirib. Mərhumun 1951-ci il təvəllüdlü Ədalət Bayramova olduğu müəyyən edilib. İlkin məlumata görə, Ədalət Bayramova səhhətində problem olan gəlininin əvəzinə işə çıxıb. O, rayonun H. Əliyev prospektində yolu keçərkən onu avtomobil vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Mərhumun gəlini Tovuz rayon Mənzil Kommunal İstehsalat Birliyində […]

Moped sürücülərinə yeni tələblər: Sürücülük vəsiqəsi mütləq olacaq

Azərbaycanda moped idarə etmək üçün sürücülük vəsiqəsinin alınması tələb olunacaq. Bu, “Yol hərəkəti haqqında” qanuna edilən dəyişikliklərdə öz əksini tapıb. Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda qəbul edilən qanun layihəsinin əsas məqsədi mopedlərin istismarına dair qaydaları təkmilləşdirmək, sürücülərin bilik və bacarıqlarını artırmaq və yol hərəkətinin təhlükəsizliyini yüksəltməkdir. Dəyişikliklərə əsasən: Moped idarə etmək üçün […]

Mobil cihazlarla bağlı yeni rüsum qaydaları təsdiqləndi

Ölkəyə gətirilən mobil telefonlarla bağlı yeni maliyyə tələbləri rəsmən təsdiqlənib. Bundan sonra fiziki şəxslər şəxsi istifadə üçün təqvim ili ərzində yalnız bir ədəd mobil cihazı əlavə xərc olmadan gətirə biləcəklər. Limitdən artıq gətirilən hər bir əlavə telefonun qeydiyyatı üçün isə 100 manat dövlət rüsumu tətbiq ediləcək. Bu dəyişikliklər bu gün Milli Məclisdə üçüncü oxunuşda qəbul […]

Siyasi gərginlik və maliyyə problemləri səbəbindən fəaliyyət dayandırıldı

Ermənistanda yayımlanan azərbaycandilli televiziya kanalı “ReOpen Media” fəaliyyətini dayandırdığını açıqlayıb. Kanal dekabrın 6-da gecəyarısı təcili efirə çıxaraq maliyyə çətinlikləri və siyasi təzyiqlər səbəbindən bağlandığını bildirmişdir. Rəsmi açıqlamada maliyyə problemləri əsas səbəb kimi göstərilsə də, layihənin bağlanması son günlərdəki siyasi gərginliklə də əlaqələndirilir. Belə ki, dekabrın 3-də Real TV-də keçirilən canlı efirdə aparıcı Vəfa Həmzəyeva ilə […]

Azərbaycan manatının sabitliyi bank sektorunu gücləndirir

Azərbaycan manatının illərdir qorunan sabit məzənnəsi bank sistemində dollarla verilən kreditlərin vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Bu barədə beynəlxalq reytinq agentliyi “Moody’s” öz son qiymətləndirməsində məlumat yayıb. Bildirilib ki, manatın stabil qalması nəticəsində valyuta ilə kreditləşmənin həcmi sürətlə azalmaqdadır: əgər 2020-ci ildə bank portfelinin təxminən 30%-i xarici valyutada idisə, 2024-cü ildə bu göstərici 16%-ə, 2025-ci ilin […]