Browsing category

Azərbaycan

Mingəçevirdə Anım Gününə həsr olunmuş ehsan mərasimi keçirildi

Sentyabrın 27-də Anım Günü münasibətilə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun təşəbbüsü ilə Xarı Bülbül salonunda ehsan süfrəsi açılıb. Tədbirdə icra aparatının məsul əməkdaşları, şəhid ailələri, qazilər, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP şəhər təşkilatının üzvləri, bələdiyyə nümayəndələri, ictimaiyyət və media təmsilçiləri iştirak ediblər. Əvvəlcə şəhidlərin ruhuna dualar oxunub, onların xatirəsi dərin hörmətlə anılıb. Daha sonra […]

Mingəçevirdə Anım Gününə həsr olunmuş tədbirlər keçirildi

Sentyabrın 27-də Mingəçevirdə Anım Günü ilə bağlı silsilə tədbirlər təşkil olunub. Səhər saatlarından etibarən şəhər sakinləri Şəhidlər Xiyabanındakı Xatirə Kompleksinə üz tutublar. Mingəçevir Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, ağsaqqallar şurasının üzvləri və ictimaiyyət nümayəndələri şəhidlərin məzarlarını ziyarət edərək, onların ruhuna dualar oxuyublar və məzarların üzərinə gül dəstələri düzüblər. Şəhidlərin əziz xatirəsinə hörmət əlaməti […]

Mingəçevir MDB Oyunlarına hazırlaşır – Su təminatı gücləndirilir

Azərbaycanın ev sahibliyi edəcəyi III MDB Oyunlarına hazırlıq çərçivəsində Mingəçevir şəhərinin su təchizatı sisteminə geniş baxış keçirilib. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilən məlumata görə, komissiya üzvləri və sukanal idarəsinin əməkdaşlarının iştirakı ilə aparılan yoxlama zamanı şəhərin içməli su və kanalizasiya şəbəkələri, nasos stansiyaları, su anbarları və digər mühüm […]

Şagirdlərin çanta yükü azalır – Rəqəmsal dərsliklər gəlir

Ənənəvi kağız dərsliklər yavaş-yavaş yerini rəqəmsal versiyalara verir. Beləliklə, illərlə müzakirə edilən “ağır çanta problemi” yaxın zamanda aradan qalxacaq. Elm və Təhsil Nazirliyi artıq müvafiq şirkətlərlə əməkdaşlıq edərək dərsliklərin elektron formatda hazırlanması istiqamətində işlərə başlayıb. Yeni sistem sayəsində şagirdlərin bütün dərslikləri vahid platformada – rəqəmsal dərslikdə birləşdiriləcək. Şagirdlərin sözlərinə görə, hər gün çoxsaylı kitab daşımaq […]

Mingəçevirdə və Kürdə qanunsuz balıq ovuna zərbə

Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzi Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsi ilə birgə qanunsuz balıq ovuna qarşı daha bir uğurlu əməliyyat həyata keçirib. Mingəçevir su anbarında keçirilən yoxlama zamanı balıqçılıq bileti olmadan ov edən bir neçə şəxs saxlanılıb. Onlardan 2 dəmir qayıq, 4 avar, müxtəlif balıq növlərindən ibarət 260-dan çox balıq və […]

Vaşinqtonda Ölüm Hökmünə Yaşıl İşıq Yandırıldı

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda ölüm hökmünün tətbiqinə icazə verən sərəncam imzalayıb. Bu qərar ABŞ-ın ştat statusuna malik olmayan, lakin Konqresin birbaşa idarəçiliyi altında olan Kolumbiya dairəsində qüvvəyə minəcək. İmzalanma mərasimində çıxış edən ABŞ-ın baş prokuroru Pam Bondi ölüm cəzasının yalnız Vaşinqtonda deyil, bütün ölkə üzrə tətbiqinə nail olmaq istədiklərini bildirib: “Biz bunun üçün təkcə […]

Mingəçevirdə Eyni Gün İki Yol Qəzası

Mingəçevirdə qısa zaman ərzində iki ayrı yol-nəqliyyat hadisəsi qeydə alınıb. İlkin məlumata görə, Kür çayı üzərindən keçən nəqliyyat körpüsündə “İsuzi” markalı yük maşını minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində körpü üzərində sıxlıq yaranıb. Qəza zamanı xəsarət alanların olub-olmadığı araşdırılır. Digər hadisə isə az sonra şəhər mərkəzində – Üzeyir Hacıbəyov və Rəsul Rza küçələrinin kəsişməsində baş […]

Trampın BMT Çıxışı Tənqid Olundu – Azərbaycan da Siyahıda

ABŞ Prezidenti Donald Trampın BMT Baş Assambleyasındakı çıxışı “DW Fact Check” nəşri tərəfindən qeyri-dəqiqlik və şişirtmələrlə dolu olduğu ilə bağlı tənqid edilib. Tramp çıxışında Kamboca və Tailand, Kosovo və Serbiya, Konqo və Ruanda, Pakistan və Hindistan, İsrail və İran, Misir və Efiopiya, həmçinin Ermənistan və Azərbaycan arasında yeddi münaqişəyə son qoyduğunu iddia edib. Alman mətbuatı […]

Ayın Səthi Paslanır – Sirli Səbəb Yer Küləyi İlə Bağlıdır

Alimlərin son araşdırmalarına görə, Ayın səthi paslanır və bunun əsas səbəbi Yer kürəsindən gələn küləklərdir. “Geophysical Research Letters” jurnalında dərc olunan tədqiqatda bildirilir ki, Yer atmosferindən gələn oksigen hissəcikləri Ay torpağındakı minerallarla qarşılıqlı təsirə girərək hematit – yəni pas əmələ gətirir. Makao Elm və Texnologiya Universitetindən planetşünas Şix Xin açıqlayıb: “Bu kəşf planetimizlə Ay arasındakı […]

Azərbaycanla Dominikan Arasında Viza Maneələri Aradan Qaldırıldı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Dominikan Respublikasının xarici işlər naziri Roberto Alvareslə görüşüb. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş zamanı iki ölkə arasında siyasi dialoqun gücləndirilməsi, ticarət və turizmin inkişafı və yeni əməkdaşlıq sahələrinin araşdırılması müzakirə olunub. Nazirliklər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini də vurğulayıblar. […]