Browsing category

Azərbaycan

Gənc istedadlar kibertəhlükəsizlik sahəsində yarışdı

Azercell və Bakı Mühəndislik Universitetinin birgə təşkilatçılığı ilə keçirilən CyberCell Hackathon müsabiqəsinin final mərhələsi 27 oktyabr 2025-ci il tarixində baş tutub. Yarış gənc istedadlara kibertəhlükəsizlik sahəsində bilik və bacarıqlarını nümayiş etdirmək, real problemlərə innovativ texnoloji həllər təqdim etmək imkanı yaradıb. Final mərhələsində 17 komanda hazırladıqları layihələri BMU və Azercell Telekomun ekspertlərindən ibarət münsiflər heyətinə təqdim […]

Qida Təhlükəsizliyi Agentliyi istehlakçıları diqqətli olmağa çağırır

Azərbaycanda “Nitro Max” əmtəə nişanlı energetik içki məhsulunda dərman vasitələrində istifadə olunan sildenafil maddəsi aşkarlanıb. Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, məhsul “Orxan 011” MMC tərəfindən Türkiyədən idxal edilən “Paril Gida Alkoqolsuz Fonksiyonal İçecekler” müəssisəsinin istehsalıdır. Faktla bağlı qanunvericiliyə uyğun tədbirlər görülərək, məhsul partiyalarının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi qərara alınmışdır. Sildenafil […]

ABŞ-dan nüvə sınaqları mesajı

ABŞ vitse-prezidenti Cey Di Vens Ağ Evdə jurnalistlərə verdiyi açıqlamada ABŞ-ın vaxtaşırı nüvə sınaqları keçirməsinin vacibliyini vurğulayıb. O bildirib ki, ABŞ, Rusiya və Çin kimi digər nüvə dövlətləri də böyük arsenala malikdir və bu silahların düzgün işlədiyinə əmin olmaq üçün sınaqlar vacibdir. Vens sınaqlar zamanı nüvə partlayışlarının bərpa olunub-olunmayacağını açıqlamayıb. Qeyd edək ki, daha əvvəl […]

Taksi sürücüləri üçün yeni imtahan mərhələsi

Dövlət İmtahan Mərkəzi (DİM) noyabrın 3-də taksi minik avtomobili sürücüləri üçün növbəti imtahan təşkil edəcək. Qurumdan verilən məlumata görə, imtahanda iştirak etmək üçün 1680 nəfər qeydiyyatdan keçib. İmtahan DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S. Axundov 50, TÜRKPA-nın yanı) və Gəncə şəhərindəki Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəbdə iki növbədə keçiriləcək. […]

Azərbaycanda su tarifləri ilə bağlı yeni sistem gündəmdə

Azərbaycanda su təchizatı xidmətlərində diferensiallaşdırılmış tarif sisteminin tətbiqi müzakirə olunur. Qaz və elektrik enerjisində olduğu kimi, su istifadəsinə də limitlərin qoyulması planlaşdırılır. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rövşən Muradov bildirib ki, hazırda bu istiqamətdə təhlillər aparılır. Onun sözlərinə görə, belə bir sistem səmərəli idarəetməni təmin edəcək və israfın qarşısını alacaq. Deputat […]

Ermənistanda hərbi xidmət 6 ay qısaldılır

Ermənistan hökuməti məcburi hərbi xidmətin müddətinin azaldılmasını nəzərdə tutan qanun layihəsini müzakirə edib. Layihəyə əsasən, hazırda 24 ay olan məcburi hərbi xidmət 2025-ci ilin qış çağırışından etibarən 18 aya endiriləcək. Qanun layihəsi qəbul olunduğu halda, 2025-ci ilin qış çağırışında xidmətə cəlb olunan şəxslər 2026-cı ilin yanvarında xidmətə başlayacaq və 2027-ci ilin iyulunda hərbi xidmətdən tərxis […]

Səhiyyədə rəqəmsal yenilik

“e-Tabib”də “103 xidməti” yaxın zamanda istifadəyə veriləcək Bir neçə həftə ərzində “e-Tabib” mobil tətbiqində “103 xidməti” istifadəyə veriləcək. Bu barədə məlumatı TƏBİB-in İcraçı direktorunun müşaviri Elşad Məmmədli 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi – “Medinex 2025” çərçivəsində bildirib. Onun sözlərinə görə, yeni sistemin tətbiqi ilə təcili tibbi yardım xidmətinin 90 faizi elektronlaşdırılacaq. “Yeni xidmət vasitəsilə […]

Mingəçevirdə “Əl işində 44 Günün ruhu” adlı sərgi təşkil olunub

2025-ci il oktyabrın 28-də Mingəçevir Turizm Kollecində 44 günlük Vətən müharibəsinin 5-ci ildönümü münasibətilə hazırlanmış Tədbirlər planı çərçivəsində “Əl işində 44 Günün ruhu” adlı rəsm sərgisi keçirilib. Tədbirdə şəhid ailələri, qazilər, Mingəçevir Şəhər İcra Hakimiyyətinin Şəhid Ailələri və Qazilərlə İş Şöbəsinin müdiri, Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının sədri, Mingəçevir Regional Turizm İdarəsinin rəisi, Mərkəzi […]

Robot Olimpiadasında qalmaqal böyüyür

VIII Respublika Robot Olimpiadasında qalib gələn bəzi komandaların nəticələrinin ləğvi valideynlər və təlimçilər arasında ciddi narazılıq yaradıb. Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının (AREA) təşkilatçılığı və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən yarışda birinci və ikinci yerləri tutan bir neçə komandanın nəticələri “plagiat” iddiası ilə etibarsız sayılıb. Valideynlər və təlimçilər isə bu qərarı ədalətsiz hesab edirlər. […]

Cəbhədə vəziyyət gərginləşir

Rusiya ordusu Ukraynanın şərqində hücumlarını genişləndirərək, səylərini Donetsk vilayətinin strateji əhəmiyyətli Pokrovsk şəhərinə yönəldib. “Financial Times”ın məlumatına görə, aylarla ləng irəliləyişdən sonra Rusiya bölmələri artıq şəhər ərazisinə daxil olub. Ukrayna qüvvələri isə düşmənin hücumlarını dəf etmək üçün şiddətli döyüşlər aparır. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov təxminən 5 500 Ukrayna hərbçisinin Pokrovsk yaxınlığında […]