Browsing category

Azərbaycan

Türkiyə Şimali Kiprə altı F-16 təyyarəsi göndərəcək

Türkiyə 9 mart tarixində Şimali Kipr Türk Respublikasına altı F-16 qırıcı təyyarəsi göndərəcək. “Cumhuriyet” qəzetinin məlumatına görə, Şimali Kipr Mülki Aviasiya İdarəsinin rəis müavini Aşkın Meşeli bildirib ki, təhlükəsizlik səbəbi ilə döyüş təyyarələri səhər saatlarında yerləşdiriləcək və bu, mülki uçuşlara təsir etməməlidir. Martın 7-də Türkiyə Müdafiə Nazirliyindən verilən məlumatda, Şimali Kiprə F-16-lərin göndərilməsinin mümkünlüyü qeyd […]

İrandan Azərbaycana təxliyə həyata keçirilib

28 fevral saat 08:00-dan 8 mart saat 18:00-dək İrandan Azərbaycana ümumilikdə 1899 nəfər təxliyə olunub. Onlardan 314 nəfəri Azərbaycan vətəndaşıdır. Bundan əlavə, digər ölkələrdən təxliyə edilənlər belədir: Çin – 538, Rusiya – 290, Tacikistan – 173, Pakistan – 123, Oman – 57, İtaliya – 44, İndoneziya – 32, İspaniya və İran – hər biri 26, […]

Makron İlham Əliyevlə telefon danışıqlarını paylaşıb

Makron İlham Əliyevlə telefon danışığından sonra Azərbaycan dilində paylaşım edibFransa Prezidenti Emmanuel Makron rəsmi X hesabında Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı apardığını açıqlayıb. Paylaşımda qeyd olunub: “Bölgə liderləri ilə məsləhətləşmələrim çərçivəsində Prezident İlham Əliyevlə söhbət etdim və ölkəsinə yönəlmiş İran zərbələrinə görə ona dəstəyimizi və həmrəyliyimizi bildirdim. Həmçinin, vətəndaşlarımızın təxliyəsini asanlaşdırmaq üçün Azərbaycanın göstərdiyi […]

Rusiya qanunu Ukraynada döyüşən xarici vətəndaşların ekstradisiyasını qadağan edir

Prezident Vladimir Putin Rusiya Silahlı Qüvvələri tərkibində Ukraynaya qarşı döyüşən şəxslərin xarici ölkələrə ekstradisiyasını qadağan edən qanunu imzalayıb. Qanuna görə, müqavilə əsasında xidmət edən və ya xidməti başa vuran xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər ekstradisiya edilməyəcək. Bu qərar xarici ölkələrin həmin şəxslərin cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı sorğularını rədd etmək üçün əsasdır. Azərbaycan […]

Dəm qazı ölümə səbəb oldu

Goranboy rayonunda dəm qazından ölüm hadisəsi baş verib. Rayonun Goran qəsəbəsində yaşayan 1995-ci il təvəllüdlü Gülşəm Məmmədova yaşadığı evdə dəm qazından boğularaq ölüb. Qadının meyiti yaxınları tərəfindən aşkarlanıb. Faktla bağlı Goranboy rayon Prokurorluğunda araşdırma aparılır.

Tehran müharibənin dayandırılmasına hazır deyil

İran hazırda hərbi qarşıdurmanın dayandırılması ilə bağlı şərtlərin müzakirəsinə hazır olmadığını açıqlayıb. Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi NBC News telekanalına müsahibəsində danışıb. Nazir bildirib ki, rəsmi Tehran münaqişənin başa çatdırılması üçün danışıqlara başlamaq mərhələsinə hələ gəlib çatmadığını düşünür. “Biz hələ həmin nöqtədə deyilik”, – deyə o, müharibənin hansı şərtlərlə bitə biləcəyi barədə […]

ABŞ senatorundan sərt ittiham

ABŞ senatoru Kris Merfi İranda qızlar məktəbinə endirilən zərbəni kəskin tənqid edib və hadisəni bağışlanmaz səhv adlandırıb. Konnektikut ştatını təmsil edən demokrat senator bu barədə CNN telekanalına müsahibəsində danışıb. Onun sözlərinə görə, İranın Minab şəhərində yerləşən qızlar üçün təhsil müəssisəsinə edilən hücumun ABŞ tərəfindən həyata keçirildiyi ehtimalı yüksəkdir və bu, ciddi yanlış qərardır. “Böyük ehtimalla […]

Makron İlham Əliyevə Zəng Etdi

Fransa Respublikasının Prezidenti Emmanuel Makron martın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb. Fransa lideri İranın Azərbaycana qarşı həyata keçirdiyi hava hücumu ilə bağlı ölkəsinin Azərbaycanla həmrəy olduğunu və dəstəyini ifadə edib. O, eyni zamanda İranda olan Fransa vətəndaşlarının Azərbaycan üzərindən təxliyəsinə göstərilən köməyə görə təşəkkürünü çatdırıb. […]

Orduda 8 Mart Bayramı: Qadın hərbçilər təntənə ilə təbrik olundu

Azərbaycan Ordusunda 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş silsilə tədbirlər təşkil edilib. Bayram proqramlarında qadın hərbi qulluqçular, mülki işçilər və şəhid ailələrinin üzvləri iştirak ediblər. Tədbirlər xalqımızın Ümummilli Lideri Heydər Əliyev və Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Azərbaycanın müdafiə […]

8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd edilir

Dünyada 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olunur. Qadın hərəkatının kökləri 1857-ci ildə ABŞ-ın Nyu-York şəhərində tekstil işçiləri olan qadınların 12 saatlıq iş gününə etiraz aksiyasına dayanır. Beynəlxalq Qadınlar Gününün bayram kimi qeyd edilməsi isə Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların 2-ci Beynəlxalq Konfransında (Kopenhagen) qərara alınıb. Qadınlar günü ilk dəfə 1911-ci […]