Yük maşını aşdı, ölən var
Şəmkir rayonunun Morul kəndində yol qəzası baş verib. Oxu.az xəbər verir ki, yük maşını su kanalına aşıb. Yük maşınının sürücüsü 1972-ci il təvəllüdlü Arif Eldəniz oğlu Qurbanov idarəetməni itirərək maşını yolun kənarındakı su kanalına aşırıb. O, aldığı bədən xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib Faktla bağlı araşdırma aparılır.