Noyabrın 21-də pensiyaların tam ödənilməsi planlaşdırılır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu noyabrın 21-də ölkə üzrə pensiyaların tam ödənilməsini planlaşdırır. Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik vətəndaşların ödənişi də həyata keçiriləcək.