Browsing category

Xəbərlər

Mingəçevir Dövlət Universiteti şəhid Yasən Əhmədovun xatirəsini anıb

2021-ci ilin 23 oktyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) tələbəsi Yunis Əhmədlinin atası Yasən Əhmədovun şəhadətə yüksəlməsinin bir ili tamam olub. Bu münasibətlə, MDU-nun Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin (TVİM)  təşkilatçılığı ilə universitetin bir qrup tələbə və müəllim heyəti üzvü Mingəçevir Şəhidlər xiyabanında qəhrəman şəhidin məzarı üzərinə gül dəstələri düzüb və onun əziz xatirəsini böyük ehtiramla […]

Mingəçevir Dövlət Universiteti ilə Kiyev Milli İqtisadiyyat Universiteti arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

2021-ci ilin 27 oktyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Ukraynaya səfəri çərçivəsində Kiyev Milli İqtisadiyyat Universitetinin (KNEU) rektoru Dmytro Lukianenko ilə görüşüb. MDU rektorunu KNEU-da salamlamaqdan məmnunluğunu bildirən D.Lukianenko rəhbərlik etdiyi ali təhsil müəssisəsinin keçdiyi inkişaf yolu, beynəlxalq əməkdaşlığı, uğurları və məzunları haqqında ətraflı məlumat verib. Azərbaycan universitetləri, o cümlədən MDU ilə […]

Mingəçevir Dövlət Universitetində yol hərəkətinin təhlükəsizliyinə dair seminar keçirilib

2021-ci ilin 25 oktyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın icrasına həsr olunmuş elmi-praktiki seminar keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan seminarda MDU-nun bir qrup akademik heyət üzvü, tələbə və magistrantları iştirak ediblər. Seminarda giriş sözü ilə çıxış edən MDU-nun elmi işlər […]

MDU-nun türkiyəli professoru magistrantlarla görüşüb

2021-ci ilin 25 oktyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) fəaliyyət göstərən Türkiyənin Qazi Universitetinin professoru Ercan Nurcan Yılmaz universitetin magistrantları ilə görüş keçirib. Görüşdə professor E.N.Yılmaz karyera inkişafı, ixtisaslaşma, tədqiqat mövzularının və elmi rəhbərlərin seçilməsi meyarları, tədqiqatların aparılması və onların nəticələrinin yayımlanması, akademik etika ilə bağlı müvafiq tövsiyələrini magistrantlara çatdırıb. Yaxın gələcəkdə süni intellektin iqtisadiyyatın […]

Bakı Dövlət Universiteti və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə məktəb idarəetməsi təlimlərinə start verilib

2021-ci ilin 25 oktyabr tarixində Bakı Dövlət Universiteti (BDU) və Mingəçevir Dövlət Universiteti (MDU) arasında əməkdaşlıq çərçivəsində cari tədris ili üzrə həyata keçirilən birgə fəaliyyət planına əsasən “Məktəb idarəetməsi və post-pandemiya dövründə orta məktəb təhsili: metodoloji və psixoloji nüanslar” adlı beş günlük təlim proqramına start verilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən təlimlərdə […]

Bakı Dövlət Universiteti və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Nizami Gəncəvi ili”nə həsr olunmuş dəyirmi masa keçirilib

2021-ci ilin 22 oktyabr tarixində Bakı Dövlət Universiteti (BDU) və Mingəçevir Dövlət Universiteti (MDU) arasında əməkdaşlıq çərçivəsində cari tədris ili üzrə qəbul edilmiş birgə fəaliyyət planına əsasən hər iki ali təhsil müəssisəsinin Tələbə Gənclər Təşkilatlarının (TGT) təşkilatçılığı ilə  “Nizami Gəncəvi ili”nə həsr olunan “Nizami irsi – insanlığın mənəvi sərvət axtarışının zirvəsində” mövzusunda dəyirmi masa keçirilib. […]

Mingəçevir Dövlət Universiteti “Atəşgah” Sığorta şirkəti ilə əməkdaşlığa başlayıb

2021-ci ilin 22 oktyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov “Atəşgah” Sığorta şirkətinin 1 saylı regional şöbəsinin müdiri Afat Hüseynov ilə görüşüb. Görüşdə şirkətin Mingəçevir şöbəsinin sığorta məsləhətçisi Nurlan Xəlilov, MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini Cəlil Bağırov da iştirak ediblər. Qonaqları salamlayan MDU-nun rektoru Ş.Bayramov ölkədə sığorta sahəsində uğurlu fəaliyyət göstərən […]

Mingəçevir Dövlət Universitetində şəhid məzunların xatirəsinə həsr olunan anım tədbiri keçirilib

2021-ci ilin 22 oktyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin (TVİM) təşkilatçılığı ilə universitetin şəhid məzunları Oruc Nəcəfli və Kənan Abdullayevin xatirəsinə həsr olunan anım tədbiri keçirilib. Böyük akt zalında təşkil olunan tədbirdə şəhidin ailə üzvləri, döyüş yoldaşları, universitetin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak ediblər. Ərazi bütövlüyümüzün təmin […]

Mingəçevir Dövlət Universiteti Ukraynada keçirilən beynəlxalq konfransda təmsil olunub

2021-ci ilin 21 oktyabr tarixində Mingəçevir Dövlət Universiteti (MDU) Kiyev Milli İqtisadiyyat Universitetinin (KNEU) 115 illik yubileyi münasibətilə “KNEU beynəlmiləlləşmə strategiyası: yeni yanaşmalar” mövzusunda keçirilən beynəlxalq konfransda təmsil olunub. Ukrayna, ABŞ, Almaniya, İtaliya, Gürcüstan və digər ölkələrin tanınmış ali təhsil müəssiələrinin rəhbərlərinin qatıldığı konfransda MDU-nun rektoru Şahin Bayramov iştirak edib. “Zoom” platforması üzərindən onlayn formatda […]

Bakı Dövlət Universiteti ilə Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə dəyirmi masa keçirilib

2021-ci ilin 20 oktyabr tarixində Bakı Dövlət Universiteti (BDU) və Mingəçevir Dövlət Universiteti (MDU) arasında əməkdaşlıq çərçivəsində cari tədris ili üzrə qəbul edilmiş birgə fəaliyyət planına əsasən “Fizika müəllimliyi” ixtisası üzrə kadr hazırlığının təşkili” mövzusunda dəyirmi masa keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən dəyirmi masada BDU-nun Fizika fakültəsinin və MDU-nun Pedaqoji fakültəsinin […]