Browsing category

Azərbaycan

Pekindən Trampa sərt cavab

ABŞ Prezidenti Donald Trampın Çin məhsullarına qarşı ticarət məhdudiyyətləri tətbiq etməsi Pekinin sərt reaksiyasına səbəb olub.Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Syan bildirib ki, Vaşinqtonun Çin mallarından imtina cəhdləri əslində elə ABŞ iqtisadiyyatına zərbə vurur. “Ticarət və rüsum müharibəsində qalib yoxdur. Belə qarşıdurmalar heç bir tərəfin maraqlarına xidmət etmir”, – deyə çinli diplomat vurğulayıb. Onun […]

Polşa XİN-dən səs-küylü açıqlama

Rusiya ilə Ukrayna arasındakı müharibənin yaxın illərdə bitməsi gözlənilmir.Bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski bəyanat verib. Nazirin sözlərinə görə, Ukrayna tərəfi qarşıdakı üç il ərzində müharibəni davam etdirməyi planlaşdırır.“Ukraynalılar daha üç il müharibə aparmağı planlaşdırırlar”, – Sikorski bildirib. O əlavə edib ki, Avropa İttifaqı da bu müddət ərzində eyni kursu saxlamağa və Ukraynaya […]

Həssas şəxslər üçün yeni iş imkanları yaradılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Dünya Bankının maliyyə dəstəyi ilə “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində yeni pilot layihəyə başlayır. Layihənin əsas məqsədi sosial cəhətdən həssas qruplara əlavə iş yerləri yaratmaq və onların məşğulluq imkanlarını artırmaqdır. İlkin mərhələdə Bakı, Abşeron-Xızı, Quba-Xaçmaz və Lənkəran-Astara iqtisadi rayonları layihəyə daxil edilib. Layihədə iştirak etmək üçün […]

Dövlət qulluğuna qəbul imtahanı yaxınlaşır

Oktyabrın 16-da Dövlət İmtahan Mərkəzi inzibati vəzifələrin B növü üzrə BB qrupunda dövlət qulluğuna qəbul imtahanı təşkil edəcək. Mərkəzdən verilən məlumata görə, imtahanda 550 namizəd iştirak edəcək. Qeyd olunur ki, imtahan saat 11:00-da başlayacaq, lakin 10:45-dən sonra gələn şəxslər zala buraxılmayacaq. Prosesin şəffaf və qaydalara uyğun keçirilməsi üçün 7 imtahan rəhbəri, 34 nəzarətçi və 6 […]

Mingəçevirdə avtovağzal rəhbərinin qəfil ölümü

Mingəçevirdə avtovağzalın icraçı direktoru Coşqun Rəhimov qəfil vəfat edib. Hadisə bu gün şəhər avtovağzalında baş verib. Əməkdaşlar onun uzun müddət istirahət otağından çıxmadığını görəndə narahat olublar. Qapı açıldıqda Rəhimovun huşsuz vəziyyətdə yerə yıxıldığı aşkarlanıb. Dərhal Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə məlumat verilib. Hadisə yerinə çatan təcili tibbi yardım briqadası 1976-cı il təvəllüdlü Coşqun […]

İranda “hicab inqilabı” səngimir

İran küçələrində dövlətin məcburi hicab qaydasına meydan oxuyan qadınların sayı sürətlə artır. Artıq hicabsız gəzən qadınlar xüsusilə Tehran və digər böyük şəhərlərdə adi mənzərəyə çevrilib. İranlı qadın jurnalistlərin Azadlıq radiosunun Fars bürosuna verdiyi məlumata görə, son bir ildə küçələrdə hicabsız qadınların görünməsi “cəsarət göstəricisi” yox, sadəcə gündəlik həyatın bir hissəsidir. Bu prosesin dönüş nöqtəsi 2022-ci […]

Ərdoğandan tarixi qərar: türksoylular üçün yeni dövr başlayır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türksoylu ölkələrin vətəndaşlarının hüquqi statusuna dair mühüm qərar imzalayıb. Yeni sərəncama əsasən, Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan vətəndaşları artıq Türkiyədə “əcnəbi” hesab edilməyəcək və öz peşə və sənətlərini sərbəst şəkildə icra edə biləcəklər. Beləliklə, türksoylu ölkələrin vətəndaşları həm dövlət, həm də özəl sektorda daha rahat şəkildə işləyə biləcək, iş […]

Noyabrda dörd günlük istirahət: ardıcıl bayram tətili gəlir

Gələn ay Azərbaycanda ardıcıl dörd gün iş olmayacaq. Belə ki, 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü şənbə və bazar günlərinə təsadüf edir. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin qərarına əsasən, bu səbəbdən 10 və 11 noyabr tarixləri də qeyri-iş günü olacaq. Beləliklə, vətəndaşlar noyabrın 8-dən 11-dək — cəmi dörd gün […]

Qəzza sülhünə görə Trampa ali mükafat

Misir Prezidenti Əbdülfəttah Əs-Sisi ABŞ-ın sabiq Prezidenti Donald Trampa ölkənin ən ali dövlət mükafatı – “Nil ordeni” təqdim etmək qərarına gəlib. Bu barədə məlumatı Misir Prezident Administrasiyası yayıb. Açıqlamada qeyd olunur ki, Tramp bu mükafata regional münaqişələrin həllinə verdiyi töhfələrə, xüsusilə də Qəzzada müharibənin dayandırılması istiqamətindəki vasitəçilik roluna görə layiq görülüb.

Qəzzada humanitar proses sürətlənir

Qəzza zolağında gərginlik fonunda mühüm humanitar addım atılıb — HƏMAS israilli girovları azad etməyə başlayıb. İlkin mərhələdə yeddi israilli girov Beynəlxalq Qırmızı Xaç Komitəsinə (ICRC) təhvil verilib. Eyni zamanda, İsrail həbsxanalarında saxlanılan fələstinli məhbusların azad olunması prosesi də start götürüb. Rəsmilərin məlumatına görə, azadlığa buraxılması nəzərdə tutulan 1 966 məhbus artıq avtobuslara mindirilib. Qəzza zolağında […]