Browsing category

Azərbaycan

Mingəçevir Dövlət Universitetində “Məzun günü – 2020” tədbiri keçirilib

29 iyun tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Məzun günü – 2020” tədbiri keçirilib. “Zoom” platforması üzərindən online formatda keçirilən tədbirdə cari tədris ilində MDU-dan məzun olan tələbələr və magistrantlar, eləcə də valideynlər və universitetin əməkdaşları iştirak ediblər. “Məzun günü – 2020” tədbirində çıxış edən MDU-nun rektoru Şahin Bayramov 2019/2020-ci tədris ilində bakalavriat və magistratura səviyyələri […]

Salam, Azərbaycan əsgəri!

 Bu məktubu sizə yazıram, vətənini sevən, onu qorumağa hər zaman hazır olan əsgərlərimizə. 26 iyun- ordumuzun, yəni sizin gününüzdür! Əliniz tətikdə, gözünüz hər yerdə olsun, çünki düşmən hər yerdədir. Səninlə hər zaman qürur duyuram, vətən oğlu, əsgər qardaş! Lakin sizdən bir xahişim var,- ölməyə tələsməyin! Siz bu vətənə sağ-salamat, bilikli və biliyi ilə cürətli, ağlı […]

Prezident İlham Əliyev Mingəçevirə səfər edib

APA TV xəbər verir ki, dövlət başçısı ümummilli lider Heydər Əliyevin Mingəçevir şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoyub. Daha sonra Prezidentin iştirakı ilə “Azərbaycan” İstilik Elektrik Stansiyasının 330 və 500 kilovoltluq açıq paylayıcı qurğuları, 8 enerji bloku, İdarəetmə Dispetçer Mərkəzi, stansiyanın əsas və köməkçi sahələri, bina və qurğuları əsaslı yenidənqurmadan sonra […]

İlham Əliyev Mingəçevirdə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 25-də Mingəçevir şəhərində səfərdə olub. Dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin Mingəçevir şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. “Azərbaycan” İstilik Elektrik Stansiyasının 330 və 500 kilovoltluq açıq paylayıcı qurğuları, 8 enerji bloku, İdarəetmə Dispetçer Mərkəzi, stansiyanın əsas və köməkçi sahələri, bina və qurğuları əsaslı yenidənqurmadan […]

Mingəçevir Dövlət Universitetində 15 İyun – Qurtuluş gününə həsr olunmuş tələbələr arasında stolüstü dama üzrə birincilik keçirilib

Mingəçevir Dövlət Universiteti İdman Sağlamlıq Kompleksinin təşəbbüsü ilə universitetin tələbələri arasında Microsoft Teams platformasında 15 İyun – Qurtuluş gününün 27-ci ildönümünə həsr olunmuş stolüstü dama üzrə yarış keçirilib. Yarışda istirak edən tələbə-idmançılar öz aralarında 3 oyun keçiriblər. Gərgin keçən mübarizə şəraitində yarışın qalibləri Əsasnaməsinə uyğun olaraq keçirdikləri oyunlarda qələbə qazandıqları partiyaların sayına və bu partiyalarda […]

Tvinninq layihəsinin İdarəetmə Komitəsinin 8-ci iclası keçirilib

  “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” adlı Tvinninq layihəsi çərçivəsində İdarəetmə Komitəsinin 8-cı iclası keçirilib. Onlayn keçirilən iclasa Avropa İttifaqı tərəfindən layihəni icra edən təşkilatları təmsil edən layihə rəhbərləri ilə yanaşı, Təhsil Nazirliyi və İqtisadiyyat Nazirliyinin nümayəndələri, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov, eləcə də Avropa İttifaqının Bakı Nümayəndəliyinin əməkdaşı qoşulub. Təhsil Nazirliyinin Aparat rəhbərinin […]

Mingəçevir Dövlət Universitetində imtahan sessiyası uğurla davam edir

Mingəçevir Dövlət Universitetində (MDU) 2019/2020-ci tədris ilinin yaz semestrinin online formatda keçirilən imtahan sessiyası uğurla davam edir. “Microsoft Teams” platforması üzərindən şifahi formada təşkil olunan ikinci imtahan günündə ümumilikdə 34 qrup üzrə 573 tələbənin iştirakı nəzərdə tutulub. Məsafədən təhsil alətlərinin və informasiya-kommunikaya vasitələrinin tətbiqi ilə keçirilən imtahanlar akademik heyət və tələbələrin yüksək aktivliyi şəraitində keçir. Faktiki […]

Mingəçevir Dövlət Universitetində “İmtahan könüllüsü” layihəsi həyata keçirilir

Mingəçevir Dövlət Universitetində (MDU) 2019/2020-ci tədris ilinin yaz semestrinin online imtahan sessiyası davam edir. “Microsoft Teams” platforması üzərindən təşkil olunan imtahan sessiyasının üçüncü günündə ümumilikdə 22 qrup üzrə 459 tələbənin iştirakı nəzərdə tutulub. Əvvəlki günlərdə olduğu kimi, tələbələrin yüksək aktivliyinin müşayət olunduğu növbəti imtahan günündə də bütün tələbələr müvəffəq qiymət alıblar. Ölkə başçısı tərəfindən Azərbaycan Respublikasında […]

Mingəçevir Dövlət Universitetində “Azərbaycan xalqının şərəf tarixi: 15 iyun – Milli Qurtuluş Günü” mövzusunda elmi konfrans keçirilib

2020-ci il 12 iyun tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Azərbaycan xalqının şərəf tarixi: 15 iyun – Milli Qurtuluş Günü” mövzusunda elmi konfrans keçirilib. “Microsoft Teams” platforması üzərindən online formatda təşkil olunan konfransda MDU-nun professor-müəllim, inzibati-texniki heyət üzvləri, tələbə və magistrantları iştirak edirblər. Tədbiri açan MDU-nun rektoru Şahin Bayramov müstəqil Azərbaycan dövlətinin qurucusu və Azərbaycan xalqının […]

Mingəçevir Dövlət Universitetində magistratura pilləsində təhsil almaq istəyənlərin nəzərinə

8 iyun 2020-ci il tarixindən etibarən ali təhsil müəssisələrinə magistratura pilləsində təhsil almaq üçün ixtisas seçimləri başlanılır. İxtisas seçimində hər birinizə uğurlar! Mingəçevir Dövlət Universitetində magistratura pilləsində təhsil üçün aşağıdakı ixtisasları təqdim edirik: ▶ 060101 Azərbaycan dili və ədəbiyyatı müəllimliyi -Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası; ▶ 060103 Xarici dil müəllimliyi (dillər üzrə) – Xarici dilin tədrisi […]