Browsing category

Azərbaycan

Müəllimlər Günündə Hədiyyələrə Qadağa — Dövlət Agentliyi Xəbərdarlıq Edib

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə bağlı vacib xəbərdarlıq yayıb. Agentliyin məlumatına görə, Elm və Təhsil Nazirliyinin Kollegiyası tərəfindən təsdiqlənmiş “Təhsilverənlərin etik davranış Qaydaları” müəllimlər, şagirdlər və valideynlər arasında sağlam münasibətlərin formalaşdırılmasına xidmət edir. Bu qaydalar təhsil müəssisələrində işgüzar mühitin qorunmasını, emosional və psixoloji sabitliyin təmin olunmasını, […]

Sentyabr ayı üzrə pensiyalar tam ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondu sentyabr ayına aid pensiya ödənişlərini yekunlaşdırıb. Məlumatda bildirilir ki, 10 sentyabrda Bakı, Sumqayıt, Abşeron və Naxçıvan MR-də, bu gün isə ölkənin digər bölgələrində yaşayan vətəndaşların avqust ayına aid pensiyaları, həmçinin güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib. Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq […]

Təhsil müəssisələrində yeni kadr seçimi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində kitabxana müdiri vəzifəsinə keçmək istəyənlər üçün qeydiyyat mərhələsinə start verilib. Məlumata görə, hazırda kitabxanaçı kimi çalışan və rəhbər vəzifəyə yüksəlmək arzusunda olan şəxslər 26 sentyabr 2025-ci il, saat 12:00-a qədər qeydiyyatdan keçə bilərlər. Namizədlər üçün müəyyən edilmiş şərtlərə əsasən, orta ixtisas təhsili olan şəxslərin […]

BMT Baş Assambleyasında mühüm açıqlama

Monako, Lüksemburq və Malta Fələstin dövlətini rəsmən tanıyan ölkələrin sırasına qoşulub. Bu barədə qərar həmin ölkələrin nümayəndələri tərəfindən BMT Baş Assambleyasında elan edilib. Məlumata görə, hazırda BMT-yə üzv dövlətlərin təxminən 80 faizi “iki xalq üçün iki dövlət” prinsipini dəstəkləyir. Son günlər ərzində Avstraliya, Böyük Britaniya, Kanada, Portuqaliya, Fransa və Belçika da Fələstin dövlətini tanıdıqlarını bəyan […]

“Azərbaycan Dəmir Yolları”nda struktur dəyişiklikləri

“Azərbaycan Dəmir Yolları” QSC-də aparılan yenidənqurma işləri çərçivəsində işçi ixtisarları həyata keçirilir. Yenilənən yol infrastrukturuna uyğun olaraq bəzi ara stansiyalar bağlanıb və həmin məntəqələrdə çalışan işçilərin müqavilələrinə xitam verilib. Məlumata görə, qərb, cənub və şimal istiqamətləri üzrə ümumilikdə 150-yə yaxın əməkdaş işdən çıxarılıb. Bir qisim işçilər digər vəzifələrə yönləndirilsə də, əksəriyyətinə əmək haqqının bir neçə […]

Azərbaycanda payız bu axşam başlayır

Bu gün axşamdan etibarən Azərbaycanda payız fəsli rəsmi olaraq başlayacaq. Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, payız 22 sentyabr saat 22:19-da ölkəmizə daxil olacaq. Eyni zamanda bu tarixdə payız bərabərliyi baş verəcək, yəni gecə ilə gündüz eyni uzunluğa çatacaq. Günəşin şüaları Yer ekvatoruna düz bucaq altında düşdüyü üçün bütün coğrafi enliklərdə gün və […]

Rayonlarda ev və torpaq bahalaşır – səbəblər açıqlandı

Azərbaycanda daşınmaz əmlaka, xüsusilə torpaq sahələrinə maraq son illərdə əhəmiyyətli dərəcədə artıb. Əvvəllər alıcıların diqqəti əsasən Bakıya və yaxın ərazilərə yönəlsə də, indi regionlara maraq xeyli güclənib. Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, turistik bölgələrdə fərdi evlər və torpaq sahələrinin qiymətində nəzərəçarpacaq bahalaşma müşahidə olunur. Onun sözlərinə görə, bu prosesin əsas səbəblərindən biri […]

7 azərbaycanlı gənc Küveytdə ali təhsil şansı qazandı

2025/2026-cı tədris ili üçün Küveyt Dövlətinin elan etdiyi təqaüd proqramına Azərbaycan vətəndaşları da qoşulub. Seçim mərhələsinin nəticələrinə əsasən, 7 azərbaycanlı tələbə Küveyt Universitetində təhsil almaq hüququ əldə edib. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin məlumatına görə, tələbələr əvvəlcə universitetin Dillər Mərkəzində birillik ərəb dili üzrə hazırlıq kursuna cəlb olunacaqlar. Hazırlıq mərhələsini uğurla başa vuran […]

2600 manatlıq müavinət kimlərə veriləcək? – Yeni QAYDALAR AÇIQLANDI

Azərbaycan Prezidentinin imzaladığı Fərmana əsasən, Nazirlər Kabineti valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, həmçinin onların arasından olan şəxslərə 2600 manat məbləğində birdəfəlik müavinətin ödənilməsi qaydalarını təsdiqləyib. Yeni qaydalara görə, bu vətəndaşlarımız ümumi təhsil, peşə təhsili, orta ixtisas və ali təhsil müəssisələrini bitirdikləri zaman dövlət büdcəsindən maliyyə dəstəyi əldə edəcəklər. Millət vəkili Vüqar Bayramov […]

Qarabağdakı separatçı məzarları Ermənistana köçürüləcək?

2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun antiterror əməliyyatı nəticəsində zərərsizləşdirilən 66 separatçı Xankəndi və ətraf rayonlardakı qəbiristanlıqlarda basdırılıb. Ermənistanın sonuncu Qarabağ separatçısı Samvel Şahramanyan jurnalistlərə bildirib ki, ermənilər Qarabağı tərk etdikdən sonra həmin məzarların İrəvandakı “Yerablur” hərbi panteonuna köçürülməsi məsələsi gündəmə gəlib. O qeyd edib ki, bununla bağlı həm Ermənistan hakimiyyəti, həm də Azərbaycan nümayəndələrindən […]