Browsing category

Azərbaycan

Naftalana ilin əvvəlindən 15 mindən artıq turist gəlib

Mi-news.az-a verilən məlumata görə,  2023-cü ilin birinci yarımiliyi ərzində Naftalan şəhərinə 15 mindən çox turist gəlib. Bunun 5 mindən çoxu dünyanın 36 ölkəsindən olan xarici turistlərdir. Rusiya, Qazaxıstan və Özbəkistandan olan qonaqlar say etibarı ilə  liderlik edib. Eyni zamanda ilboyu  ABŞ,  Avropa və digər ölkələrdən Naftalan sanatoriyalarına  xeyli sayda turist  üz  tutub. Naftalan dünyanın bir […]

Uçan dənizlər

Uşaqların diqqətini hərdən təbiətə yönəldin, çünki təbiəti tanımasalar onu sevməzlər, sevməsələr qorumayacaqlar, qorumasalar isə onu məhv edənlərə heç bir zaman etiraz etməyəcəklər. Bu isə onların sağlamlığını, gələcəyini məhv edəcəkdir. Torpaq, su, hava, meşələr insanların həyatı üçün çox önəmlidir və bunu uşaqlar da anlamalıdırlar.

Daxili İşlər naziri Mingəçevirə gələcək

Daxili işlər orqanlarının cinayətkarlıqla mübarizə, ictimai təhlükəsizliyin təmini və digər sahələrdə fəaliyyəti ilə bağlı vətəndaşların üzləşdikləri problemlərlə tanışlıq və qaldırılan məsələlərin mümkün qədər yerində həlli məqsədilə Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən respublikanın şəhər və rayonlarında vətəndaşların qəbulunun keçirilməsi planlaşdırılmışdır. Mingəçevir şəhər sakinlərinin qəbulu 19 iyul 2023-cü il tarixdə Mingəçevir şəhər polis şöbəsində Daxili İşlər naziri, […]

İtkin ailələrinə doğmalarının taleyi barədə cavab verilməsi üçün

May ayının 23 və 24-də Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası (Dövlət Komissiyası), Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu (AEAİ) və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkilatçılığı ilə “Məhkəmə arxeologiyası və məhkəmə antropologiyası: humanitar tətbiqlər” mövzusunda ilk beynəlxalq konfrans  baş tutub. Dövlət Komissiyasının BQXK ilə […]

Azərbaycan musiqisinin inkişaf strategiyasında Heydər Əliyev irsi

      “Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz”. Bu sözlər Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə məxsusdur. Ulu Öndər istər keçmiş sovet dönəmində, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərlik edərkən milli mədəniyyətimiz, musiqimiz xüsusi diqqət və qayğı […]

Generalların and yeri

Bu günlərdə minlərlə insanın yolu fəxri xiyabana doğru uzanır. Bu adamlar yubileylərinin 100 illiyi tamam olacaq Ümummilli Lider Heydər Əliyevin və həyatının bütün çətin məqamlarında onunla sınaqlardan çıxmış akademik Zərifə xanım Əliyevanın xatirələrinə bir daha ehtiramlarını bildirirlər. Ehtiyatda olan general-mayor  Novruzəli Orucov və Natiq Əliyevin də bu ziyarətgahlar and yeridir. Hərbçilərimiz hələ sovet dönəmindən bəri […]

“Dastana dönən qəhrəmanlar” layihəsini uğurla yekunlaşdı

 Şəki şəhər 11 nömrəli tam orta məktəbin akt zalında Azərbaycan Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant müsabiqəsinin qalibi olmuş «Dastana dönən qəhrəmanlar» layihəsinin bağlanış mərasimi keçirilib.Baglanis mərasimini layihə rəhbəri Arzu Əzizova açdı . Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsindən sonra söz məktəbin direktoru […]

Azərbaycan dili 1978-ci ildə Dövlət dili kimi qəbul olundu

70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. 30-ci illərdə dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini […]

“Sağlam həyat naminə aktivizim layihəsi” uğurla yekunlaşıb

Azərbaycan Respublikasının Gənclər Fondunun “İdeanı Reallaşdır 2022” XIII fərdi qrand müsabiqəsi çərçivəsində qalib layihələrdən biri olan “Sağlam həyat naminə aktivizm” layihəsi çərçivəsində təlim və aksiya həyata keçirilib. Azərbaycan Respublikası Gənclər Fondunun maddi dəstəyi ilə həyata keçirilən layihədə məqsəd, sağlam həyatda yaşamaq və sağlam gələcək formalaşdırmaq üçün gənclərin öz sosial məsuliyyətini dərk etməsi və ekoloji təmizliyin […]