Browsing category

Azərbaycan

Sərhəd Xidmətindən uğurlu əməliyyat

Dövlət Sərhəd Xidmətinin “Lənkəran” sərhəd dəstəsi xidməti ərazidə İrandan Azərbaycana narkotik vasitələrin gətirilməsinin qarşısını alıb. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 6 kq 848 qram marixuana və 0.006 qram tiryək aşkar edilərək götürülüb. Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Azərbaycan–Türkiyə əməkdaşlığı

Türkiyə şirkətləri işğaldan azad edilmiş Qarabağ bölgəsinin yenidən qurulmasına 5 milyard dollar dəyərində layihələrlə töhfə verib. Bu barədə Bakıda keçirilən II Azərbaycan–Türkiyə İnvestisiya Forumunda Türkiyənin ticarət naziri Ömer Bolat məlumat verib. Nazir bildirib ki, Türkiyə şirkətləri uzun illərdir Azərbaycanda, xüsusilə Qarabağın bərpa və yenidənqurma prosesində mühüm rol oynayır. “Türkiyə podratçıları qlobal miqyasda 550 milyard dollardan […]

ABŞ mətbuatında Azərbaycanla bağlı mühüm çağırış

ABŞ-da nəşr olunan nüfuzlu “The National Interest” jurnalında Azərbaycana həsr edilmiş geniş məqalə dərc olunub. Yazıda Azərbaycanın Cənubi Qafqazda unikal geostrateji mövqeyə malik olduğu, Vaşinqton üçün ticarət, enerji təhlükəsizliyi və regional balans baxımından mühüm imkanlar yaratdığı vurğulanır. “Xəzər dənizi ABŞ üçün açıqdır” başlıqlı məqalənin müəllifi Cozef Epstein qeyd edir ki, Azərbaycan Avropa ilə Asiyanı Rusiya […]

İnklüziv cəmiyyətin inkişafına korporativ dəstək

“Bakcell” “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu İnnovasiya lideri “Bakcell” “Birgə və Sağlam” İctimai Birliyi tərəfindən təsis edilən “Kaşalata” kafedə “İnklüzivlikdə İnnovativ Həllər” adlı tədbirə dəstək göstərib. Tədbirin məqsədi rəqəmsallaşan dünyada neyro-müxtəlifliyi olan şəxslər üçün inklüziv yanaşmaların inkişafını təşviq etmək və bu sahədə mövcud innovativ həlləri müzakirə etmək olub. Tədbirdə dövlət qurumları, özəl sektor, QHT […]

Rusiya–Ukrayna müharibəsi

Almaniya kansleri Fridrix Mertsin Rusiya ilə Ukrayna arasında Milad bayramı dövründə döyüşlərin dayandırılması təşəbbüsü Moskva tərəfindən qəbul olunmayıb. Kremlin sözçüsü Dmitri Peskov açıqlamasında bildirib ki, Rusiya müharibə şəraitində tərəflərdən birinə üstünlük qazandıracaq və ya hərbi fasilə yaradacaq müvəqqəti atəşkəs variantlarını məqsədəuyğun hesab etmir. Onun sözlərinə görə, Moskva yalnız uzunmüddətli və real siyasi razılaşma perspektivi olan […]

Ermənistandan Azərbaycanla bağlı mühüm mesaj

Ermənistan Cənubi Qafqazda münasibətlərin normallaşdırılması prosesini irəli aparmaq istiqamətində üzərinə götürdüyü öhdəliklərə sadiq qalır. Bunu Ermənistan xarici işlər nazirinin müavini Robert Abisoqomonyan açıqlayıb. Onun sözlərinə görə, regionda əldə olunmuş sülhün möhkəmləndirilməsi, sabitliyin təmin edilməsi və əməkdaşlıq mühitinin formalaşdırılması baxımından avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə edilən razılaşmaların icrası xüsusi əhəmiyyət daşıyır. Nazir müavini […]

Enerji təhlükəsizliyi və yaşıl keçid

MDB məkanında güc və tutum baxımından ən böyük Batareya Enerji Saxlanc Mərkəzləri yaxın aylarda Abşeron və Ağdaş rayonlarında istifadəyə veriləcək. Bu barədə “AzərEnerji” ASC məlumat yayıb. Məlumata görə, bərpa olunan enerji mənbələrinin inkişafını dəstəkləmək məqsədilə nəzərdə tutulan Batareya Enerji Saxlanc Sistemlərinin (BESS) artıq 15 faizi ölkəyə çatdırılıb, qalan 85 faizin isə aprel ayınadək gətirilərək quraşdırılması […]

Rusiya–Ukrayna müharibəsi

Ukraynada davam edən hərbi qarşıdurmalar zamanı azərbaycanəsilli bir hərbçinin həlak olduğu bildirilir. Sosial şəbəkələrdə yayılan məlumatlara əsasən, Samir Rasim oğlu Qasımov Ukrayna Silahlı Qüvvələrinin tərkibində xidmət edərkən döyüş tapşırığını yerinə yetirən zaman həyatını itirib. Hazırda hadisə ilə bağlı rəsmi qurumlar tərəfindən əlavə məlumat verilməyib.

Azərbaycan–Özbəkistan mədəni əməkdaşlığı

Dekabrın 14-də Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Özbəkistan Mədəniyyəti Günlərinin rəsmi açılış mərasimi keçirilib. Tədbir çərçivəsində hər iki ölkənin tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə zəngin konsert proqramı təqdim olunub. Açılış mərasimindən əvvəl qonaqlar Özbəkistanın tarixi-mədəni irsini, milli dəyərlərini və müasir inkişaf yolunu əks etdirən fotosərgi ilə tanış olublar. Tədbirdə çıxış edən […]

Bakıda Afrika–Azərbaycan əməkdaşlığını hədəfləyən AFAZ-ın rəsmi açılışı keçirilib

Bakıda Afrika–Azərbaycan əməkdaşlığını gücləndirməyi hədəfləyən Afrika Azərbaycan Təşkilatının (AFAZ) rəsmi açılış mərasimi keçirilib. Tədbir iki region arasında siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafına yönəlmiş yeni platforma kimi qiymətləndirilib. Açılışda çıxış edən Türkiyənin Azərbaycandakı Səfirliyinin media üzrə müşaviri Alptekin Cihangir İşbilir AFAZ-ın yaradılmasını mühüm təşəbbüs adlandırıb. O qeyd edib ki, Türkiyə 2005-ci ildən etibarən Afrika ölkələri […]