Browsing category

Azərbaycan

Azərbaycan və Ermənistan arasında birbaşa dəmir yolu bağlantısı hazırlanır

Yerevan, Ermənistan – Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirib ki, “Tramp Marşrutu” (TRIPP) layihəsinin icrası nəticəsində yaxın illərdə Azərbaycanla birbaşa dəmir yolu əlaqəsi qurulacaq. Nazirin sözlərinə görə, hazırda iki ölkə arasında ticarət əlaqələri aktiv deyil və bunun səbəbləri əsasən obyektiv xarakter daşıyır: “Bazarlar hələ bir-birinə tanış deyil, ticarət əlaqələrinin formalaşması vaxt tələb edir. Bu prosesin […]

MİT-dən əməliyyat: Türkiyədə Mossadla əlaqəli iki nəfər saxlanıldı

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı İsrailin xüsusi xidmət orqanı Mossadla əlaqəsi olduğu müəyyən edilən iki şəxsi saxlayıb. “TRT Haber”in məlumatına görə, “Monitum” adlı əməliyyat çərçivəsində Mehmet Budak Derya və Veysel Kerimoğlu barəsində xüsusi əməliyyat keçirilib və hər iki şəxs nəzarətə götürülüb. Onların İsrail kəşfiyyatı ilə əməkdaşlıq etdiyi iddia olunur. Araşdırmalar zamanı müəyyən edilib ki, mədən mühəndisi […]

Trampdan Cənubi Qafqaz liderlərinə tərif

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı müsbət qiymətləndirib. O, Vaşinqtonda keçirilən ənənəvi səhər yeməyindəki çıxışı zamanı hər iki lideri “yaxşı liderlər” adlandırıb. Tramp çıxışında müxtəlif regionlarda gərginliklərin aradan qaldırılmasında rol oynadığını vurğulayaraq bildirib ki, Kamboca–Tailand, Kosovo–Serbiya, Pakistan–Hindistan, İsrail–İran, eləcə də Ermənistan–Azərbaycan arasında baş vermiş qarşıdurmaların dayandırılmasına nail […]

Avroviziya yolunda növbəti addım

Azərbaycanın “Avroviziya 2026” mahnı müsabiqəsində iştirak edəcək təmsilçisinin müəyyənləşdirilməsi prosesi növbəti mərhələyə adlayıb. Seçim prosesi əvvəlcədən müəyyən olunmuş plan üzrə davam etdirilir və bu mərhələdə həm yerli, həm də xarici müəllif və ifaçılar tərəfindən böyük maraq müşahidə olunub. Namizəd seçimi çərçivəsində ümumilikdə 100 müraciət qeydə alınıb. Bu müraciətlər çərçivəsində 186 mahnı təqdim edilib. Onlardan 107-si […]

Bakı Hərbi Məhkəməsi: Erməni hərbi cinayətkar ömürlük həbs cəzasına məhkum edildi

Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının məhkəməsi başa çatıb və təqsirləndirilən üç şəxs – David Manukyan, Levon Mnatsakanyan və David Babayan – ömürlük həbs cəzasına məhkum edilib. Hökmə əsasən, Ermənistanın silahlı qüvvələrinin keçmiş general-mayoru David Manukyan, Qarabağdakı erməni separatçılarının “ordusunun” keçmiş komandiri Levon Mnatsakanyan və separatçı rejimin sözdə Xarici İşlər Nazirliyinə rəhbərlik etmiş David Babayan ömürlük […]

Arayik Harutyunyan və digər erməni əsilli şəxslərə hökm oxunub

Bakı Hərbi Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində törədilən sülh və insanlıq əleyhinə cinayətlər, o cümlədən müharibə cinayətləri, soyqırımı, təcavüzkar müharibənin hazırlanması və aparılması, müharibə qanunlarının pozulması, terrorçuluq və hakimiyyəti zorla ələ keçirmə kimi ağır ittihamlarla bağlı açıq məhkəmə prosesi başa çatıb. Teleqraf xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə Camal Ramazanov və […]

Əlillik təyinatında süni intellekt texnologiyaları tətbiq ediləcək

Bu il əlillik təyinatı və xidmətlərin təkmilləşdirilməsi sahəsində süni intellekt (Sİ) əsaslı texnologiyaların tətbiqi önəmli rol oynayacaq. Bu barədə DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərov mərkəzdə keçirilən mətbuat konfransında məlumat verib. O bildirib ki, hazırda əlillik qrupunun avtomatik müəyyənləşdirilməsi 90%-ə yaxın dəqiqliklə həyata keçirilir. Vətəndaşların bütün müraciətləri mərkəzləşdirilmiş qaydada qəbul ediləcək və “Omnichannel” yanaşması […]

XRİTDX enerji sektorunda kibertəhlükəsizlik təlimi təşkil edib

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət qurumlarının enerji sektoru əməkdaşları üçün təlim təşkil edib. Təlim NATO-nun Sülh və Təhlükəsizlik naminə Elm Proqramı çərçivəsində, XRİTDX və Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu ilə birgə “Cyber Polygon” layihəsi çərçivəsində keçirilib və “Enerji sektorunda kibertəhlükəsizliyə giriş və kiberpoliqon platformasının imkanları” mövzusuna həsr olunub. […]

Türkiyə Prezidenti Ərdoğandan səmimi təbrik

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi münasibətilə təbrik edib. Bu barədə Ərdoğan mükafatın laureatlarına ünvanladığı videomüraciətdə danışıb. O, builki mükafat sahibləri sırasında yer alan Prezident İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı səmimi qəlbdən təbrik etdiyini bildirib. Türkiyə Prezidenti çıxışında vurğulayıb ki, Prezident İlham Əliyevin […]

Ağdamın Ergi qəsəbəsinə gedən yol təmir olunur

Ağdamın Ergi qəsəbəsinə gedən yol uzun illər baxımsız qaldığı üçün sakinlər ciddi çətinliklərlə üzləşirdilər. Qarqar çayı üzərindəki körpünün bağlanması və Muğanlı-Ergi yolu kimi alternativ yolların 90-cı illərdən bəri baxımsız qalması, xüsusilə yağışlı günlərdə qəsəbəyə çıxışı demək olar ki, mümkünsüz edirdi. Adi avtomobillərlə hərəkət edə bilməyən sakinlər yalnız yük maşınlarından istifadə etməyə məcbur qalırdılar. Mənbələr bildirirlər […]