Browsing category

Azərbaycan

“Epşteyn faylları” niyə hələ də qorxu yaradır?

Son dövrlər beynəlxalq mediada tez-tez rast gəlinən “Epşteyn faylları” ifadəsi yeni ortaya çıxmış anlayış deyil. Bu termin illərdir Qərb siyasi və iqtisadi elitasının ən qapalı, ən toxunulmaz dairələrini simvolizə edən bir anlayışa çevrilib. Epşteyn adı təkcə bir şəxsi yox, arxasında dayanan görünməz mexanizmi ifadə edir. “Jeffrey Epşteyn kim idi?” sualına birmənalı cavab vermək mümkün deyil. […]

Türkiyə Prezidenti bölgədə sülhün tərəfdarı olduğunu açıqladı

“Biz bölgədə yeni münaqişələrin baş verməsini istəmirik. Bütün problemlər dialoq və ağıl yolu ilə həll edilməlidir. İrana qarşı hər hansı hərbi müdaxiləyə qarşıyıq. Tərəfdaşlarımıza gərginliyi artıracaq addımlardan çəkinməyin vacibliyini vurğulamışıq”, – deyə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib. Ərdoğan həmçinin Türkiyənin İran və ABŞ arasında vasitəçilik etməyə hazır olduğunu qeyd edib və vurğulayıb […]

“Gənclər Paytaxtı” statusu növbəti şəhərə ötürülür

“Gənclər Paytaxtı”nın rəmzi açarı Sumqayıtdan Goranboya təqdim edildi. Simvolik açarı Gənclər və İdman Nazirliyi tərəfindən Fərid Qayıbova Sumqayıt Şəhər İcra Hakimiyyətinin birinci müavini Teymur Səmədov təqdim edib. Eyni zamanda “Goranboy 2026 – Gənclər Paytaxtı” loqosu və maskotu ictimaiyyətə təqdim olunub. Qeyd edək ki, ötən il Sumqayıt bu statusa sahib idisə, Goranboy 2026-cı il üçün Azərbaycanın […]

Qohumluq əlaqələrindən sui-istifadə

İşə düzəltmək bəhanəsi ilə yaxın qohumlarını aldadaraq külli miqdarda maddi ziyan vurmaqda ittiham olunan şəxs barəsində məhkəmə qərarı çıxarılıb. Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri üzrə təqsirli bilinən Ü.Ə.-yə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Onun ev dustaqlığında keçirdiyi 2 ay 4 gün ümumi cəzadan çıxılaraq, yekun olaraq […]

İranda etirazlara sərt yanaşma

Məsud Xatəmi iğtişaşlar zamanı adam öldürən şəxslərə qarşı ən ağır cəzanın tətbiq olunmalı olduğunu bildirib. Onun sözlərinə görə, etirazlar zamanı baş verən ölümlər müxtəlif kateqoriyalar üzrə qiymətləndirilməlidir. Parlamentin Səhiyyə Komitəsinin üzvü qeyd edib ki, həlak olanlar üç qrupa ayrılır: təhlükəsizlik qüvvələrinin nümayəndələri, iğtişaşlarda iştirak etməyən etirazçılar və ya təsadüfi şəxslər, eləcə də iğtişaş törədənlər. Xatəmi […]

SOCAR Yaponiya şirkəti ilə əməkdaşlığa start verir

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Yaponiya şirkəti “Yokogawa Electric Corporation” arasında potensial əməkdaşlıq imkanlarını araşdırmaq məqsədilə Anlaşma Memorandumu imzalanıb. Memorandumun imzalanma mərasimi SOCAR-ın vitse-prezidentləri Anar Məmmədov və Babək Hüseynov ilə “Yokogawa Europe B.V.” şirkətinin prezidenti, “Yokogawa Electric Corporation”ın vitse-prezidenti və Avropa, Rusiya və MDB üzrə regional baş icraçı direktoru Seita Hagihara arasında keçirilmiş görüş […]

Ermənistan Azərbaycanla bağlı Rusiyadan dəmir yolu layihələrində dəstək istəyir

Ermənistan, İcevan və Axurik hissələrinin dəmir yolu tikintisi ilə bağlı Rusiya tərəfi ilə danışıqlara başlayıb. Bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur naziri David Xudatyan məlumat verib. Nazirin sözlərinə görə, “Rusiya tərəfi ilə danışıqları davam etdiririk və bu sektorlar üzrə işləri birgə həyata keçirəcəyik. Baş nazir Nikol Paşinyanın açıqlamasından sonra bu istiqamətdə tədbirlər görməyə davam […]

Ağdamın Xıdırlı kəndində müasir Ailə Sağlamlıq Mərkəzi tikiləcək

Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Ağdamın Xıdırlı kəndində yeni bir tibbi kompleksin inşası üçün tender elan edib. Layihə ixtisaslaşdırılmış ictimai binaların tikintisi kateqoriyasına daxildir və onun təxmini dəyəri 1 392 066,64 AZN olaraq müəyyən olunub. Planlaşdırılan kompleks Xıdırlı kəndində müasir Ailə Sağlamlıq Mərkəzini əhatə edəcək. Yeni mərkəz yalnız tibb xidməti […]

Xüsusi icra məmurlarının geyim və nişan standartları təsdiqləndi

Xüsusi icra məmurlarının vahid geyim forması və nişanlarının, həmçinin onların köməkçilərinin nişanlarının təsvirləri rəsmi qaydada təsdiqlənib. Bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara görə, xüsusi icra məmurlarının geyim forması gündəlik istifadəyə uyğun hazırlanacaq və yay-qış dəstlərindən ibarət olacaq. Geyimlər sağlamlığa zərərsiz, keyfiyyətli, möhkəm, aşınmaya davamlı və gigiyenik tələblərə cavab verən parçalardan hazırlanmalıdır. Qış […]

Gürcüstanda miqrasiya qaydaları sərtləşdirilir

Gürcüstanda aparılan yoxlamalar zamanı 57 xarici vətəndaşın ölkədə qalma və yaşama qaydalarını pozduğu aşkarlanıb. Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Müəyyən edilən pozuntulara görə Türkiyə, Hindistan, Tailand, Rusiya, Çin, Kuba, Azərbaycan, Banqladeş, İran, Özbəkistan, Yəmən, Yunanıstan, Əlcəzair, Misir, Türkmənistan, İordaniya, İsrail, Mərakeş, Nepal, Nigeriya və Suriya vətəndaşları Gürcüstan ərazisindən deportasiya olunub. Qurumun açıqlamasına […]