Browsing category

Azərbaycan

Bölgələrdə konsertlər olacaq

Azərbaycanın mərhum lideri Heydər Əliyevin doğum günü və Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə bir sıra bölgələrdə konsertlər təşkil olunacaq. Bu barədə Heydər Əliyev Fondu məlumat yayıb. Məlumata görə, tədbirlərə mayın 2-də Ağdam rayonundan start veriləcək. Konsert proqramında incəsənət xadimlərinin ifasında milli musiqi və muğam nümunələri təqdim ediləcək. Mayın 3-də Şəkidə, mayın 4-də Gəncədə, mayın […]

Bu ölkələrin nazirləri Bakıya gəlir – SİYAHI

May 2-3-də Bakıda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Mədəniyyət Nazirliyi forumda iştirak edəcək əcnəbi nazirlərin siyahısını açıqlayıb.  Məlumata görə, Qana Respublikasının xarici işlər naziri Şirli Botçvey, Uruqvayın xarici işlər naziri Rodolfo Nin Novoa, Qambiyanın xarici işlər naziri Mamadou Tanqara, Monteneqronun mədəniyyət naziri Aleksandar Boqdanoviç, Mali Respublikasının mədəniyyət naziri Ramatulaye Diallo,

Baş nazirdən qərar: iki teatra “akademik” statusu verildi

Nazirlər Kabineti Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına “akademik” statusu verilməsi haqqında qərarı təsdiq edib. Bu barədə qərarı Baş Nazir Novruz Məmmədov imzalayıb. “Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına “akademik” statusu verilsin. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə bu Qərardan irəli

Fuad Poladova tamaşa həsr olundu

Mərhum Xalq artisti Fuad Poladovun xatirəsinə həsr olunan tamaşa nümayiş olunacaq.  Oxu.Az xəbər verir ki, Əməkdar artist Münəvvər Əliyeva, aktrisa Fidan Bayramova və aktyor Hikmət Rəhimovun iştirakı ilə mayın 24-də Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində “Köhnə telefon” tamaşasının premyerası olacaq.  Qeyd edək ki, fransız kimyaçı Paul Villardın “Köhnə telefon” əsərinin quruluşçu rejissoru Əbdülqəni

Azərbaycanlı aktrisa Rusiyada mükafatlandırıldı – VİDEO

Rusiyanın Kazan şəhərində keçirilən film festivalında azərbaycanlı aktrisa İlahə Həsənli uğur qazanıb. Oxu.Az xəbər verir ki, 15-ci Kazan Beynəlxalq Müsəlman Film Festivalı çərçivəsində “Nar bağı” filmində rol alan aktrisa İlahə Həsənova “Tammetrajlı filmin ən yaxşı aktrisası” nominasiyasının qalibi olub. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ərsəyə gələn film Cəfər Cabbarlı adına

AYİB-in nümayəndələri Mingəçevirdə

Mayın 1-də Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Avropa Yenidənqurma və İnkişaf Bankının Bakıdakı daimi nümayəndəliyinin başçısı İvana Fernandes Duarte, Baş Bankir Sanjar Usmanov, Bankirlər Sofiko Çikradze və Real Hacıyevi qəbul edib.  Görüşdə Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin Avropa Yenidənqurma İnkişaf Bankının  prezidenti Suma Şakrabotini  ilə müzakirə etdiyi “Yaşıl şəhər” təşəbbüsü proqramının imkanları və […]

MDU-da V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Təqdimatı keçirilib

Mingəçevir Dövlət Universitetində V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə rektor Akif Hacıyev açıb. Bildirib ki, “Bakı Prosesi” Azərbaycan Respublikasının təşəbbüsü ilə 2008-ci ildə mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli və effektiv dialoqun qurulması məqsədilə irəli sürülmüşdür. Azərbaycanın belə bir qlobal hərəkatın təşəbbüskarı kimi çıxış etməsinin əsasında ərazisində tarixən fərqli dini mənsubiyyəti olan icmaların, milli-etnik qrupların və zəngin mədəni […]

Azərbaycan ilk dəfə Polşaya Alüminium profil ixrac etdi

23 Mart,  2019-cu  il tarixində Sumqayıt Texnologiyalar Parkı  Polşaya alüminium profil məhsulları yola salıb. Bu STP ilə yanaşı Azərbaycan tarixində Polşaya ilk alüminium profil  məhsulları ixracıdır. Satışla bağlı ilkin danışıqlar 2019-cu  ilin yanvar ayından başlayıb və mart ayının sonlarında  sifarişçi  şirkətə  test məhsullar yola salınmışdır.  Məhsullar beynəlxalq  standartlara uyğun olduğu və keyfiyyət sınaqlarını keçdiyi üçün  müştəri ilkin […]

Cavid Əlizadəyə ABŞ-dan 74 min dollar təqaüd təklif edilib

Cavid Əlizadə Mingəçevirdə doğulub, boya-başa çatıb. İlk təhsilini şəhərdəki Mingəçevir Texniki  Humanitar Liseyinin rus bölməsində,  Aytən Əliyevanın qrupunda alıb.  7-ci sinifdən təhsilini liseyin eksperimental pilot sinfində (keçmiş türk liseyi) davam etdirib. Hazırda 19 yaşı olan Cavid dünyanın ən tanınmış gəncləri arasındadır. Böyük Britaniyanın İmperial Kollecinə qəbul olub və ona ən yüksək təqaüd təklif edilib. Cavid […]

Leysan yağışları Yevlaxda fəsadlar törədir

Leysan yağışlar Yevlax rayonunun Yuxarı Bucaq kəndi ərazisində sahil boyu fərdi təsərrüfatlarda təhlükə mənbəyini fəallaşdırıb. Belə ki, Əlican çayı boyu yerləşən qayalıq ərazilərdə qopma və yuyulmalara səbəb olub. Nəticədə kəndin sahil boyu fərdi təsərrüfatlar yuyulma və sürüşmə təhlükəsi ilə üzləşib. Kənd sakini Atay Hacıyevin fərdi təsərrüfat sahəsi daha çox təhlükəyə məruz qalıb. Əvvəlki dönəmlərdə də […]