Azərbaycanda uzunömürlülük statistikası
Azərbaycanda yaşı 100 və daha yuxarı olan pensiyaçıların sayı məlum olub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Report”a verilən məlumata görə, hazırda ölkə üzrə bu yaş kateqoriyasına aid 304 nəfər pensiyaçı var. Onlardan 261-i qadın, 43-ü isə kişidir. Statistik göstəricilər uzunömürlülükdə qadınların üstünlük təşkil etdiyini bir daha təsdiqləyir.