Yunanıstanda qanunsuz miqrant daşınmasında şübhəli bilinən azərbaycanlı saxlanıldı
Yunanıstanın Sahil Mühafizəsi Egey dənizində miqrantların qanunsuz daşınmasında iştirak etdiyi ehtimal edilən Azərbaycan vətəndaşını saxlayıb. Yunanıstan mediasının yaydığı məlumata görə, 39 yaşlı şəxs Türkiyədən Lesbos adasına qayıqla 31 nəfər – 15 kişi, 4 qadın və 12 uşağı çatdırıb. Bildirilir ki, həmin şəxslər arasında üçüncü ölkələrin vətəndaşları da olub. Miqrantları sahilə endirdikdən sonra geri dönərkən o, […]