Browsing category

Azərbaycan

Türk dövlətləri üçün ortaq pul vahidi təklif olunur

2026-cı ildə Türk dövlətləri arasında vahid pul vahidinin yaradılması təklif olunub. Bu təşəbbüslə jurnalist, Beynəlxalq Mətbuat Konfederasiyasının sədri və Türk Dünyası Media və Kommunikasiya Birliyinin (TÜRKBİR) qurucusu Şakir Gürel çıxış edib. O, bu fikirləri “MediaTürk TV”də yayımlanan “Net Baxış 360 Dərəcə” verilişində aparıcı Serdar Şengülün suallarını cavablandırarkən səsləndirib. Şakir Gürel bildirib ki, 2026-cı il Türk […]

Təhsil eksperti Kamran Əsədov imtahan qalmaqalında həbs edilib

İmtahanlarda qanunsuz texniki vasitələrdən istifadə etməklə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov barəsində həbs qətimkan tədbiri tətbiq olunub. Qərar Gəncə Şəhər Məhkəməsində keçirilən iclas zamanı elan edilib və Əsədov məhkəmə zalında həbs edilib. İstintaq zamanı müəyyən edilib ki, Əsədov ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak edən şəxslərə gizli texniki vasitələrlə köməklik göstərməkdə iştirak […]

Azərbaycan BMT-ə 2026-cı il üçün üzvlük haqqını tam ödəyib

Azərbaycan 2026-cı il üçün Birləşmiş Millətlər Təşkilatının (BMT) adi büdcəsinə nəzərdə tutulmuş üzvlük haqqını tam olaraq yerinə yetirib. Bu barədə jurnalistlərə BMT Baş katibinin sözçüsünün müavini Fərhan Haq məlumat verib və vaxtında ödəməyə görə ölkəyə təşəkkürünü bildirib. F. Haq, həmçinin jurnalistlər üçün kiçik bir viktorina təşkil edərək, Azərbaycanın paytaxtının Xəzər dənizinin qərb sahilində yerləşdiyini və […]

Ermənistan Azərbaycandan idxal olunan benzinin keyfiyyətini təsdiqlədi

Ermənistanın Bazar Nəzarəti Müfəttişliyi bildirib ki, Azərbaycandan idxal olunan benzinlə bağlı heç bir keyfiyyət problemi aşkarlanmayıb. Müfəttişliyin rəhbəri Armen Kotolyan cümə günü keçirdiyi mətbuat konfransında qeyd edib ki, idxal olunan yanacaq partiyaları Ermənistanın Milli Standartlaşdırma və Metrologiya Mərkəzində laboratoriya yoxlamalarından keçirilib. Nəticələr göstərib ki, benzinin keyfiyyəti Avrasiya İqtisadi Birliyinin (AİB) texniki tələblərinə tam uyğundur. “Keyfiyyət […]

Sosial təminatda rəqəmsal yanaşma genişlənir

2025-ci il ərzində ölkə üzrə pensiya, müavinət və təqaüdlərin təyinatı yeni qaydada aparılıb. Yanvar–dekabr ayları boyunca ümumilikdə 258 157 sosial ödəniş elektron infrastruktur üzərindən proaktiv mexanizm vasitəsilə təyin olunub. Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Bildirilib ki, təyinatların 39 208-i pensiya, 218 949-u isə müavinət və təqaüd təşkil edib. Müavinətlərin bir hissəsi Məcburi […]

Ev şəraitində vurulan iynə faciə ilə nəticələndi

Bakıda antibiotik iynəsindən ölüm faktı qeydə alınıb. Hadisə paytaxtın Binəqədi rayonunda baş verib. 1966-cı il təvəllüdlü Vüqar Qulamhəsən oğlu Məmmədov səhhətində yaranan problem səbəbindən yaşadığı evdə ailə üzvləri tərəfindən ona antibiotik iynəsi vurulduqdan sonra vəfat edib. Hazırda faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır. Ölümün dəqiq səbəbləri ekspertiza rəyindən sonra məlum olacaq.

Ümumtəhsil məktəblərində tədris təqvimi açıqlandı

Azərbaycanda ümumtəhsil məktəblərində qış tətili başlayır. 2026-cı il üçün müəyyən edilmiş təqvimə əsasən, şagirdlər yanvarın 27-dən 31-dək qış tətilində olacaqlar. Tətil ümumilikdə 5 gün davam edəcək. İkinci yarımildə dərslər fevralın 2-dən etibarən bərpa olunacaq. Buna səbəb fevralın 1-nin bazar gününə təsadüf etməsidir. Beləliklə, tədris prosesi fasiləsiz şəkildə davam etdiriləcək. Qeyd edək ki, qış tətilinin tarixləri […]

Nazirlər Kabinetindən normativ sənədlərlə bağlı yeni qərarlar

Nazirlər Kabineti bir sıra normativ sənədlərə düzəlişlər edib. Bu barədə Baş nazir Əli Əsədovun imzaladığı qərarda bildirilib. Qərara əsasən, ədliyyə orqanları əməkdaşlarının attestasiyası, tibbi-iqtisadi ekspertizanın aparılması, tibbi xidmətin keyfiyyətinə nəzarət mexanizmləri ilə bağlı qaydalara dəyişikliklər edilib. Eyni zamanda “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi” publik hüquqi şəxsin nizamnaməsi yenilənib, aviasiya personalının ilkin və dövri […]

İsveçrədən idxal edilmiş uşaq qidasında təhlükəli çirkləndirici aşkarlandı

İsveçrədən idxal edilmiş uşaq qidasında təhlükəli çirkləndirici müəyyən edilib. Qida Təhlükəsizliyi Agentliyinin məlumatına görə, “Hochdorf Swiss Nutrition Ltd” şirkətinin istehsalı olan və “Swissneo 1” adı ilə tanınan uşaq qidasının (09.10.2025 – 09.10.2027 istehsal və son istifadə tarixli) partiyasında “Sereulid” maddəsi aşkarlanıb. Avropa İttifaqının “Qida və Yem Məhsullarına dair Çevik Xəbərdarlıq Sistemi” (RASFF) vasitəsilə məlumat agentliyə […]

Yanvar ayı üzrə pensiya ödənişləri ölkə üzrə tamamlandı

Respublika üzrə yanvar ayı pensiya ödənişləri yekunlaşıb. Dövlət Sosial Müdafiə Fondunun məlumatına görə, yanvarın 13-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan Muxtar Respublikasında, bu gün isə ölkənin digər bölgələrində yaşayan pensiyaçılara yanvar ayı üzrə pensiyalar və güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib. Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.