Browsing category

Xəbərlər

Yanğın hadisəsi törədən şəxs saxlanıldı

Yanvarın 7-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində əkin sahəsində yanğın törətməkdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb. Araşdırmalar nəticəsində hadisəni 1960-cı il təvəllüdlü F. Abbasovun törətdiyi müəyyən edilib. Yanğın 1 hektar quru ot sahəsinə ziyan vurub. F.Abbasovun barəsində toplanmış materiallar məhkəməyə göndərilib.

ABŞ Arktikada mövqelərini gücləndirmək istəyir

ABŞ Prezidenti Donald Tramp administrasiya daxilində Qrenlandiyanın mümkün satın alınması məsələsini gündəmə gətirib. Bu barədə Ağ Evin mətbuat katibi Kerolin Levitt keçirdiyi brifinqdə məlumat verib. Onun sözlərinə görə, Vaşinqton Arktika bölgəsində Rusiya və Çinin artan fəallığını strateji risk kimi qiymətləndirir və Qrenlandiya bu baxımdan mühüm əhəmiyyət daşıyır. Levitt bildirib ki, Trampın milli təhlükəsizlik üzrə komandası […]

Leyla Əliyeva Qusarda kənd həyatını yaxından tanıdı

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin yaradıcısı və rəhbəri Leyla Əliyeva yeni ilin ilk günlərində Qusar rayonuna səfər edib. Səfər zamanı o, Qusarın Hil kəndində yaşayan Rəmixanovlar ailəsinin evində qonaq olub və məşhur “Kənd Həyatı” (Country Life Vlog) layihəsinin növbəti buraxılışının çəkilişlərinə qatılıb. Çəkiliş prosesində Leyla Əliyeva bölgəyə xas olan ənənəvi yeməklərdən biri – […]

İran bazarlarında etirazlar yüksəlir

Abdandanda etirazçılar İranın Ali Rəhbərinə qarşı şüarlar səsləndirərkən, hökumət qüvvələri polis bölmələrində sığınacaq tapıb. Polis qüvvələrinin komandiri Əhmədrza Radan bildirib ki, etirazlarda iştirak edən “iğtişaşçılar”ın əksəriyyəti artıq İslam Respublikasının kəşfiyyat xidmətləri tərəfindən müəyyən edilərək həbs olunub. Radan etirazçılara çağırış edərək, könüllü təslim olanların İslam Respublikasının mərhəmətinə nail olacağını vurğulayıb. Tehran bazarlarında baş verən etirazlar zamanı […]

Xristian aləminin əlamətdar bayramı

Bu gün dünya pravoslav xristianları Milad bayramını qeyd edirlər. Xristian aləminin ən əlamətdar və ənənəvi mərasimlərindən sayılan Milad, İsa Məsihin Vifleyemdə dünyaya gəlməsinin şərəfinə keçirilir. Dünya xristianları bayramı mənsub olduqları məzhəbə görə müxtəlif günlərdə qeyd edirlər: katoliklər 25 dekabrda, pravoslavlar isə 6-7 yanvarda. Pravoslav ölkələrində Milad rəsmi dövlət bayramıdır. Bayram hazırlıqları çərçivəsində evlərdə və ictimai […]

Gürcüstanda toy mərasimində qanlı insident

Gürcüstanın Qardabani rayonunun Qara Təhlə kəndində yanvarın 5-də baş vermiş qanlı insident nəticəsində bir nəfər ölüb, dörd nəfər isə yaralanıb. Hadisə toy mərasimində başlayıb. Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, saxlanılan 2000 və 1995-ci il təvəllüdlü şəxslər qəsdən adam öldürməyə cəhd, başqasının əmlakına zorla zərər vermə və iki və daha çox şəxsə qarşı qrup […]

“Sosial eksperiment” adı ilə dələduzluq

Abşeron rayonunda “sosial eksperiment” adı altında dələduzluq edən şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Abşeron rayonu ərazisində yaşayan bir nəfər qeyri-adi dələduzluq hadisəsi ilə bağlı polisə müraciət edib. Zərərçəkənin sözlərinə görə, naməlum şəxs Xırdalan şəhərində ona yaxınlaşaraq maddi çətinlik çəkdiyini əsas gətirib və 1 manat pul istəyib. Pulu […]

Mingəçevərdə xəstəxanada bədbəxt hadisə

Mingəçevirdə Şəhər Mərkəzi Xəstəxanasında müayinəyə gələn Ağdaş sakini qəflətən ölüb. 1978-ci il təvəllüdlü Fizuli İbadov müayinə üçün xəstəxanaya gəldiyi zaman dəhlizdə huşunu itirib. Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

Qanunsuz toyuq sexində süni boyama aşkarlanıb

Xırdalan şəhərində fəaliyyət göstərən qanunsuz quş kəsimi sexində laborator müayinələr nəticəsində toyuq məhsullarının süni sarı rənglə boyandığı məlum olub. Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, “kənd toyuğu” təəssüratı yaratmaq məqsədilə toyuqlarda Tartrazin (E102) qida əlavəsindən istifadə edilib. Tartrazin dərman və kosmetik vasitələrdə, eləcə də bəzi qida məhsullarında istifadə olunan sintetik sarı boya olub, insanlarda allergiya və […]

Rusiyada polis zabitinin qətlində şübhəli tutuldu: Azərbaycan vətəndaşı saxlanıldı

Rusiyanın Tver vilayətində 22 yaşlı polis əməkdaşı qətlə yetirildi. Hadisənin şübhəlisi kimi Azərbaycan vətəndaşı Rauf Əliyev saxlanılıb. Məlumata görə, Rauf Əliyev Maksatiha kəndində kirayə qaldığı mənzilə baş çəkən polis əməkdaşları ilə mübahisə edib və mübahisə zamanı polis zabiti Andrey bıçaq xəsarətləri alaraq həyatını itirib. Şübhəli Tver hava limanında polis tərəfindən saxlanılıb və məhkəmənin qərarı ilə […]