Browsing category

Xəbərlər

İnternetdə əxlaq normalarına zidd məlumatların yayılmasına yeni məhdudiyyət

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə iclasında müzakirə olunan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihəsinə əsasən, internet informasiya ehtiyatlarının və domen adlarının sahibi, eləcə də informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi həmin resurslarda ictimai mənəviyyata zidd, əxlaqsız və ya cəmiyyətin dəyərlərinə hörmətsizlik edən informasiyaların yerləşdirilməsinə imkan verməməlidir. Layihəyə görə, kütləvi […]

Gələn il işsizlər üçün ayrılan vəsait artırılır

Gələn il işsizlər üçün ayrılan vəsait artırılır – Kimlər bu ödənişdən yararlana biləcək? İşsizlikdən Sığorta Fondunun 2026-cı il büdcə layihəsi Milli Məclisdə ilk oxunuşda təsdiqlənib. Sənədə əsasən, gələn il fondun ümumi xərcləri 266,4 milyon manat təşkil edəcək. Bu məbləğin müəyyən hissəsi aktiv məşğulluq proqramlarına yönəlsə də, 28 milyon manat birbaşa işsizlik sığortası ödənişlərinin maliyyələşdirilməsinə ayrılıb. […]

Şuşada Azərbaycan–Türkiyə Beyin Mərkəzlərinin Birinci Forumu Başladı

Şuşa şəhərində Azərbaycan və Türkiyə Beyin Mərkəzlərinin Birinci Forumu öz işinə başlayıb. Tədbirdə hər iki ölkənin tanınmış analitik qurumlarının rəhbərləri, ekspertlər və akademik çevrələrdən nümayəndələr iştirak edirlər. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşən forum açılış nitqləri ilə start götürüb. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev və Türkiyə Xarici İşlər Nazirliyinin […]

Zəngilana Böyük Qayıdış davam edir

Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış prosesi ardıcıl şəkildə davam etdirilir. Son mərhələdə Zəngilan rayonunun Məmmədbəyli kəndinə daha 30 ailə – ümumilikdə 144 nəfər – yola salınıb. Doğma torpaqlarına qovuşan sakinlər göstərilən yüksək qayğı və yaradılan şəraitə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıq ediblər. Onlar həmçinin […]

Gələn il pensiyalarda artım olacaq

2026-cı il üçün əmək pensiyalarının maliyyələşdirilməsi məqsədilə ayrılan vəsait 2025-ci ilin təsdiqlənmiş xərcləri ilə müqayisədə 782,4 milyon manat və ya 10,9% çox nəzərdə tutulub. Bunun 81,2%-i, yəni 635,6 milyon manatı indeksasiyaya ayrılacaq, qalan hissə isə yeni təyin olunan və ya yenidən hesablanmış pensiyaların maliyyələşdirilməsi üçün istifadə olunacaq. Bu barədə Milli Məclisin bugünkü iclasında “Dövlət sosial […]

Yeni vergi qaydaları tətbiq olunur

Fiziki şəxslərə məxsus yaşayış sahələrinin (mehmanxanalar və mehmanxana tipli obyektlərdə yerləşən yerlər istisna olmaqla) kirayədən əldə olunan gəlirlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulacaq. Bu məsələ Milli Məclisin bugünkü iclasında Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, icarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə, […]

Deputatdan vergi təklifi: Aşağı maaşlılar tam azad olsun

Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin bugünkü plenar iclasında Vergi Məcəlləsi və bir sıra qanunlarda dəyişikliklər müzakirəsi zamanı təklif irəli sürüb. O bildirib ki, 1000 manatdan az maaş alan şəxslər ümumiyyətlə bütün vergilərdən azad olunsun. Deputat həmçinin ləğv olunmuş vergi güzəştlərinin bərpasını təklif edib: “2500 manata qədər maaş alanlar üçün artıq 3 faiz vergi dərəcəsi […]

Ailə böhranı ciddi artıb

Rəsmi statistika göstərir ki, Azərbaycanda nigaha daxil olan ailələrin təxminən 50%-i boşanma ilə nəticələnir. Son 3 ilin məlumatları isə bu rəqəmin daha da düşündürücü olduğunu ortaya qoyur. Deputat Məlahət İbrahimqızı parlamentin plenar iclasında bildirib ki, boşanmaların artması demoqrafik təhlükəsizlik, uşaqların psixoloji vəziyyəti, aliment məsələləri və yeni sosial proqramlar baxımından ciddi maliyyə yükü yarada bilər. O […]

Sanatoriya-Kurort Qaydalarında Vacib Dəyişikliklər

Şəhid ailələri, müharibə iştirakçıları, Çernobıl qəzasından zərər çəkənlər və digər imtiyazlı kateqoriyaların sanatoriya-kurort müalicəsi ilə bağlı qaydalara yenilik edilib. Nazirlər Kabinetinin 2002-ci il 12 avqust tarixli qərarına edilən dəyişiklik Baş nazir Əli Əsədov tərəfindən təsdiqlənib. Yeni qərara əsasən, bu kateqoriyadan olan şəxslər ildə bir dəfə olmaqla sanatoriya-kurort yollayışları ilə təmin olunacaqlar. İşləyən şəxslər üçün putyovkalar […]

Xocavənddə genişmiqyaslı bərpa proqramı

Xocavənddə çoxmənzilli və fərdi yaşayış evlərinin bərpası ilə bağlı tender prosesləri başa çatıb. “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs layihənin icrası üçün bir neçə şirkətlə müqavilələr imzalayıb. Qurumun məlumatına görə: “Araz İnşaatçı” MMC — Cütcü kəndində 40 evin (6732 m²) təmiri üçün 2 milyon 352 min 837 manat […]