Browsing category

Azərbaycan

İranın Yol və Şəhərsalma Naziri Azərbaycana rəsmi səfər edəcək

22 fevral tarixində İranın Yol və Şəhərsalma Naziri, həmçinin Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının İran tərəfdən sədri olan Fərzanə Sadeq Azərbaycana rəsmi səfər edəcək.Naziri səfərdə yüksək vəzifəli nümayəndə heyəti müşayiət edəcək. Səfər çərçivəsində xanım nazir 23 və 24 fevral tarixlərində Bakıda keçiriləcək Azərbaycan və İran arasında iqtisadi, ticarət […]

Azərbaycanda hakimlərin II Forumu keçirildi

Tədbirdə Azərbaycan Hakimlər İttifaqının sədri Ramiz Rzayev çıxış edərək iştirakçıları salamlayıb və forumun əhəmiyyətini vurğulayıb. O, bu mötəbər toplantıda iştirak edən hər kəsə təşəkkürünü bildirib. Ramiz Rzayev qeyd edib ki, müstəqil Azərbaycanın bütün sahələrində olduğu kimi, məhkəmə-hüquq sisteminin də demokratik əsaslar üzərində qurulması ümummilli lider Heydər Əliyevin fəaliyyəti nəticəsində mümkün olub. Onun sözlərinə görə, 1998-ci […]

Hərbi xidmətə yararsız gənci orduya göndərən həkimlə bağlı qərar açıqlandı

Hərbi xidmət üçün sağlamlıq vəziyyəti uyğun olmadığı halda 18 yaşlı gəncə müsbət tibbi rəy verən Bərdə Rayon Mərkəzi Xəstəxanasının cərrahı ilə bağlı məhkəmə araşdırması yekunlaşıb. Bərdə Rayon Məhkəməsində baxılan iş üzrə 1962-ci il təvəllüdlü həkim-ümumi cərrah Cavid Tağıyev (ad-soyad şərtidir) Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə təqsirləndirilib. Araşdırma zamanı məlum olub ki, 2024-cü ilin aprel çağırışı […]

Yazın Azərbaycana gəliş vaxtı məlum oldu

Yaz fəslinin Azərbaycana gəlmə vaxtı məlum olub. Bu il yazın başlanğıcı martın 20-si saat 18:45:53-ə təsadüf edəcək. Həmin anda gecə ilə gündüzün müddəti bərabərləşəcək. Günəş şərq nöqtəsindən doğaraq qərbdə batacaq. Səma cisminin ekliptika üzrə hərəkəti zamanı ekvator xətti kəsiləcək və Günəş Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçəcək. Bu məqamdan etibarən Şimal yarımkürəsində yaz, Cənub yarımkürəsində isə […]

Ramazanda sağlam qalmağın yolları: düzgün qidalanma və aktiv həyat tərzi

Ramazan ayı insan üçün həm ruhani, həm də fizioloji baxımdan fərqli bir mərhələdir. Bu dövrdə orqanizmin normal fəaliyyətini qorumaq, enerjini stabil saxlamaq və həzm sistemini yormamaq üçün düzgün və balanslı qidalanma xüsusi əhəmiyyət daşıyır. Ramazanda necə qidalanmaq lazımdır? Kimlər üçün oruc riskli hesab olunur? Oruc sağlamlığa nə dərəcədə faydalıdır? Ramazan boyunca oruc tutan şəxs qida […]

Əfqanıstanda qərar: qadınlara qarşı zorakılığı leqallaşdıran məcəllə

Əfqanıstan-da hakimiyyətdə olan Taliban administrasiyası qadınlara qarşı zorakılıqla bağlı müddəaları özündə əks etdirən yeni Cinayət Məcəlləsini qəbul edib. Məlumatı Daily Mail nəşri yayıb. Yeni məcəlləyə əsasən, ərlərə arvadlarına ciddi xəsarət yetirməmək şərti ilə fiziki güc tətbiq etməyə icazə verilir. Sənəd “Taliban”ın ali lideri Hibatullah Axundzadə tərəfindən təsdiqlənib. 90 səhifədən ibarət olan Cinayət Məcəlləsində cəza mexanizmi […]

Su təchizatı ilə bağlı ən çox verilən suallar açıqlandı

Abonentlər su təchizatı ilə bağlı yaranan suallarla əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi-nin tabeliyində fəaliyyət göstərən qurumlara mövcud əlaqə kanalları vasitəsilə müraciət edir və qısa müddətdə ətraflı cavab əldə edirlər. Daxil olan müraciətlər arasında vətəndaşları daha çox maraqlandıran və tez-tez səsləndirilən məsələlər də yer alır. ADSEA-nın İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti həmin aktual sualları […]

Azərbaycanda istilik enerjisi istehsalında artım qeydə alınıb

2025-ci ildə Azərbaycanda ümumilikdə 1 425 981 Qkal həcmində istilik enerjisi istehsal olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 33 224 Qkal və ya 2,4 faiz çoxdur. Məlumat Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən dərc olunan illik hesabatda əksini tapıb. Hesabata əsasən, topdansatış mexanizmi çərçivəsində Azərenerji ASC-nin İstilik Elektrik Mərkəzindən 144 736 Qkal istilik […]

Əlavə məzuniyyətlə bağlı yeni qaydalar qüvvəyə minir

Əmək şəraiti və iş stajına görə, eləcə də uşaqlı qadınlar və işğaldan azad olunmuş ərazilərdə çalışan mütəxəssislər üçün əlavə məzuniyyətlə bağlı yeni mexanizm tətbiq ediləcək. Yeniliyə əsasən, bu kateqoriyadan olan şəxslərə istifadə etdikləri əlavə məzuniyyət günlərinə görə kompensasiya ödənilməsi nəzərdə tutulur. Əmək şəraiti və funksiyanın xüsusiyyətlərinə görə əlavə məzuniyyət hüququ yeraltı işlərdə çalışanlara, zərərli və […]

Tramp: Bəzi ölkələr Sülh Şurası üçün “baş ağrısıdır”

ABŞ Prezidenti Donald Tramp Sülh Şurasının ilk iclasında çıxışı zamanı Qəzza zolağındakı vəziyyətin nizamlanması üçün yaradılan təşəbbüsə dəvət olunan ölkələrin əksəriyyətinin artıq qoşulduğunu bildirib. Onun sözlərinə görə, demək olar ki, bütün dəvət edilən ölkələr iştirakla bağlı razılıq verib, tərəddüd edənlər isə yaxın vaxtlarda təşəbbüsə qoşulacaqlar. “Əksər dövlətlər dərhal iştirak etməyə razılaşdı. Qoşulmayanlar da qoşulacaq. Bəzi […]