Browsing category

Azərbaycan

Cəbhədə noyabrın 4-nə olan son vəziyyət

Noyabrın 3-ü gün ərzində və 4-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub. Döyüş əməliyyatları müxtəlif intensivliklə əsasən cəbhənin Tərtər, Ağdam, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edib. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada […]

Zəngilan istiqamətində düşmənin kəşfiyyat-diversiya qrupu məhv edilib

Müdafiə Nazirliyi məlumat yayıb ki, noyabrın 2-də Azərbaycan Respublikasının Zəngilan rayonu istiqamətində Ermənistan ilə dövlət sərhədində düşmənin növbəti təxribatının qarşısı alınıb. Ermənistan ərazisindən bölmələrimizə hücum edərək dövlət sərhədindəki əlverişli yüksəklikləri ələ keçirməyə cəhd edən düşmənin kəşfiyyat-diversiya qrupu zərərsizləşdirilib. Düşmən döyüş itkilərini və silah-sursatlarını ərazidə ataraq geri qaçmağa məcbur edilib.

Düşmənin taktiki PUA-sı məhv edilib

Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub: “Noyabrın 3-ü saat 00:25-dən 04:45-dək Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonlarından Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən atəşə tutulub”. Digər məlumatda deyilir ki, noyabrın 3-ü […]

Cəbhədə noyabrın 3-nə olan son vəziyyət

Məlumatda deyilir: “Noyabrın 2-də gün ərzində və 3-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub. Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edib. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər […]

Müzəffər Ordumuzun qələbə əzmli əsgərləri Naxçıvanımızın müdafiəsində cəsarətlə dayanıblar

Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlara cavab olaraq cəbhə boyu uğurlu əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusu döyüş meydanında öz sözünü deyir və xalqımıza qələbə sevinci yaşadır. Bu gün Ordumuz zəfər dolu əks-hücum əməliyyatını davam etdirərkən havadan və qurudan Naxçıvan Muxtar Respublikasının müdafiəsini təmin edən Əlahiddə Ümumqoşun Ordunun bölmələri ayıq-sayıq döyüş növbətçiliyi aparırlar. Güclü müdafiə […]

Səkkiz kəndimiz işğaldan azad olundu

Prezident Tvit paylaşdı: Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşa Bulaq, Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ, Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

Silahlı Qüvvələrə dəstək ol!

Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Siz hüquqi və fiziki şəxs olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə dəstək məqsədilə Fonda könüllü şəkildə köçürmə edə bilərsiniz. Köçürülən vəsaitlər Azərbaycan ordusunun maddi-texniki bazasının, hərbi qulluqçularımızın sosial müdafiəsinin daha da gücləndirilməsinə sərf edilir. KÖÇÜRMƏ ET!

Mingəçevir Dövlət Universitetinin əməkdaşı Nazim Niftəliyev “Əsgərə Məktub” layihəsində iştirak edib

Salam, Azərbaycan əsgəri! Sən xalqımızın ən layiqli övladısan. Necəsən? Əminəm ki, əlasan! Vətənin keşiyində dayanan şəxsin əhvali-ruhiyyəsi başqa cür ola da bilməz! Bu məktubu simvolik olaraq “sən” deyə müraciətlə yazıram, əslində isə, bir nəfərin simasında bütün əsgərlərə şamil edərək yazıram. Vətənə xidmət asan olsa, qədri bilinməz torpağın. Çətin və məsuliyyətlidir, çətin və məsuliyyətli olmaqla yanaşı, şərəflidir […]

Mingəçevir Dövlət Universitetində Onlayn Oriyentasiya Günü keçirilib

2020-ci ilin 22-27 oktyabr tarixlərində Mingəçevir Dövlət Universitetinin (MDU) I kurs tələbələri üçün Onlayn Oriyentasiya günü keçirilib. “ZOOM” platforması üzərindən onlayn formatda keçirilən görüşlərdə birinci kurs tələbələrinə fakültə, tədris şöbəsi, beynəlxalq əməkdaşlıq və tələbə təşkilatlarının nümyəndələri tərəfindən fərdi tədris planları, tədris olunacaq fənlər, semestrlər üzrə toplanılacaq kreditlərin miqdarı, sərbəst işlər, biliyin qiymətləndirilməsi mexanizmi, mübadilə imkanları, […]