Browsing category

Azərbaycan

Almaniya Naxçıvana hücumla bağlı Azərbaycana dəstək verdi

Almaniya İranın hücumları fonunda Azərbaycanla həmrəyliyini ifadə edib. Bu barədə Almaniyanın Azərbaycandakı səfirliyi rəsmi açıqlama yayıb. Bəyanatda qeyd olunub ki, Naxçıvana İran pilotsuz uçuş aparatları ilə endirilən zərbələr, eləcə də Azərbaycanın təhlükəsizliyinə təhdid yaradan istənilən addım qətiyyətlə pislənir. Diplomatik nümayəndəlik həmçinin Azərbaycanla və baş verən hadisə nəticəsində zərər çəkən şəxslərlə həmrəylik ifadə edib və vəziyyətin […]

Paşinyan: İqtisadi gündəm siyasi prosesləri qabaqlayır

Ermənistanın Baş naziri Nikol Paşinyan iqtisadi məsələlərin regionda siyasi proseslərdən daha ön plana çıxdığını bildirib. Onun sözlərinə görə, bu tendensiya müsbət qiymətləndirilməlidir. Paşinyan vurğulayıb ki, əslində siyasi gündəmin əsas məqsədi iqtisadi inkişafı dəstəkləməkdir. Baş nazir qeyd edib ki, avqustun 8-də baş verən hadisələr regionda iqtisadi əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar yaradıb. O, Ermənistanla Azərbaycan arasında […]

Naxçıvana dron hücumu

Martın 5-də Naxçıvan Muxtar Respublikasında dron hücumu qeydə alınıb. Hadisə Naxçıvan Beynəlxalq Hava Limanı və Babək rayonunun Şəkərabad kəndi ərazisində baş verib. İlkin məlumata görə, İrandan havaya qalxan pilotsuz uçuş aparatlarından biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasına düşüb. Digər dron isə Babək rayonunun Şəkərabad kəndində yerləşən tam orta məktəbin yaxınlığına düşərək partlayıb. Hadisə yerinə […]

İqtisadi inkişaf göstəriciləri açıqlanıb

Ötən il Azərbaycanda qeyri-neft-qaz sektorunun özəl bölməsindən büdcəyə daxilolmaların payı 76 faizə çatıb. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar” mövzusunda keçirilən forumda çıxışı zamanı məlumat verib. Nazirin sözlərinə görə, 2021–2025-ci illər ərzində qeyri-neft-qaz sektorunda ÜDM-in orta illik 5,9 faiz real artımı ölkə iqtisadiyyatının genişlənməsinin […]

Azərbaycanda vergi daxilolmaları proqnozu üstələdi

2025-ci ildə Azərbaycanda vergi daxilolmaları proqnoz göstəricilərini üstələyib. Ümumi vergi yığımları gözlənilən səviyyədən 5,5 faiz, qeyri-neft-qaz sektoru üzrə daxilolmalar isə 2,9 faiz çox olub. Nəticədə dövlət büdcəsinə ümumilikdə 16,4 milyard manata yaxın vəsait daxil edilib. Bu məbləğin 12 milyard manatdan çoxu qeyri-neft-qaz sektorunun payına düşür. Bu barədə Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli “Vergi sistemində […]

Azərbaycandan Ermənistana növbəti yanacaq partiyası göndərildi

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının daha bir partiyası göndərilib. Belə ki, ümumilikdə 1984 ton dizel yanacağı yüklənmiş 31 vaqon Bakıdan yola salınaraq Ermənistana istiqamətləndirilib. Eyni zamanda, Rusiyadan Ermənistana daşınan və Azərbaycan ərazisindən tranzit keçən 135 ton gübrə yüklü iki vaqon da bu gün Bakıdan yola düşüb.

Nazirlər Kabinetinin yeni qərarı

Nazirlər Kabineti qrant fəaliyyəti ilə bağlı iki qərarında dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Dəyişikliklərdən biri **“Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası”**na aiddir. Yeni əlavələrə əsasən, sənəddə dəyişikliklərin tətbiqi mexanizmi daha dəqiq müəyyənləşdirilib. Həmçinin qrantların verilməsi ilə bağlı müddəalara bələdiyyələr də daxil edilib, bəzi […]

Vladimir Putin: Avropaya qaz tədarükü dayandırılacaq

Rusiya Prezidenti Vladimir Putin açıqlayıb ki, Avropaya qaz satışını tamamilə dayandırmaq niyyətindədir.O, hökumətə tapşırıq verəcək ki, tədarükü dayandırmaq və qazı daha perspektivli bazarlara yönəltmək məsələsini həyata keçirsin.Putin qeyd edib ki, əsas hədəf enerji resurslarının satışında alternativ istiqamətləri genişləndirmək və uzunmüddətli iqtisadi maraqları təmin etməkdir.

Leyla Əliyeva Respublika Pediatriya Mərkəzində uşaq xəstələri ilə görüşüb

Leyla Əliyeva Respublika Pediatriya Mərkəzinin Nərimanov adına Uşaq Klinik Xəstəxanasında olub. Ziyarət çərçivəsində o, müxtəlif diaqnozlarla stasionar müalicə alan uşaqların səhhəti ilə maraqlanıb, onların müalicə prosesi və xəstəxanada yaradılan şəraitlə yaxından tanış olub. Leyla Əliyeva həmçinin balaca pasiyentlər və valideynləri ilə görüşərək onlara mənəvi dəstək göstərib, uşaqlara hədiyyələr təqdim edib. Səhiyyə naziri Teymur Musayev və […]

Ciddədən Bakıya xüsusi təxliyə reysi

Yaxın Şərqdəki gərginlik səbəbindən uçuşları ləğv olunan Azərbaycan vətəndaşlarının Səudiyyə Ərəbistanının Ciddə şəhərindən Bakıya təhlükəsiz şəkildə gətirilməsi təmin olunub. Report-a  istinadən bildiririk ki, AZAL-a məxsus “Boeing 787 Dreamliner” təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib. Xüsusi təxliyə reysi ilə 200-dən artıq vətəndaşın ölkəyə qayıdışı həyata keçirilib.