Browsing category

Azərbaycan

Qəzza sülhünə görə Trampa ali mükafat

Misir Prezidenti Əbdülfəttah Əs-Sisi ABŞ-ın sabiq Prezidenti Donald Trampa ölkənin ən ali dövlət mükafatı – “Nil ordeni” təqdim etmək qərarına gəlib. Bu barədə məlumatı Misir Prezident Administrasiyası yayıb. Açıqlamada qeyd olunur ki, Tramp bu mükafata regional münaqişələrin həllinə verdiyi töhfələrə, xüsusilə də Qəzzada müharibənin dayandırılması istiqamətindəki vasitəçilik roluna görə layiq görülüb.

Qəzzada humanitar proses sürətlənir

Qəzza zolağında gərginlik fonunda mühüm humanitar addım atılıb — HƏMAS israilli girovları azad etməyə başlayıb. İlkin mərhələdə yeddi israilli girov Beynəlxalq Qırmızı Xaç Komitəsinə (ICRC) təhvil verilib. Eyni zamanda, İsrail həbsxanalarında saxlanılan fələstinli məhbusların azad olunması prosesi də start götürüb. Rəsmilərin məlumatına görə, azadlığa buraxılması nəzərdə tutulan 1 966 məhbus artıq avtobuslara mindirilib. Qəzza zolağında […]

Böyük Qayıdış davam edir: Yeni mərhələdə ailələr işğaldan azad olunmuş ərazilərə köçürülür

Oktyabrın 10-da Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə növbəti köç mərhələsi həyata keçirilib. Bu çərçivədə Ağdamdan Xocalının Təzəbinə və Ballıca kəndlərinə köç karvanı yola salınıb. Bu mərhələdə Ballıca kəndinə 15 ailə – ümumilikdə 53 nəfər, Təzəbinə isə 28 ailə – 126 nəfər yerləşdirilir. Köçürülən ailələr müvəqqəti olaraq yataqxanalarda, sanatoriya və inzibati […]

Düşənbədə diqqətçəkən anlar

Tacikistanın paytaxtı Düşənbədə keçirilən danışıqlardan sonra MDB ölkələri rəhbərlərinin qeyri-rəsmi görüşü zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında səmimi anlar yaşanıb. “RİA Novosti”nin məlumatına görə, görüş Tacikistan Prezidenti Emoməli Rəhmonun iqamətgahında baş tutub. Dövlət başçıları rəsmi iclasdan sonra qeyri-rəsmi mühitdə bir araya gəliblər. Prezident İlham Əliyev toplantıya ən sonda qoşulub, Vladimir […]

Kiberhiyləgərliyə qarşı xəbərdarlıq

Daxili İşlər Nazirliyi vətəndaşları kibertələlərə qarşı ayıq-sayıq olmağa çağırır. Nazirliyin mətbuat xidmətinin bildirdiyinə görə, dələduzlar zəng, mesaj və ya link vasitəsilə “mütəxəssislər kartınıza müdaxilə edib, vəsaitiniz oğurlanmaq təhlükəsindədir” tipli müraciətlər edərək insanlardan bank kartlarının məxfi məlumatlarını tələb edirlər. Hətta görüntülü zəng etməklə və ya telefonun dilini dəyişdirib təlimatlar verərək insanları aldatmağa çalışırlar. Nazirlik bir daha […]

Yas mərasimlərində yeni qaydalar

Ağdam rayonunda dəbdəbəli yas məclislərinin ləğvi və sadələşdirilməsi barədə qərar qəbul edilib. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, rayon ərazisində yas mərasimlərinin müddəti cəmi üç gün ilə məhdudlaşdırılacaq və mərasim zamanı isti yeməklər təqdim edilməyəcək. Qeyd edək ki, ölkənin bir sıra bölgələrində artıq oxşar qərarlar qəbul olunub. Daha əvvəl Qusar, Sabirabad, Saatlı, Samux, Biləsuvar, Quba, Kürdəmir, […]

Oktyabr pensiyaları yola düşür

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu (DSMF) oktyabr ayı üzrə növbəti pensiya ödənişlərinin vaxtını açıqlayıb. Məlumata görə, sabah — oktyabrın 10-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi həyata keçiriləcək. Nazirlikdən bildirilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin ödənişləri də əvvəlki aylarda olduğu kimi […]

Xankəndidə silah alverinə qarşı əməliyyat — avtomatla keçmək istəyən şəxs saxlanıldı

Daxili İşlər Nazirliyi əməkdaşları Xankəndi şəhərində qanunsuz odlu silah və sursat dövriyyəsinə qarşı daha bir uğurlu əməliyyat həyata keçiriblər. Xankəndi Şəhər Polis Şöbəsinin məlumatına görə, Bərdə rayon sakini, 1973-cü il təvəllüdlü Azər Qəhrəmanov şəhər ərazisində yerləşən nəzarət-buraxılış məntəqəsindən avtomat silah keçirməyə cəhd edib. Təhlükəsizlik yoxlaması zamanı onun idarə etdiyi “Mercedes” markalı avtomobildə axtarış aparılıb və […]

Danimarka 15 yaşadək uşaqlara sosial şəbəkə qadağası planlaşdırır

Danimarkanın baş naziri Mette Frederiksen ölkə parlamentində çıxışı zamanı hökumətin 15 yaşına qədər uşaqlara və yeniyetmələrə müəyyən sosial media platformalarına giriş qadağası tətbiq etməyi planlaşdırdığını açıqlayıb. Frederiksen bildirib ki, sosial medianın təsiri gənclərin psixologiyasına və uşaqlıq dövrlərinə mənfi təsir göstərir. Onun sözlərinə görə, “mobil telefonlar və sosial media uşaqlarımızın uşaqlığını oğurlayır”. Baş nazir hələlik hansı […]