Browsing category

Azərbaycan

Mingəçevir Dövlət Universitetində qocaman müəllimlərlə görüş keçirilib

2021-ci ilin 21 sentyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) yeni tədris ilinin başlanması ilə əlaqədər universitetin qocaman professor və müəllim heyəti üzvləri ilə görüş keçirilib. Görüşdə yeni tədris ilinin başlanması münasibətilə təbriklərini çatdıran MDU-nun rektoru Şahin Bayramov çoxşaxəli universitet həyatında nailiyyətlərin əldə edilməsində, gənc pedaqoji kadrların inkişafında qocaman və təcrübəli akademik heyət üzvlərinin mühüm rolundan […]

Mingəçevir Dövlət Universitetinin gənc əməkdaşının növbəti məqaləsi nüfuzlu elmi jurnalda dərc olunub

Mingəçevir Dövlət Universitetinin (MDU) Riyaziyyat kafedrasının müəllimi Səriyə Allahverdiyevanın həmmüəlliflə birgə yazdığı növbəti elmi məqalə Hindistanda nəşr olunan “Advances In Differential Equations And Control Processes” jurnalının 2021-ci il, 24-cü cild, 2-ci buraxılışında dərc edilib. MDU əməkdaşının “Dördüncü dərəcəli psevdoparabolik tənlik üçün zamana görə qeyri-lokal olan tərs sərhəd məsələsi haqqında” (ingilis dilində: “On an inverse boundary […]

Mingəçevir Dövlət Universitetində yeni tədris ilinə hazırlıqla bağlı iclas keçirilib

2021-ci ilin 20 sentyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 2021/2022-ci tədris ilinə hazırlığın vəziyyəti ilə bağlı iclas keçirilib. İclasda universitetin inzibati və akademik heyət üzvləri iştirak ediblər. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən iclası açan MDU-nun rektoru Şahin Bayramov, ilk növbədə, cari ilin 29 sentyabr tarixindən etibarən ali təhsil müəssisələrində ənənəvi tədrisə başlanılmasından […]

Mingəçevir Dövlət Universitetinin Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinə kitablar hədiyyə edilib

Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinə (TVİM) “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tərəfindən vətənpərvərlik və tarixi Zəfər mövzusunda, qəhrəman zabit və əsgərlərimizə həsr olunan 38 kitab və 4 sənədli filmin video diskləri hədiyyə edilib. Hədiyyələr 2021-ci ilin 14 sentyabr tarixində “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, aprel şəhidi polkovnik-leytenant Raquf Orucovun […]

Mingəçevir Dövlət Universitetində ingilis dilinin tədrisi ilə bağlı layihə uğurla davam etdirilir

Mingəçevir Dövlət Universiteti (MDU), ABŞ-ın Azərbaycandakı Səfirliyi və “Resource Hub”-ın birgə tərəfdaşlığı ilə təşkil edilən “Bu gün hərəkət et, sabah dəyiş” adlı ingilis dilinin tədrisi layihəsi çərçivəsində 2021-ci ilin 15 sentyabr tarixindən etibarən tələbələr üçün nəzərdə tutulmuş təlimlərə start verilib. Bundan əvvəl, sentyabrın 9-da MDU-da layihədə iştirak edəcək tələbələrlə görüş keçirilib. Görüşdə “Resource Hub” platformasının […]

Mingəçevir Dövlət Universitetinin əməkdaşları və tələbə gəncləri şəhid məzunun adını daşıyan bulağın açılış mərasimində iştirak ediblər

2021-ci ilin 10 sentyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup tələbə və müəllim kollektivi üzvü universitetin 44 günlük Vətən Müharibəsində şəhid olan məzunu Nəcəfli Oruc Rövşən oğlunun xatirəsinə inşa edilmiş bulağın açılışında iştirak ediblər. Şəhidin ailə üzvləri, döyüş yoldaşları və qazilərin, universitetin kollektiv üzvləri və şəhər ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi açılış mərasimində MDU-nun qəhrəman məzununun […]

Mingəçevir Dövlət Universitetində təhsil və sənaye əməkdaşlığı çərçivəsində növbəti görüş keçirilib

2021-ci ilin 7 sentyabr tarixində Mingəçevir Dövlət Universiteti (MDU), Mingəçevir Peşə Məktəbi (MPM) və “Azmade Group” MMC arasında üçtərəfli təhsil və sənaye əməkdaşlığı formatı çərçivəsində işçi qaydada növbəti görüş keçirilib. “Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən görüşdə universitet və peşə məktəbi tərəfindən “Azmade Group” MMC-nin müxtəlif sənaye sahələrində fəaliyyət göstərən bir sıra şirkətlərinə ünvanlanmış […]

Mingəçevir Dövlət Universitetində “Mural art” layhəsi reallaşdırılıb

2021-ci ilin 9-10 sentyabr tarixlərində Mingəçevir Dövlət Universitetində (MDU) Education Hub-ın təşəbbüsü ilə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən biri olan keyfiyyətli təhsili simvolizə edən “Mural art” layihəsi həyata keçirilib. MDU, Gənclərin İnkişafı və Karyera Mərkəzi və Şərqi Avropa Təhsil Şəbəkəsinin birgə əməkdaşlığı formatında reallaşdırılan layihə dünya şöhrətli azərbaycanlı alim, süni zəka araşdırmaçısı, Kaliforniyadakı Berkeley Universitetinin kompyuter […]

Mingəçevir Dövlət Universitetində könüllü gənclərlə görüş keçirilib

2021-ci ilin 1 sentyabr tarixində Mingəçevir Dövlət Universitetində ali təhsil müəssisələrinə qəbul zamanı ixtisas seçimində abituriyentlərə dəstək göstərən könüllü gənc əməkdaşlardan ibarət komanda üzvləri ilə görüş keçirilib. Görüşdə universitetin tanıtımı, abituriyentlərin maarifləndirilməsi və düzgün yönləndirilməsi işinə töhfə verdiklərinə görə gənclərə təşəkkürünü bildirən MDU-nun rektoru Şahin Bayramov ali təhsil müəssisələrinin çevik və effektiv fəaliyyətində könüllülük işinin […]

“Azərenerji” ASC 2018/2021-ci illər ərzində, Reabilitasiya Proqramı çərçivəsində gördüyü işlər haqqında məlumat yayıb.

[box type=”shadow” align=”center” class=”” width=””]ENERJİSİSTEMİN REABİLİTASIYASI [/box] Cənab Prezident İlham Əliyev tapşırığına əsasən 2018-ci ilin sonundan başlayaraq Enerjisistemin Reabilitasiya Proqramı qəbul edilərək icrasına başlanıldi. Hökümət tərəfindən təsdiqlənən enerjisistemin perspektiv “Master Planın” tərkib hissəsi olan Reabilitasiya Proqramınının icrasına vaxtında başlayaraq təcili işlər görülməsəydi 2019, 2020-ci illərin yayında artan təlabatın, Kür və Xəzərdə su səviyyəsinin kəskin aşağı […]