Browsing category

Azərbaycan

Kibertəhlükəsizlik gücləndirilir

İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Vergi Xidməti kibertəhlükəsizlik səviyyəsini yüksəltmək üçün genişmiqyaslı satınalma prosesinə start verib. Qurum informasiya sistemlərinin qorunmasını təmin etmək məqsədilə şəbəkə təhlükəsizliyi üzrə avadanlıqların alınmasını planlaşdırır. Satınalma üçün nəzərdə tutulan ilkin maliyyə dəyəri 1 milyon 193 min 717 manat 50 qəpik olaraq müəyyən edilib. Müsabiqə çərçivəsində həm daxili, həm də xarici […]

Xarici müharibəyə qatılanlara qarşı tədbir

Rusiya ilə Ukrayna arasında davam edən silahlı toqquşmalarda iştirak etmiş Azərbaycan Respublikasının bir qrup vətəndaşı cinayət məsuliyyətinə cəlb olunub. Azərbaycan qanunvericiliyinə zidd olaraq, ölkə hüdudlarından kənarda qanunsuz silahlı birləşmələrin tərkibində döyüşlərə qatılan şəxslərin müəyyən edilməsi məqsədilə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir. Toplanan məlumatlar göstərir ki, indiyədək Rusiya–Ukrayna müharibəsində iştirak etmiş çoxsaylı Azərbaycan […]

İran ətrafında artan gərginlik: diplomatiya ilə müharibə riski arasında

İran ətrafında formalaşan vəziyyət hələ də qeyri-sabit və gərgin olaraq qalır. Bir tərəfdən birbaşa hərbi toqquşma riski artır, digər tərəfdən isə diplomatik kanallar vasitəsilə gərginliyin azaldılmasına yönəlmiş ehtiyatlı addımlar atılır. ABŞ-ın İran sahilləri yaxınlığında hərbi mövcudluğunu gücləndirməsi, Prezident Donald Trampın sərt ritorikası və Tehranın buna eyni tonla cavab verməsi regionda son dərəcə həssas bir mühit […]

Deputat: Cəmiyyəti İranda potensial hadisələrə hazırlamalıyıq

Azərbaycan Respublikasının müvafiq dövlət qurumları və xüsusi xidmət orqanları İranda baş verən proseslər barədə kifayət qədər məlumatlıdır və bu istiqamətdə fəaliyyət göstərir. Bunu millət vəkili Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında bildirib. Deputat vurğulayıb ki, əsas sual cəmiyyəti potensial hadisələrə necə hazırlamaqdır: “Bu gün bütün dünya İranda baş verə biləcək proseslərə hazırlaşır. Türkiyədən tutmuş […]

Ermənistan–İran sərhədində 7 nəfər saxlanıldı

Ermənistan–İran sərhədini qanunsuz keçməyə cəhd edən 7 Banqladeş vətəndaşı həbs edilib. Ermənistan İstintaq Komitəsi bildirir ki, saxlanılan şəxslərə qarşı Cinayət Məcəlləsinin 44-469-cu maddəsinin 3-cü hissəsinin 2-ci bəndi (sərhədi qanunsuz keçməyə cəhd) üzrə cinayət işi açılıb. İstintaq hələ ki, digər şəxslərin bu hadisədə iştirak edib-etmədiyini və qanunsuz sərhəd keçidinin səbəblərini müəyyən etməyib.

Deputat: Bu ilin iyununda Ermənistanla sülh sazişi imzalana bilər

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərək, 2026-cı il yaz sessiyasının qanunvericilik işlər planına sülh sazişinin müzakirəsinin daxil edilməsini təklif edib. Deputat bildirib ki, ötən ilin avqustunda ilkin sülh sazişi imzalanıb və sənəd paraflanıb. Hazırda […]

İTV Yayım Şurasının yeni tərkibi formalaşdı

Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasına yeni namizədlər təsdiqlənib. Bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. İdman federasiyaları tərəfindən Şuraya Azərbaycan Cüdo Federasiyasının İcraçı vitse-prezidenti Rəşad Rəsullu və Şahmat üzrə qadınlar yığma komandasının kapitanı İlahə Qədimova, dini konfessiyalar tərəfindən Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayev və Aparat […]

Deepfake və rəqəmsal klonlaşdırmaya qarşı yeni qanun tələbi

Son vaxtlar “rəqəmsal klonlaşdırma” və deepfake texnologiyalarından istifadə edilərək törədilən hüquqazidd halların sayı sürətlə artır. Xüsusi narahatlıq doğuran hal odur ki, bu texnologiyalar vasitəsilə Azərbaycan Respublikasının Prezidenti, dövlət rəsmiləri və millət vəkillərinin səs və görüntüləri təqlid edilir, onların adından saxta video-müraciətlər, bəyanatlar və yazılı açıqlamalar sosial şəbəkələrdə yayımlanır. Bunu Milli Məclisin bu gün keçirilən plenar […]

Naxçıvan Nazirlər Kabineti Prezidentə tabe olacaq

Milli Məclisin bugünkü plenar iclasında “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” qanun layihəsi müzakirə olunub. Hazırkı qanunvericiliyə görə, Naxçıvan MR-in Nazirlər Kabineti Ali Məclisə tabe olur və onun qarşısında müntəzəm hesabat verir. Qanun layihəsinə əsasən, gələcəkdə Nazirlər Kabineti fəaliyyətinə dair hesabatını Ali Məclisə təqdim edəcək, lakin iş qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla […]

Azərbaycanda MTK-lar üçün “qara siyahı” yaradılması təklifi

Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Razi Nurullayev bəzi mənzil-tikinti şirkətlərinin (MTK) məsuliyyətsizliyi və maliyyə intizamsızlığı nəticəsində yüzlərlə ailənin yarımçıq binaların girovuna çevrildiyini bildirib. Deputat vurğulayıb ki, mövcud qanunvericilik vətəndaşı kifayət qədər qoruya bilmir və bu sahədə konkret mexanizmlər tətbiq edilməlidir. Razi Nurullayevin təkliflərinə görə: Maliyyə təminatı: MTK-lar tikintiyə başlamazdan əvvəl bank zəmanəti […]