Browsing category

Azərbaycan

Vətən müharibəsindəki şanlı qələbəmiz müasir tariximizdə yeni səhifələr açacaq

Bakı, 19 oktyabr, AZƏRTAC Bu günlərdə Azərbaycan erməni təcavüzünə və terroruna qarşı hərbi, siyasi, diplomatik, informasiya və digər platformalarda möhtəşəm qələbələr əldə etməklə özünün müstəqillik tarixinin ən şərəfli və şanlı səhifələrini yazır. Otuz ilə yaxın müddətdə işğal altında olan tarixi Azərbaycan torpaqlarının azad edilməsi ilə mövcud status-kvo dəyişdirilir, regionda sülh və təhlükəsizliyin bərqərar olmasında ölkəmizin qüdrətini […]

İlham Əliyev xalqa müraciət edib (Yenilənib)

Oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. O, döyüş bolgəsindəki uğurlarımızdan danışıb, bir neçə kəndlərimizin, eyni zamanda Zəngilan şəhərinin düşməndən azad olunduğunu bildirib. Prezident İlham Əliyevin müraciəti – Əziz həmvətənlər, müzəffər Azərbaycan Ordusu döyüş meydanında yeni qələbələr qazanır. Bu qələbələr hər bir Azərbaycan vətəndaşını sevindirir. Torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlayan […]

Cəbrayılda “Gültəkin” əməliyyatı

Cəbrayıl şəhərini azad etmək uğrunda qızğın döyüş gedir. Birazdan şəhərə girəcəyik. 5 dəqiqə fasilə vermişik ki, özümüzə gələk. Hamımız ölümü gözə almışıq. Bilirik ki, burdan sağ çıxmamaq da var. Dostlarla halallaşdıq, bir-birimizə vəsiyyətlərimizi etdik. Dedim son dəfə evdəkilərdən danışım, səslərin eşidim. Nə isə yoldaşlardan prostoy telefonu alıb evi yığdım. Telefonda diktofondadı hamı eşidir. Mamam götürdü. […]

“Əsgərə Məktub Online” layihəsi fəaliyyət göstərir

Müdafiə Nazirliyinin məlumatına görə, döyüşlərdə iştirak edən hərbi qulluqçuların döyüş əzminin daha da artırılması məqsədilə Müdafiə Nazirliyi Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən təbliğat və təşviqat tədbirləri davam etdirilir. Bu tədbirlər çərçivəsində “Əsgərə məktub” layihəsi də böyük coşqu ilə davam edir. Ordumuza dəstək olan vətəndaşlarımızın döyüşlərdə iştirak edən şəxsi heyətə ünvanladıqları məktublar hərbi qulluqçularımızda […]

Cəbhədə oktyabrın 20-nə olan son vəziyyət

Müdafiə Nazirliyinin yaydığı məlumata görə, oktyabrın 19-u gün ərzində və 20-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı-Zəngilan istiqamətlərində müqavimət göstərməyə cəhd edən düşmənə qarşı döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub. Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi, 2 […]

AZƏRBAYCAN XALQININ İRADƏSİ SARSILMAZDIR

Oktyabrın əvvəllərində erməni  tərəf cəbhə boyu məğlubiyyətdən qorxaraq atəşkəsin əldə edilməsi ilə bağlı Azərbaycana yalvarmağa başladı, bir çox dövlətləri vasitəçi olmağa səslədi. Həmsədr dövlətlər, daha doğrusu ermənipərəst dövlətlərin rəhbərləri Azərbaycan ilə Ermənistanı danışığa dəvət etdilər. Moskva şəhərində baş tutan danışıqda  humanitar atəşkəs əldə edilsə də düşmən bu sazişə heç bir saat belə əməl etmədi, silahlar […]

Müdafiə Nazirliyi sosial şəbəkə istifadəçilərini yalnız onun rəsmi məlumatlarına istinad etməyə çağırır

Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda deyilir: “Son günlər bəzi sosial şəbəkə istifadəçiləri əməliyyatların aparıldığı istiqamət və cari vəziyyətlə bağlı müxtəlif şəxsi fikirlər paylaşaraq hadisələri qabaqlamağa çalışırlar. Bildiririk ki, bu cür addımlar həm məxfilik rejiminin pozulmasına, həm də hərbi qulluqçularımızın həyatının təhlükəyə atılmasına səbəb ola bilər. Bütün bunları nəzərə alaraq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrini […]

Prezident İlham Əliyev: Cəbrayıl rayonunun 13 kəndi azad edilib

Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad edilmişdir. Qarabağ Azərbaycandır! Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi Tvitter hesabında bildirib.

Cəbhədə son vəziyyət

“Oktyabrın 18-də gün ərzində və 19-a keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl istiqamətlərində, eləcə də Araz çayı boyu müqavimət göstərməyə cəhd edən düşmənə qarşı döyüş əməliyyatları davam edib. Düşmən tərəfindən bölmələrimizin müdafiə mövqeləri atıcı silahlar, minaatanlar və toplardan atəşə tutulub”. Bu barədə Müdafiə Nazirliyi məlumat verib. Məlumatda sonra deyilir: “Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində […]